Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Neft qiymətləri sürətlə düşür: Bazarın gözü Yaxın Şərq və Şimali Amerikadadır

Tarix 08.10.24, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Dünya bazarında neft qiymətləri sürətlə düşür. Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti günortadan sonra keçirilən hərraclarda 3,78 dollar (4,67 faiz) ucuzlaşaraq 77,15 dollar olub.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin noyabr ayı üçün fyuçerslərinin qiyməti həmin vaxta qədər 3,7 dollar (4,8 faiz) ucuzlaşaraq 73,44 dollara bərabər olub.

Analitiklərə görə, neft bazarına neqativ təsir Çindən gəlir. Belə ki, bu gün Çinin Milli İnkişaf və İslahat Komissiyası (NDRC) ölkənin cari il üçün iqtisadi məqsədlərinə çata biləcəyinə əminliyini ifadə edib və iqtisadiyyatı dəstəkləməyə davam edəcəyinə söz verib. Laki treyderlərin ümid etdikləri yeni kütləvi stimuldan bəhs edilməyib. Analitiklər hesab edirlər ki, dövlətin daha ciddi dəstəyi olmadan Çinin iqtisadi artımındakı yavaşlama qısa və hətta orta müddətli dövrdə ölkənin neft tələbini məhdudlaşdıra bilər.

Hazırda treyderlər Yaxın Şərqdəki vəziyyəti izləyirlər: böyük müharibə bazara neft təklifini azalda bilər. Bundan başqa, Meksika körfəzində növbəti qasırğanın gözlənilməsi də neft bazarına öz təsirini göstərir. Milton qasırğası sabah ştatın sahillərinə yaxınlaşacağına görə Florida ştatında limanlar bağlanıb. Bu, neft məhsullarının tədarükünü poza bilər. (musavat.com)



Xəbərin oxunma sayı : 1204




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap