“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Naxçıvanda 537 milyon manatlıq aqrar məhsullar istehsal olunub - RƏSMİ

Tarix 21.04.21, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Pandemiya ilə bağlı məhdudiyyətlər qarşıya qoyulan vəzifələrin tam icrasına imkan vermədiyinə görə, 2021-ci il də Naxçıvan Muxtar Respublikasında “İxrac ili” kimi saxlanılıb. Bu isə yerli istehsalçıları daha keyfiyyətli, yüksək rəqabətqabiliyyətli, ixracyönümlü məhsullar istehsal etməyə çağırır. Təbii ki, muxtar respublikadan ixrac edilən məhsullar sırasında kənd təsərrüfatı məhsulları da mühüm paya malikdir. 

AzFakt.com xəbər verir ki, MR-nın İqtisadiyyat Nazirliyinin rəsmi saytında Dövlət Statistika Komitəsinin 2020-ci ildə  kənd təsərrüfatı məhsullarının ixracı əməliyyatları ilə bağlı illik hesabatını dərc edilib.
  
Hesabatda məlumat verilir ki, 2020-ci ildə muxtar respublikadan 103 milyon 158 min ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub. 

Təkcə 2020-ci ildə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə 13 milyon 357 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 7,4 faiz çoxdur. Ümumilikdə isə ötən il muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 537 milyon 584 min manat təşkil edib ki, bu da bir il öncəyə nisbətən 4,6 faiz çox deməkdir. 

Burada bir məqama diqqət yetirmək lazımdır ki, 2020-ci ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 2 milyard 907 milyon 810 min 500 manat olub. Sənaye sahəsindən sonra ən çox istehsal kənd təsərrüfatının payına düşür. 



Xəbərin oxunma sayı : 847




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap