| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Bunu yalnız Heydər Əliyevin yanına gedəndə biləcəyəm“ - Hacıbala Abutalıbovdan maraqlı müsahibə
Tarix 31.03.21, 12:30 |
|
AzFakt.com uzun müddət (2001-2018-ci illər) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini (2018-2019-cu illər) vəzifələrində çalışmış fizika-riyaziyyat elmləri doktoru, hazırda təqaüddə olan Hacıbala Abutalıbov modern.az saytına müsahibəsini təqdim edir:
- Hacıbala müəllim, vəzifədən gedəndən bəri hər şeydən uzaqlaşmısınız. Gözdən uzaqlaşmaqla könüldən də uzaqlaşmaq istəyirdiniz, yoxsa mətbuatdan qaçışın başqa səbəbi vardı?
- Uzaqlaşmışdım. Hətta telefonumu da söndürmüşdüm. Çünki istədim ki, bir az tək qalım. Özüm özümü başa düşüm ki, mən kiməm.
- Bəs bu müddətdə özünüz özünüzlə hesablaşanda hansı qənaətə gəldiniz?
- Özümə hesabat verdim. Özümdən razı qaldığım məqamlar da oldu, narazı qaldığım məqamlar da.
- Bir müddət əvvəl Bakını tərk etdiyinizə, Qaxa köçdüyünüzə dair məlumat yayıldı. Olmaya elə özünüzlə hesablaşamanı paytaxtdan kənarda, Qaxda aparırdınız?
- Yalandır! Bax, budur da, mən Bakıdayam!. İndi mən nə deyim?! Deyim ki, siz yaxud, başqası yalan yazmısınız? Jurnalist də pul qazanmalıdır. Ona görə nəsə demirəm. Amma mən Bakıda, öz evimdəyəm.
- Qaraçuxurdakı evinizdə?
- Bəli, nə vaxt gəlsəniz, mən Qaraçuxurdakı evimdəyəm.
- Ümumiyyətlə, sizin Qaxla hansısa bağlılığınız var?
- Əlbəttə var. Bacım, yoldaşı, ailəsi Qaxda yaşayır, orda evi var.
- Hacıbala müəllim, 2020-ci ilin payızında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə çoxdan arzuladığımız, amma eyni zamanda, məlum səbəblərdən bizə çox uzaq görünən Qarabağı erməni işğalından azad etdi. Biz artıq qalib ölkənin vətəndaşlarıyıq. Vəzifədən uzaqlaşandan sonra keçmiş məmur, bir təqaüdçü kimi ölkədə gedən prosesləri izləməmiş deyilsiniz. Bu barədə fikirləriniz maraqlıdır.
- Qarabağın alınması Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Heç zaman bu tarixi silmək, qaralamaq, ləkə vurmaq mümkün olmayacaq. Bu, Azərbaycan tarixində ən uğurlu qələbədir. Qarabağ tarixini yenidən yazan Azərbaycan Respublikasının Prezidentidir. Çox şükürlər olsun ki, biz bu qələbəni heç bir dövlətdən hərbi dəstək almadan, Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin gücü, şücaətilə qazandıq. Bu böyük tarixdir. Sözsüz ki, bu tarixi qələbədən sonra, Qarabağda minatamizləmə, daha sonra abadlaşma işləri aparılacaq.
- Yeri gəlmişkən, artıq bir neçə dəfə rəsmilər və qeyri-rəsmilər işğaldan azad edilmiş torpaqlara səfər ediblər. Arzunuz varmı deyə soruşmuram, çünki yersiz olar. Sadəcə maraqlıdır, sizin də yaxınlarda belə bir səfəriniz gözlənilirmi Qarabağa?
- Qarabağ ermənilərdən təmizlənib, amma onların əməlləri torpaqlarımızdadır. Heç kimin icazə olmadan Qarabağa səfərinə yol verilmir və düz də edirlər. Çünki minalanmış ərazilərə səfər edən zaman təşkilatçılar hara gedib-getməməyi bilir, digərləri isə yox. Əlbəttə, nə vaxtsa icazə veriləcək, mən də Qarabağa gedəcəm. Həmişə çıxışlarımda da arzu etmişdim ki, gün olsun bayramlarımızı, atəşfəşanlığımızı Şuşada keçirək, bayram tonqallarımızı Qarabağda yandıraq, Azərbaycan bayrağını orada qaldıraq. Prezident İlham Əliyev Şuşada, eləcə də digər işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağını qaldıraraq, hamımızın arzusunu reallaşdırdı. Ona görə də belə bir təşəbbüs olacaqsa, mən böyük həvəslə Azərbaycanın dilbər guşəsi olan Qarabağa gedəcəyəm.
- Hacıbala müəllim, martın 5-də Yeni Azərbaycan Partiyasının qurultayı keçirildi. Siz də bir çox məşhurlar kimi İdarə Heyətindən çıxarılanlar sırasındaydınız. Eyni zamanda, yeni yaradılan Veteranlar Şurasına da salınmadınız, əvəzində üzv olduğunuz Siyasi Şura da ləğv edildi...
- Bilirsiniz, hər anın öz hökmü var. Lazım olan müddətdə yenilənmə getməlidir, yenilər, cavanlar, xarici dilləri bilənlər, dünyagörüşlülər gəlməlidir. Sözsüz ki, bu dəfə belə bir addımın vaxtı çatmışdı. Əlbəttə, yaşlı nəsil çəkilməlidir qırağa, cavanlar idarəetməyə gəlməlidir. Yalnız bu, inkişafa təkan verə bilər. Dəyişiklik olmalı idi və oldu da. Bunu yalnız və yalnız alqışlayıram. Narazı olmağa əsas da yoxdur. Çünki mən Yeni Azərbaycan Partiyasının üzvü kimi partiyanın dayaqlarını dəstəkləyəcəyəm.
- Siz Azərbaycanda sıradan məmur olmamısınız. Hər sözünüz, hər addımınız rezonans doğurub. Siz həm də hakim partiyaya, onun yaradıcısı mərhum Heydər Əliyevə, dövlətçiliyə bağlılığınız, sədaqətinizlə diqqət çəkmisiniz. Baxın, Vətən müharibəsindən əvvəl ölkə rəhbəri yüksək post sahiblərini ələkdən keçirdi, məlum oldu ki, onların bəziləri oturduqları budağı kəsməklə, dövlət siyasətinə qarşı çıxmaqla məşğul imişlər. Bu səbəbdəndir ki, hazırda bir neçə nazir, icra başçısı və s. yüksək ranqlı məmurlar dəmir barmaqlıqlar arasındadırlar. Bu məsələyə münasibətiniz maraqlıdır.
- Mənim ürəyimdə Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin əsasını qoyan böyük insan, şəxsiyyət Heydər Əliyev sevgisi var. Əgər doğurdan da mənim ürəyimdə Heydər Əliyev sevgisi varsa, deməli Heydər Əliyevə sədaqətim var. Əgər Heydər Əliyevə səadqətim varsa, onun yaratdığı dövlətə sevgim var və buna heç vaxt xəyanət edə bilmərəm. Çünki bu sevgi əbədidir. Dövlətimizin əsasını qoyan şəxsə həmişə baş əymişəm, əyirəm, həmişə də baş əyəcəyəm. Elə indi Heydər Əliyevin məzarını ziyarətdən gəlirəm. Onun ruhu qarşısında baş əyib gəldim, onunla söbət etdim, dərdləşdim. O söhbət də mənimlə Heydər Əliyevimizin arasında qalacaq. Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə sevgim var. Bu sevgini də mənim əlimdən heç kim ala bilməz. Bunu bilin ki, vəziyyətin hansı tərəfə dönməsindən asılı olmayaraq, kimsə dönük çıxırsa, deməli onun ürəyində sevgi olmayıb. Yalnız vəzifəsinə görə sədaqət “nümayişâ€ etdirib. Belələrinə də təəssüf edirəm.
- Hacıbala müəllim, təqaüdə çıxandan sonra hazırda vəzifədə olan məmurlarla əlaqələriniz qalıbmı, ünsiyyət saxlayırsınızmı?
- Heç bir ünsiyyətim yoxdur. İstəyim odur ki, təyin olunan şəxslər sərbəst surətdə işləsinlər. Bakının, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi və firəvanlığı üçün çalışsınlar. Əgər mən hər hansı bir məmura zəng eləsəm, yaxud hansısa xahiş etsəm, yaxud da kefini soruşsam, onun qızıldan qiymətli zamanını itirmiş olaram. Mən bunu istəmirəm.
- Bəs xələfiniz Eldar Əzizovun fəaliyyətini necə qiymətləndirirsiz. Sizdən sonra Bakıda nələr dəyişib?
- Mən təqaüddəyəm. Çalışıram ki, heç bir məmurun işinə qiymət verməyim. Çünki bu qiyməti verən var, o da möhtərəm Prezidentimizdir. Möhtərəm Prezidentin təyin etdiyi hər bir şəxsə hörmətim ona görə var ki, o təyinatda Prezidentimizin imzası var.
- Bir az da təqaüdçü Abutalıbovdan danışaq. Artıq bir ildən çoxdur ki, dünya COVID-19-la əlləşir. Siz necə qorunursunuz koronavirusdan, pandemiya şəraitində günlərinizi necə keçirirsiniz?
- Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qanun-qaydada nə yazılıbsa, onlara riayət edirəm, qorunuram. Çalışıram evdə olum, bayıra çıxmayım. Hər gün evdən ancaq Heydər Əliyev və bu yaxınlarda koronavirusdan rəhmətə getmiş qardaşımın məzarını ziyarət etmək üçün çıxıram.
Qardaşımın mənim üzərimdə haqqı çoxdur. Məni o böyüdüb, baxmayaraq ki, məndən bir yaş böyük idi, mənə dayaq idi. Leninqradda aspiranturanı oxuyanda, elmlər namizədi olanda, doktor olanda, evim olmayanda yoldaşımla, uşaqlarımla onun evində qalırdım. Evin alınmasında da qardaşım mənə kömək edib. Məni ayağa qaldıran o olub, çətin günlərimdə axıra kimi də cibimə pul qoyub. Osman 1973-cü ildən “Qlavbakstroyâ€da ( Bakı Baş Tikinti İdarəsi) işləyirdi. “Qlavbakstroyâ€da “Elektromontaj†idarəsinin rəisi idi. Qazanırdı və o qazancla da çalışırdı ki, mən əziyyət çəkməyim. O qardaşı itirmək mənim üçün yalnız bədbəxtlikdir (kövrəlir). Odur ki, hər iki sevdiyimi hər gün ziyarət edirəm.
- Allah səbrinizi bol eləsin. Maraqlıdır, təqaüdçü Hacıbala Abutalıbov kabinetli, vəzifəli Hacıbala Abutalıbov üçün darıxırmı? Kaş o günlər olaydı, dediyiniz olubmu heç? Amma tam səmimi...
- Mən uzun illər vəzifədə olmuşam. Yeganə şəxsəm ki, Heydər Əliyev başda Prezident Aparatı, Nazirlər Kabineti olmaqla, bütün icra strukturlarına, komitə sədrlərinə tapşırıq verib ki, mənim müsbət iş təcrübəm yayılsın. İkincisi, Heydər Əliyev Gəncədə çıxışı zamanı bildirib ki, Hacıbala Abutalıbova heç kim kömək etmir, amma görün nələr edir: “15 günlük onu gətirin Gəncəyəâ€. Üçünücüsü, Rusiya Federasiyasının Dumasının ovaxtkı sədri Gennadi Seleznyov böyük nümayəndə heyətilə Bakıda idi. Həmin vaxt Heydər Əliyev Suraxanı rayonuna Tofiq Bayramın büstünün və parkın açlışına gəlmişdi. Tofiq Bayramın gözəl bir şeri var:
Demərəm, ey Vətən, bağışla məni,
Torpağın altı da mənə Vətəndir.
Prezidentimiz o tədbirdə möhtəşəm çıxış elədi. O çıxışla Prezident seçkisinə start verildi. Həmin günün axşamı Rusiya Dumasından gələn nümayəndə heyətini qəbul etdi. Aparıcı dedi ki, möhtərəm Prezident Heydər Əliyev Suraxanıdan çox yüksək əhval-ruhiyyə ilə gəlib bu tədbirə. Bu söz elə-belə söz deyildi. Əgər o an Heydər Əliyevə kiçicik bir təbəssüm, əhval-ruhiyyə vermişəmsə, bu mənim üçün böyük şərəfdir.
