“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Növbəti dalğa gəlir: İyul-avqust aylarında ətin qiyməti artacaq

Tarix 07.05.24, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstandan xırdabuynuzlu heyvanların idxalı ilə bağlı qoyulan məhdudiyyət və Türkiyənin xaricə quş əti idxalını dayandırması ölkəmizdə ət və ət məhsullarının qiymətinin qalxacağı ilə bağlı iddialara səbəbə olub. Cəmiyyətdə xüsusən qırmızı ətin bahalaşacağı ilə bağlı narahatlıq var. 

Bəs yaxın vaxtlarda ət məhsullarında ciddi bahalaşma gözlənilirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan istər xırdabuynuzlu heyvanlar, istərsə də quş əti ilə bağlı tələbatın böyük qismini yerli istehsalla təmin olunur: 

“Azərbaycanda qoyun əti ilə özünütəminat səviyyəsi 97-98, quş ətində isə 78 faiz təşkil edir. Xırdabuynuzlu heyvanlarla bağlı ölkəmizə başlıca idxal Gürcüstandandır. Lakin bu ümumi statistikada olduqca az yer tutur. Düzdü, bu idxal bazar qiymətinin formalaşmasına təsir göstərir, ancaq olduqca əhəmiyyətli deyil. Quş əti ilə bağlı isə Türkiyə daxili tələbatla bağlı xaricə ixracı məhdudlaşdırıb. Biz isə təkcə Türkiyədən deyil, Rusiya, Belarus, Ukraynadan da quş əti idxal edirdik. Quş ətinin qiymətinin dəyişməsi yerli sahibkarların bazara çıxaracağı məhsulun həcmindən asılıdır”. 

Ekspert iyul-avqust aylarında ət və ət məhsullarında dövri qiymət artımının ola biləcəyini qeyd edib: 

“May-iyun ayında ət və ət məhsullarında ciddi qiymət artımı gözləmirəm. İyul-avqustda isə Qurban bayramının da təsiri ilə müəyyən artım ola bilər. Düşünürəm ki, bu il ümumilikdə ərzaq infiliyasiyası zəif olacaq. Nəzərə alaq ki, ilin əvvəlindən qida məhsullarının qiymətində eniş var. Ət və ət məhsullarında isə qiymət artımı dövri ola bilər, amma ümumi şəkildə ciddi artım gözlənilmir. Dediyim kimi, Qurban bayramı ərəfəsində və sonrasında hər il özünü göstərən artım ola bilər, ancaq bu qisamüddətlidir. Qiymətlərin stabil artımı gözlənilən deyil”. 



Xəbərin oxunma sayı : 1582




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap