Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Tarix 05.12.23, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Emin Hacıyevə məxsus "Technoil" MMC daha bir tenderin qalibi olub. 

Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Avtomobil Yolları Dövlət Agentliyinin Naxçıvan Şəhər Yol Təmir Tikinti İdarəsi şirkətdən 41 682,32 AZN dəyərində sürtkü yağları alacaq. 

Beləliklə, "Technoil" MMC-nin 2023-cü ildə qalib seçildiyi tenderlərin sayı 14-ə çatıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Technoil" MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır. 

Rumidə Zeynalovaya qədər "Technoil" MMC-nin qanuni təmsilçiləri aşağıdakı şəxslər olub: 

Həsənli Elvin Əhməd oğlu
Rəfiyev Murad İdris oğlu
Məmmədov Elvin Mirzəhüseyn oğlu
Hüseynov Pərviz Xudaverdi oğlu
Allahyarov Elbrus Tehran oğlu. 

Açıq mənbələrdə nə Rumidə Zeynalova, nə də şirkətin qanuni təmsilçisi olmuş digər şəxslər haqqında məlumat var. 

"Technoil" MMC-nin Emin Hacıyevə məxsus olduğunu onun özü də müsahibələrində təsdiqləyib. "Technoil” bizim ailədən gələn layihədir”, deyə o bildirib.

Şirkətin tenderlərdə qalib gəlməsi də onun nazir müavinin oğluna məxsus olması ilə izah edilir. 



Xəbərin oxunma sayı : 499




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap