Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı

Tarix 29.03.24, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin sabiq rəisi, tibb xidməti polkovniki Pərviz Vəliyevə yeni vəzifə verilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Pərviz Vəliyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunda marifləndirmə məsələlər üzrə direktor müavini təyin edilib. O, artıq yeni vəzifəsində fəaliyyətə başlayıb.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. 

Pərviz Vəliyev yeni işinə gedib-gəlmək üçün şəxsi vəsaiti hesabına 50 min manata avtomobil də alıb. Halbuki sabiq rəis illərlə dövlətin mənzil-kirayə pulundan da yararlanıb. Polkovnik qeyri-qanuni olaraq illik FHN-dən 6900 manat kirayə pulu alıb. Uzun illər yüksək vəzifə tutan Pərviz Vəliyev Bakıda və rayonlarda kifayət qədər böyük biznesə, mülklərə malikdir.


Xatırladaq ki, Pərviz Vəliyev ötən ilin dekabr ayında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib. Onun anası Məhbubə Vəliyeva ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiridir. O, nazirin həyat yoldaşı Ruhəngiz Heydərova ilə birgə hazırladıqları "Biyan" adlı dərman preaparatı müssisəsinə sahibdir. Onlar hazırda biyan əsasında 60 Avroasiya və milli patentin sahibidir.


Onu da bildirək ki, 2019-cu ildə "Babasil əleyhinə vasitənin alınma üsulu" Avroasiya patenti №024167 Patentin sahibləri - Heydərova Ruhəngiz Muxtar qızı, Vəliyeva Məhbubə Nəbi qızı və Vəliyev Pərviz Mustafa oğlu qızıl medala layiq görülüblər.



Xəbərin oxunma sayı : 667




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap