“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

NATO-ya aid məxfi sənədləri Çinə ötürüb - Yeni casusluq qalmaqalı

Tarix 07.02.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Yunanıstan Silahlı Qüvvələrində xidmət edən bir polkovnik NATO və Yunanıstan Hərbi Hava Qüvvələrinə aid məxfi sənədləri sızdırmaq ittihamı ilə saxlanılıb. Zabit Çinə casusluq etdiyini etiraf edib.

“Qafqazinfo”nun məlumatına görə, Yunanıstan Baş Qərargahının açıqlamasında bildirilib ki, saxlanılma qərarı gizli hərbi məlumatların üçüncü tərəflərə ötürüldüyünə və bunun milli təhlükəsizlik üçün ciddi risk yaratdığına dair güclü dəlillər əsasında verilib.

Qeyd edilib ki, 50 yaşlı polkovnik pul müqabilində Çinə məxfi məlumatlar ötürdüyünü etiraf edib. Şübhəlinin telekommunikasiya və informasiya texnologiyaları mühəndisi olması ona Yunanıstan Silahlı Qüvvələrinin texnoloji infrastrukturuna çıxış imkanı verib.

Araşdırmalar zamanı polkovnikin məxfi sənədlərin fotoşəkillərini çəkərək Çinə göndərdiyi müəyyən edilib. Onun evində və iş otağında aparılan axtarışlar zamanı çoxsaylı məxfi sənədlərin görüntüləri aşkar olunub.

Yunanıstan mediası saxlanılan zabitin NATO və xüsusilə Yunanıstan Hərbi Hava Qüvvələrinə dair həssas məlumatları ABŞ-nin əsas strateji rəqiblərindən biri hesab edilən ölkəyə ötürdüyünü iddia edir. Bildirilir ki, polkovnik uzun müddət Yunanıstan kəşfiyyat orqanlarının nəzarəti altında olub.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap