Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Növbəti Əliyev-Paşinyan görüşündən gözləntilər - “Rusiya sülhə razı deyil...“

Tarix 28.12.21, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün - dekabrın 28-də Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti keçiriləcək. Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında müəyyən təmasların olacağı da istisna edilmir.

N.Paşinyan bu günlərdə bildirib ki, hazırda sammit çərçivəsində Azərbaycan Prezidenti ilə ikitərəfli rəsmi görüş barədə təklif yoxdur: "Amma Azərbaycan prezidenti ilə orada təmaslar mütləq olacaq".

O, həmçinin bildirib ki, Ermənistan sülh sazişinin imzalanması üçün danışıqlara hazırdır. Bunu əvvəl Azərbaycan prezidenti də bir neçə dəfə dilə gətirib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə "Turan"a bildirib ki, Rusiyanın dəvəti ilə hər ilin axırı Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir. 

Onun fikrincə, belə görüşlərin yalnız faydası var: "Müharibə artıq bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və münasibətlər yalnız mehriban qonşuluq münasibətləri istiqamətinə yönəlməlidir".

O qeyd edib ki, Ermənistan tərəfdən hərdən konstruktiv fikirlər səslənir: "Azərbaycan tərəfi bunu görür və bunun ilk növbədə Ermənistanın xeyrinə olduğunun fərqindədir. Əgər Ermənistan Azərbaycanla münasibətləri kompleks şəkildə həll etmək istəyirsə, biz buna yalnız razılıq verə bilərik. Sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizinin açılması, ikitərəfli münasibətlərin daha geniş spektr alması – bütün bunlar müzakirə edilən məsələlərdir".

Onun fikrincə, hər görüşdə daha bir addım irəli getmək olar: "Üçüncü dövlətlərin və yaxud da beynəlxalq təşkilatların vasitəçiliyindən əlavə, iki dövlətin rəhbərləri və rəsmiləri artıq ikitərəfli kontaktda ola bilərlər".

Siyasi şərhçisi Azər Qasımlı isə "Azadlıq" radiosuna bildirib ki, sammitdəki görüşdən heç nə gözləmir: "Çünki oradakı görüşlər məhz MDB-yə aid olan məsələlər üzərində olacaq. Amma qeyd etmək lazımdır ki, MDB-yə aid olan elə də ciddi məsələlər yoxdur, sadəcə, formal xarakter daşıyır. Ara-sıra görüşürlər, söhbət edirlər və bütün bunlar Rusiya moderatorluğu ilə həyata keçirilir. Rusiya istəmir ki, bu kommunikasiyalar itsin".

Onun vurğulamasına görə, İlham Əliyev və Nikol Paşinyanın ikitərəfli formatda görüşləri daha məqsədəuyğundur: "Azərbaycan marağındadır ki, görüşlər məhz həmin formatda olsun. Bu formatdan... sülh müqaviləsi çıxmalıdır. Azərbaycanın marağında olan odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və bu ərazi bütövlüyü çərçivəsində də Qarabağ olsun. Paşinyan əvvəl demişdi ki, Ermənistan Azərbaycan ərazi bütövlüyünü 1991-ci ildə tanıyıb, amma bunun "Dağlıq Qarabağa" aidiyyəti yoxdur. Bu mövqeyi Paşinyan hələ ki, saxlayacaq".

A.Qasımlı hesab edir ki, yaxın zamanlarda sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyməz. Bunun əsas səbəbi kimi Ermənistanın keçmişdə "Dağlıq Qarabağ" adlanan ərazini Azərbaycanın tərkib hissəsi kimi görməyə, hələlilk,  hazır olmamasını göstərirr. .

Onun sözlərinə görə, Rusiya da iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyil: "Çünki bu o deməkdir ki, Ermənistan Azərbaycanla öz problemini həll edib. Problem həll olunubsa, bu o deməkdir ki, sülhməramlı kontingentə orada ehtiyac yoxdur, artıq Azərbaycan bu məsələni qaldıra bilər".



Xəbərin oxunma sayı : 1036




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap