“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Nazirlikdən “Zəfər” altsistemi ilə bağlı AÇIQLAMA

Tarix 27.10.21, 22:15

Font ölçüsü : - / +
bitmap-img6


Yeni altsistem şəhid ailələri və qazilərin hüquqlarının təmin edilməsi sahəsində çevik məlumat mübadiləsinə imkan verəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Prezident İlham Əliyevin bu gün imzaladığı və ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsisteminin yaradılmasını nəzərdə tutan fərmanla bağlı açıqlama yayıb.

Fərmana əsasən, Nazirlik 1 ay ərzində altsistemi yaradaraq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışını təmin edəcək.

Qeyd olunan qurumlar “Zəfər” altsistemi qurulandan sonra altı ay müddətində şəhid və şəhid ailəsi statusu, müharibə veteranı statusu almış şəxslərə dair məlumatları bu altsistemə daxil edib, dövlət başçısına məlumat verəcək. Eləcə də şəhid və şəhid ailəsi statusu, müharibə veteranı statusu verildiyi tarixdən 5 iş günü müddətində bu barədə məlumatlar altsistemə daxil ediləcək.

Həmçinin ƏƏSMN müharibə əlilləri barədə məlumatların “Əlillik” altsistemindən “Zəfər” altsisteminə ötürülməsini təmin edəcək.

“Zəfər” altsistemi şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə əlilləri və müharibə veteranları barədə məlumatları özündə əks etdirəcək, bu məlumatların mübadiləsi mexanizmi təkmilləşəcək.

Eyni zamanda, yeni altsistem dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradacaq.



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap