| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
“Mən çox varlı insanam; Milli Məclis hədəfim deyil...” - İqbal Ağazadə
Tarix 07.06.21, 17:46 |
|
AzFakt.com bildirir ki, Bakupost.az-ın müsahibi Ümid Partiyasının sədri İqbal Ağazadədir:
- İqbal bəy, 44 günlük Vətən savaşından keçdik. Qələbəmizlə fəxr edirik, ancaq əlbəttə ki, müharibənin zərbələri, itkiləri də var və bu davam edir. Necə düşünürsünüz, xalq olaraq, ölkə olaraq bu sınaqlardan üzüağ çıxa bilirikmi?
- Əslində, Qarabağ Azərbaycan xalqının ümidi idi. Bu ümiddən yapışıb ta Laçına, Kəlbəcərə, Şuşaya qədər gedib çıxdı. Müharibə itki deməkdir və istənilən halda pisdir. 3000-nə yaxın şəhidimiz, 14 itkinimiz, çoxsaylı qazilərimiz var. 100-ə yaxın sivil vətəndaşımız həlak oldu. Nə qədər körpə atasız-anasız qaldı. Müharibə hər zaman çətindir. Ona görə də müharibəni təqdir etmək mümkün deyil. Lakin torpaqların işğaldan azad olunması millətin varlığı üçün vacib elementlərdən biridir. Niyə? Çünki milləti formalaşdıran qələbələr olur, milləti ayaqda saxlayan onun tarixdə qazandığı nailiyyətlər olur. Biz Qarabağ məğlubiyyətindən, acısından sonra çox sınmış və üzü üstdə olan bir millət idik. Diqqət etsəniz məişətimizdə, ədəbiyyatımızda, kinomuzda, incəsənətimizdə, teatrımızda boz bir dövr yaranmışdı. Bu dövrün qəhrəmanları yox idi...
- Yəni müharibə dövrümüzə bir canlanma gətirdi...
- Bəli. Yeni musiqilər, obrazlar yarandı, təsniflərimizin adı dəyişdi. Məsələn, bir təsnifimiz hazırda şəhid Xudayarın adını daşıyır. Bu məsələlər əslində milləti ayaqda saxlayan amildir.
- Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1997- ci ildə bir məqaləsi yayımlanmışdı. Petrosyan qeyd etmişdi ki, biz sadəcə müharibəni udmuşuq. Azərbaycan üzərində qələbə qazanmamışıq. Və onun verdiyi bütün proqnozlar bu gün öz yerini tutdu. Biz düşməni məğlub etdik, Qarabağı işğaldan azad etdik. Düşmənə hərtərəfli zərbə də endirdik. Amma tam ürəklə bu gün “Biz qələbə qazandıq” deyə bilirikmi?
- Nə qədər ki, Xankəndində, Ağdərədə, Xocavənddə, Xocalıda, Laçının mərkəzində Azərbaycan bayrağı dalğalanmayıb, deməli, missiyamız hələ bitməyib. 1997- ci ilin noyabrında Ter-Petrosyan istefaya göndəriləndə bir istefa bəyanatı yazmışdı: “O şeyi ki bizə verirlər biz götürmürük, sabah yalvarsaq da, o şeyi bizə verməyəcəklər. Ona görə də bu məsələlərdə bir qədər praqmatik olmaq lazımdır”. Əslində, ağıllı olanlar, siyasəti, regional prosesləri, dünyada baş verənləri, haqqı-hüququ bilənlər təbii olaraq məsələyə bu aspektdən yanaşırdılar. Erməni icmasının içərisində də bu cür fikirlər səslənirdi. Mən dəfələrlə xarici səfərlərdə ermənilərlə münasibətdə olanda çox açıq danışılırdı ki, biz də bilirik bu münaqişə hələ bitməyib. Azərbaycan xalqı işğal olunmuş torpaqların azad olunması yolunda bir prosesə başladacaq.
- Yəni, bugünkü qələbə bizi erməni hökumətinin 30-40 il sonra yenidən işğalçılıq siyasətini körükləməyəcəyinə arxayın salmamalıdır?
- Bəli. Ermənistan 200 ildir eyni siyasəti aparır. Biz ömür boyu mübarizə aparan tərəf olacağıq. Ona görə də qətiyyətlə “bitdi” deyə bilmərik. Nə qədər ki, “Böyük Ermənistan”, “Dənizdən, dənizə Ermənistan” ideologiyası var, nə qədər ki, bu ideologiya ilə silahlandırılan bir nəsil yetişdirilir, nə qədər ki, Ermənistanda yaxın qonşulara qarşı düşmənçilik siyasətini yürüdən və insanları bu istiqamətdə tərbiyə edən bir kəsim var, bu proses hər zaman davam edəcək. 200 ildir ermənilərin bizim torpaqlarımız hesabına dövlət qurmaq cəhdlərinin şahidi oluruq. Bu cəhdlər davam etdiyi müddətcə “bitdi” deyə bilmərik.
- Bir sözlə, Qarabağ əbədi risk bölgəsidir.
- Mən hətta Azərbaycan deyərdim. Azərbaycan risk bölgəsidir. Çünki Ermənistan-Azərbaycan sərhədi təkcə Qarabağ bölgəsində deyil. Bizim Ermənistanla ümumilikdə 1007 km sərhədimiz var. Onun 257 km Naxçıvan, təxminən 750 km Kəlbəcər, Qazax, Ağstafa, Laçın ərazisinə düşür.
- Bir neçə gün bundan əvvəl Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirən zaman iki jurnalistimiz minaya düşərək şəhid oldu. Hadisənin baş verməsilə bağlı bir çox ehtimallar səsləndirildi. Sizin ehtimalınız nədir?
- Elə bu hadisələr göstərir ki, müharibə hələ bitməyib. Ekspertiza rəylərindən sonra minaların nə zaman basdırıldığına dair fikir söyləmək olar. Lakin ilkin təəssürat odur ki, bu yol təminat yolu idi, işlək yol idi. Bu yol ilə dəfələrlə Azərbaycan ordusunun əsgərləri, jurnalistlər, mülki şəxslər keçmişdi. O yolda əvvəldən mina basdırıla bilməzdi. Bu faktlardan yola çıxaraq demək olar ki, minalar o yolda yenidir. Erməni diversiya qrupları Azərbaycana keçir, əsgərlərimiz, mülki şəxslər üçün ciddi təhlükə törədir. Azərbaycan tərəfi bilməlidir ki, bunun qarşısını sadə mexanizmlə almaq mümkün deyil. Həmin ərazilərin relyefini tanıyan insanlar, eləcə də mən özüm yaxşı tanıdığım üçün israrla ifadə edirəm, təkcə sərhədçilərin və əsgərlərin gücü ilə müdafiə mexanizmi yaradaraq kəşfiyyat- diversiya qruplarının, terrorçuların qarşısını almaq çox çətin olacaq.
- Siz nə təklif edirsiniz?
- Bunun üçün bir neçə gün əvvəl efir vasitəsilə təklif irəli sürmüşdüm. Dünyada analoqu olan addımlardan birini atmaq lazımdır. Çin səddi var, Almaniyada Berlin divarı var. Birmənalı olaraq sərhəd-istehkam divarları tikmək lazımdır. Əvvəla, Azərbaycanı tez-tez beynəlxalq aləmdə israrla qınamağa cəhd edirlər ki, Azərbaycan Ermənistan sərhədlərinə iddia edir. İstər Göyçə, istər Zəngəzur istiqamətdə. Sərhəd istehkam divarının tikilməsi beynəlxalq aləmdə bizim Ermənistana savaş açmaq və hücum etmək kimi niyyətimizin olmadığını göstərəcək. Sərhədçilərimiz, əsgərlərimiz, o cümlədən sabah Qarabağa köçürülən mülki əhali üçün güllə, snayper, yüngül çaplı pulemyotlardan zərər görmə imkanları sıfra bərabərdir. Müasir texnologiyaya uyğun olaraq, istinad divarlarının hamısında müşahidə kameraları quraşdırılacaq. Həmin müşahidə kameraları vasitəsilə sərhədi mərkəzi nəzarət məntəqəsində oturub, diqqətdə saxlayacaqlar. Heç orda hər addıma əsgər düzməyə də ehtiyac olmayacaq. Qüllələr qoyacaqsan, əsgərlər o qüllələrdə keşik çəkəcək. Psixoloji cəhətdən də Qarabağda yaşayacaq əhali Ermənistanla əlaqəsinin kəsildiyi bilməlidir. Mesaj da verməlisən ki, biz öz torpağımızdayıq.
- Ermənilərlə yenidən birgə yaşamaq fikri nə qədər real görünür? Sizcə, Azərbaycan xalqı birgəyaşayış fikrinə nə vaxtsa isinə biləcəkmi?
- Birgəyaşayış mümkündür. Amma bugünkü düşmənçilik, şərait və yanaşmalar buna imkan vermir. Hər kəsin öz düşmənçiliyi, iddiaları, öz baxış bucağı var. Biz o torpaqlara başqa planetdən adam gətirib yerləşdirməyəcəyik. Təbii ki, o torpaqlarda yerləşdirilən insanlar nə vaxtsa ermənilərlə təmasda olmuş insanlar olacaq. Məsələn, Xankəndiyə o adamlar qayıdacaq ki, onlar 30 il əvvəl ermənilərlə təmasda olub, ermənilər tərəfindən qovulublar. Bu baryeri aşmaq, düşmənçiliyin üzərindən keçib də yenidən bir yerdə yaşamaq psixoloji cəhətdən çox çətindir. Bəzən hesab edirlər bu düşmənçiliyi görməyən adamlar daha tez adlayıb yeni mərhələyə başlaya biləcək. Bu fikir kökündən yanlışdır. O prosesləri görən insanlar daha rahat keçə bilərlər. Çünki onlarda həm də xoş xatirələr qalıb. Yaxın qonşu olan adamlar elə həmişə müharibə etməyib ki! Ermənilərlə dostluq da etmişik, kirvəlik, qohumluq əlaqələrimiz də olub. Onlar o xatirələr hesabına daha tez isinişə biləcəklər, nəinki o mehribançılığı görməyən, nifrət ruhunda tərbiyə olunan yeni nəsil. Ona görə də bu mərhələni belə sadə adlamaq olmayacaq. Çox çətin mərhələ olacaq. Mən hadisələrə real və praqmatik yanaşmaq istəyirəm. Praqmatik düşüncə isə bunu diktə edir ki, bizim ermənilərlə birlikdə yaşamağımız üçün hazırkı şəraitdə imkan yoxdur.
- Azərbaycanın hazırki vəziyyətdə dünyadakı mövqeyini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, dünyanın öz xəritəsi var. Bizim xəritədən Rusiya çox nəhəng görünür. Qonşuluğumuzdadır, imperialistdir. Hər zaman təsir edə bilir. Amma Amerikanın xəritəsindən baxanda Rusiya çox kiçikdir, onlar üçün bir o qədər də əhəmiyyətli deyil. Azərbaycan da ərazisinə və baş verən proseslərə, dünyada tutduğu mövqeyə və təsiretmə imkanlarına görə çox kiçikdir.
- Amma 44 günlük müharibə və qazandığımız qələbəyə rəğmən gücümüzü sübut edə bilmədikmi?
- Biz niyə özümüzü sübut etməyə çalışırıq? Bizim millət olaraq bir kompleksimiz var. Özümüzü qonşumuza, dostumuza, yaxınlarımıza sübut etməyə çalışırıq. Az qala bir ömrü sübut etməklə başa vururuq - maşınımızla, toya gedəndə makiyajımızla, qızılımızla, pulumuzla... Normal insanlarda sübut etmək anlayışı olmur. Biz insan kimi yaşamağı öyrənməliyik, vəssalam. Demokratik, azad, heç kimin haqqına girilməyən, sosial cəhətdən təminatlı bir cəmiyyət yaratmalıyıq. O zaman dünyada mövqeyimiz görünəcək. Dünyada bizə hələ İslam, Şərq dünyasının bir parçası kimi baxırlar. Baxın, bütün İslam, Şərq coğrafiyasına: demokratiya yox, insan haqları pozulur, söz, mətbuat azadlığı pozulur, məhkəmələr azad deyil. Qərarlar xüsusi sifarişlidir. Avtoritar rejimlər, uzunömürlü, dəyişməyən hakimiyyətlər var. Ölkəmizdə 1918-ci ildəki Cümhuriyyət dövründə olduğu kimi, məhkəmələri azad, insan haqları qorunan, söz, mətbuat azadlığı olan, insanların qanun qarşısında bərabər olduğu, siyasi məhbusların olmadığı bir şərait yaranarsa, o zaman özümüzü normal, sivil bir cəmiyyəti olan ölkə kimi sübut etmiş olacağıq. Biz hələ heç bir şey etməmişik. Hələ bizə vurulan ziyanı geri almamışıq, dağıdılan şəhərləri bərpa etməmişik, insanlarımızı ora köçürməmişik, Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə bayrağımızı ucalda bilməmişik. 60 min əhalisi olan Laçını əlimizdən alıblar, indi gedib çıxmışıq ora. Hələ bir hissəsi yenə də onlardadır. Kəlbəcərimizi alıb darmadağın ediblər, 30 il sonra indi gedib çıxmışıq Kəlbəcərə. Hə insanlarımız, əsgərlərimiz canları, qanları bahasına qəhrəmanlıq göstərib. Amma bu onların qəhrəmanlıqlarıdır. Dövlət fəlsəfəsi olaraq heç nə etməmişik. Biz çox təəssüf ki, komplekslə yaşayan bir cəmiyyətik.
- Bizi cəmiyyət olaraq kompleksli edən amillər nədir, niyə xilas ola bilmirik?
- Çox güman ki, bu bizim tərbiyəmizdən, milli, mental dəyərlərimizdən, dövlətçilik şüurumuzun, baxışımızın və vətəndaşın formalaşma mərhələsini keçə bilməməyimizdən irəli gəlir. Biz özümüz, sevdiklərimiz üçün deyil, kimlər üçünsə yaşamağı seçirik. Addım atanda ilk onu düşünürük ki, qonşu nə deyəcək. Bəli, ictimai qınaqlar var. Biz çalışmalıyıq ictimai tərbiyə, cəmiyyətin ümumi halı və əxlaq normalarını yerinə yetirək. Əxlaqdan söz düşmüşkən, bizim cəmiyyət yaşam tərzi ilə əxlaqı həmişə qarışdırır. Əxlaqsızlıq başqasının cibinə girməkdir, başqasının haqqını almaqdır, yalan danışmaqdır, seçkini saxtalaşdırıb başqasının yerinə keçməkdir. Bir başqasının yerinə gedib parlamentdə oturmaqdır və s. Gerisi yaşam tərzidir. Mən geyimimlə yaşam tərzimi bu cür seçirəm. Sənin xoşuna gəlmirsə, belə yaşama. Təəssüf ki, biz əxlaqı həmişə kiçicik bir hissəyə aid etmişik. Bu da bizə müsbət inkişaf üçün stimul verə bilmir.
- Seçkilərdən söz düşmüşkən. İstər əvvəl, istərsə də son keçirilən seçkilərdə ən bahalı seçki kampaniyasını həyata keçirən siyasətçilərdən olmusunuz. Burdan yola çıxaraq demək olarmı ən varlı müxalifət lideri sizsiniz?
- Mən çox varlı insanam.
- Hansı anlamda?
- Fərqi yoxdur, kim necə qiymətləndirir, o anlamda. Siz məndən varlı olduğumu soruşdunuz, mən də etiraf etdim. Cəmiyyətimiz sovet tərbiyəsindən, sovet şüurundan, düşüncəsindən yavaş-yavaş çıxmalıdır. Biz 30-cu ildə yaşamırıq və sovet quruluşu yoxdur artıq. Düşünməsinlər ki, kim rəiyyət balasıdırsa, o, kolxoz sədri, raykom katibi olacaq. Niyə insanlar sevinmir, varlı dedikləri İqbal Ağazadə pulu, imkanı ola-ola cəmiyyətin haqqı uğrunda vuruşur?
- Səmimiyyətə inamsızlıq hissindən qaynaqlana bilərmi?
- Mən digər müqayisə olunanlardan daha səmimi görünmürəmmi?
- Bu, fərdlərə görə dəyişir...
- Hər halda ümumi cəmiyyətin ab-havasına baxanda dediyiniz varlı İqbal Ağazadə gedib sakitcə öz var-dövlətini yeyərdi, özü üçün yaşayardı. Heç kimin haqqı uğrunda da vuruşmazdı. Nə həbsxanaya düşərdi, nə seçkilərdə mübarizə aparıb hakimiyyətin saxtakarlığı ilə üz-üzə qalardı. Cəmiyyət bu şeylərə sevinməlidir, əslində.
- Bir sözlə, başqalarının pulunu hesablamağı sevirik...