Görüşün davamıda Seleznyov ona sual verdi ki, “axı mən Bakıda sizin portretinizə rast gəlmədim?†Buna cavab olaraq, Heydər Əliyev bildirdi: “SSRİ ərazisində Brejnevdən sonra mənim portretim yayılırdı. Mən buna adi iş kimi baxıram. Amma mənim böyük bir portretimi Bakının bir rayonunda vurmuşdular. Mən Bakının meri Rəfael Allahverdiyevə tapşırıq verdim ki, icra başçısına desin o portreti çıxartdırsın. O icra başçısı bilirsiniz nə dedi? İcra başçısı dedi ki, “portretə əl vuranın başını kəsərəm, məni işdən çıxartsınlar, sonra o portreti çıxara bilərlərâ€. Bundan sonra icra başçısına daha bir xəbərdarlıq göndərdim. Mən gecə ilə ona zəng elədim. O fizika sahəsində böyük alim-fizikdir, çox da qeyrətli başçıdır. O mənim partiyamın yaradıcılarından biridir. Ona zəng elədim, başa sala bilmədim ki, bu, düzgün deyil. Axırda dedim ki, icazə verirəm bir şərtlə, mən vəzifədə olmayanda vurarsan portretimi. O isə mənə dedi ki, mən çıxartmıram, kim istəyir gəlsin çıxartsınâ€. Sonradan çıxartdılar. Bunları Heydər Əliyev danışırdı. Çıxışı zamanı adımı çəkmədi. Həmin icra başçısı mən idim. Heydər Əliyevin belə qiymətini kim ala bilər? Heydər Əliyevin sevgisini bu cür qazanan ikinci adam ola bilməz. Bu mənim üçün böyük dəyərdir. Ona görə də mən Heydər Əliyevi nəinki sevmişəm, indi də sevirəm, bundan sonra da sevəcəyəm. Hər gün də Heydər Əliyevin məzarına gedəndə, onun ruhu qarşısında baş əyəndə deyirəm: Heydər Əliyev, yaşa, yaşa, siz bizə lazımsız! Mən həmişə deyirəm:
Bu dünya qəmli, kədərli dünya,
Bu dünya sevincdən süzülən kədər.
Kimi Heydər kimi yaşayıb gedər,
Kimi mənim kimi çəkər bu dərdi.
- Hacıbala müəllim, dediklərinizdən belə anlaşılır ki, bir siyasətçi kimi əməyinizin, əziyyətinizin qarşılığını almısınız. Bəs bir ata kimi necə, övladlarınıza istədiyiniz həyatı verə bilmisinizmi, onlar sizin gözləntilərinizi doğruldublarmı?
- Mənim həyat yoldaşım həkimdir. Düzdür indi səhhətilə əlaqədar işləmir, Almaniyada müalicə alır, oğlu aparıb. İki oğlum var. Çalışmışam ki, onlar azad böyüsünlər və mənim işlərimə qarışmasınlar. Uşaqlarımın ikisi də evlidir, 11 nəvəm var. Nəvələrimlə fəxr edirəm, çünki onlar məni sevir. Və əminəm ki, onlar məni daha çox sevir, nəninki mən onları. Onların hərəsinin öz həyatı var. Onlardan biri hüquq elmləri namizədidir, Ukraynada müdafiə edib. Yəni fizik deyil, deyələr ki, Hacıbala Abutalıbov yazıb verib. İndi Türkiyədə yaşayır, oranın vətəndaşıdır, işləyir, öz ailəsini dolandırır. O biri nəvəm iqtisadçıdır, mənim yanımda Bakıdadır. Kim olur-olsun öz həyatına özü qərar verməlidir. Ata-ana buna qarışmamalıdır.
- Yeri gəlmişkən, oğlunuzun Türkiyədə böyük biznesə malik olması hər zaman mətbuatda geniş müzakirə olunub.
- Bir şeydə çox təəssüf edirəm. Təəssüf edirəm ki, bizim bu torpaq bütün müsibətlərlə bərabər, həm də dərdlilər torpağıdır. Vaxtilə dövlətimiz olmayıb, bir-birimizə qarşı olmuşuq, bir-birimizi qırmışıq və s. Və həmişə də istəmişik ki, kiminsə ayağını çəkək. Bu bizim mentalitetimizdir və bundan da ləzzət almışıq. Halbuki, o ayağın çəkənə heç nə düşmür. Kiminsə uğuru olursa, mütləq ona paxıllıq etməliyik. Mənə deyirdilər ki, sən Bakının merisən deyə, vəzifənə görə Heydər Əliyevin məzarını ziyarətə gedirsən. Bunu da siz jurnalistlər yazırdız. İndi ki, mən vəzifədə deyiləm, amma indi də gedirəm. Bunu mənim əlimdən jurnalistlər yox ey, bütün dünya əhli gəlsə də ala bilməz, bilin!
İkincisi, mənim oğlanlarım uşaq deyil, 40-42 yaşları var. Ataları mənəm deyə, özlərinə iş qurmamalıdırlar, öz ailələrini dolandırmamalıdırlar? Hamı hansısa işilə, əməyilə ailəsinə çörək qazanır, mənim övladlarım da o insanlardan biridir. Heydər Əliyev mənə çörək verib, su verib, uşaqlarımın toyunu təşkil edib. Toyda səhhətilə əlaqədar özü iştirak edə bilməsə də, ailə üzvlərini göndərdi.
Mən birinci dəfədir jurnalistlə bu cür, ümumiyyətlə mətbuata bu barədə danışıram. Düzdür, həmişə mətubata açıq olmuşam. Amma sizə danışdıqlarımı heç vaxt danışmamışam. Ürəyim çox doludur, yanğı ilə danışıram. Mən bir ata kimi çox xoşbəxtəm. Xoşbəxtəm ki, övladlarım məndən nəsə tələb etmir, onlar öz ayaqları üstündə dayanmağı bacarırlar, ailələrinin yanındadırlar. Gəlinlərimdən də razıyam. Yeməyimə qədər bişirib göndərirlər. Ona görə göndərirlər ki, həyat yoldaşım yanımda deyil. Uzun illərdir xəstədir, hazırda Almaniyada müalicə alır.
- Allah şəfa versin. Əgər açıqlamanız uyğundursa, xanımınızın xəstəliyi nədir?
- Pis xəstəlik, xərçəng (kövrəlir). Bir dəfə ağırlaşanda onu geri qazana bildik. İndi yenə ağırlaşıb. Allah bilən məsləhətdir, hər şey onun əlindədir. Allahın məsləhəti nə olacaqsa, o da olacaq. Buna nə mən kömək edə bilərəm, nə də uşaqları. Amma əlimizdə nə varsa, çalışırıq ki, yardımçı olaq. Amma Allahın yazısı var da alnımızda, ondan qaçmaq, onun yazısına qarışmaq mümkün deyil.
- Hacıbala müəllim, maraqlı söhbət üçün təşəkkür edirəm. Düzü zəng edəndə cavab verəcəyinizi, hələ belə səmimi söhbət edəcəyinizi düşünmürdüm.
- Qurbandı, nə vaxt istəsəniz mən danışmağa hazıram. Mən açıq adamam. Suraxanıda işləyəndə də, Bakı Şəhər İcra Hakimiyyətində işləyəndə də qapım həmişə hamının üzünə açıq idi. İndi də təqaüdçü Hacıbala Abutalıbov kimi evimin qapısı sənin üzünə açıqdır, nə vaxt istəsən buyur.
Bakı Şəhər İcra Hakimiyyətində olanda bir də görürdün bir dəfəyə 1000 nəfər gəldi, zala yerləşmirdilər, həyətdə qəbul edirdim. Bir dəfə yataqxanada yaşayan bir qrup qadın gəlmişdi. Getdim yataqxanaya, gördüm ki, orada insan yaşaya bilməz. Amma onlar min bir zillətlə yaşayırdılar. Həyat budur. Dünən mənim evim yox idi, amma bu gün var. Əlimdən gələni etdim ki, onların binası sökülsün, bir iş adamı bina tikib onları orda yerləşdirsin. Elə də oldu. Belə işlərimiz olub. Amma olub da ki, problem olanda onu həll etmək mənim gücümdə olmayıb. Çünki həll yolları həmişə hamar olmayıb, maneələr yaradanlar olub, yüksəkliklər olub, kömək edən olub. Təəssüf edirəm, kaş o nahamarlıqlar olmayaydı. Amma gücüm çatanı etməyə çalışmışam. Amma nə qədər etmişəm, bunu yalnız Heydər Əliyevin yanına gedəndə biləcəyəm...
Xəbərin oxunma sayı : 430
Müsahibə
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Yükdaşıma sektorunda vergi qaydaları dəyişir - Yeni güzəşt təklif olunur
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
“İrəvandakı Göy məsciddə şou düzənlədilər“ - QMİ-dən sərt etiraz
-
Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
KTMT-də Ermənistan bağlı qərar verildi - Bu hüquqdan məhrum edildi
-
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
-
“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
-
Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
-
Azərbaycanda əməkhaqqı 30 qəpik azalıb - Rəsmi məlumat
-
Prezident xanımı ilə Liderlər Sammitində - FOTOLAR
-
Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
-
Dövlət Yol Polisinin adından fişinq hücumları var - XƏBƏRDARLIQ
-
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
-
“Vətəndaşın haqqı ödənilməlidir“ - Nazirdən bələdiyyələrə irad
-
Hərraca çıxarılan villaların sahibi kimdir? - Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq…
-
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
-
İlham Əliyevi Ərdoğan və Quterreş qarşılayıb - VİDEO
-
Şəxsi təsərrüfatdan əldə edilən süd və yumurtadan da vergi alınacaq? - Video
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Saatlıq əməkhaqqı aylıq maaşdakı tarifdən - Yüksək müəyyən ediləcək
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru məqsədyönlü addımlar atılır
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
Şuşa Zəfəri Azərbaycanın müasir tarixinin zirvəsidir
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
TOP 10
ARXİV