- Yox, biz yazıq olmağı sevirik. Bizim komplekslərimizdən biri də budur. Dəhşətli şeydir. Diqqət edirsinizmi, pandemiyadan əvvəl yas məclisləri olurdu. Hökmən bir ağı deyən gətirirdik. O ağı desin, biz ağlayaq. Niyə? Çünki görsünlər biz ağlayırıq. İçindən gəlirsə, ağlayacaqsan. Ailə var doğmasını itirib, heç birinin gözündən yaş çıxmır. Yasa gedən adamlar gedib orda-burda deyirlər ki, gördün filankəsin qızını, heç ağlamadı. Bircə dəfə normal düşünürükmü ki, həmin adamın qızı qədər yana bilərikmi ona? Biz istəyirik, çevrəmizə fərqli şeylər göstərək. Xoşbəxtliyimizdən yola çıxmaq istəmirik. Dərdimizi hər kəsə göstərən, xoşbəxtçiliyimizi gizləyən millətik. Sovet dövründə də maşınımızı, qızılmızı, əmlakımızı gizlətmişik.
- Bu psixologiyanı altşüurumuza həkk edən nədir?
- Millət, cəmiyyət olaraq düzgün tərbiyə olunmamaq. Biz dərdimizi böyüdən adamlarıq. İnsan var yaxşı pul qazanır, yanınıdakı adam maaşını soruşanda göz dəyər deyə, maaşının miqdarını azaldır. Bu qədər bəsit düşüncələrə sahibik. Əvəzində nə edirik? Kiçik bir ailə təmtəraqla ad günü, toy edir və borca düşür. Gedib qonşudan qızıl alıb taxıb toya gedirik. Çox təəssüf, biz hələ bu cür cəmiyyətdə yaşayırıq və bunun üzərindən keçə bilmirik. Siyasətdə də belədir. Sən demə siyasətlə məşğul olan adam ac olmalıymış. Siyasətə gələn adam hökmən varlanmaq üçün gəlir. Ona görə də düşünürlər ki, pulu olan adamın siyasətdə olması məntiqsizdir.
- Elə deyil? Biz axı bunun bariz nümunələrini görən cəmiyyətik...
- Böyük əksəriyyəti, təəssüf ki, elədir. Siyasət varından, yoxundan asılı olmayaraq, hər kəsin məşğul ola biləcəyi sahədir. Çox nəcib bir missiyadır. Haqsızlığı görən, ölkəni, cəmiyyəti onu idarə edənlərdən daha yaxşı idarə etməyə cəhd etmək təşəbbüsdür. Ola bilər cəhdin yaxşı alınmasın, lakin ən azı özündə, komandanda, düşüncələrində, ideyalarında bunu görüb və cəmiyyətə nə isə xeyir vermək istəyəsən. Sadəcə insanlar siyasəti çirkləndirdiyinə, öz əməllərini siyasətin arxasında pərdələdiyinə görə bəzən siyasətə çox pis şey kimi baxırlar. Amma bir şey ki, toplum üçündür, o niyə pis olmalıdı?
- Siyasətdən heçmi pul qazanmırsınız?
- Azərbaycanda heç kim siyasətə investisiya qoymur. Məsələn, bu gün mənim otağımda oturmusunuz. Bu, mənim özəl mülkiyyətimdir, mən bunu siyasətə investisiya kimi qoymuşam. Başqası deyər, mən niyə özəl mülkiyyətimi dövlətə investisiya qoyum?! Verərəm beş-on minə icarəyə, balamı dolandıraram. Mən deyirəm ki, yox, cəmiyyətə xeyir verməliyəm.
- Dolanışığınızdan məmnunsunuz?
- Çox məmnunam. İmkanlarımdan da, həyatımdan da heç bir narazılığım yoxdur. Məni cəmiyyətin, çevrəmin, dövlətin halı məmnun etmir.
- Siz hakimiyyətə gəlsəniz bütün bu sadaladığınız problemlərin həll olunacağı nə qədər realdır?
- Mən özümdə və mənimlə birlikdə Ümid Partiyasına toplaşan dostlarımda, əqidaşlarımda bu potensialı görürəm. Biz rayon icra hakimiyyəti səviyyəsindən tutmuş, ta ölkə başçısı səviyyəsinə qədər ölkəni daha yaxşı idarə edə bilərik. Ölkə problemlərini daha sürətli, daha praqmatik həll edə bilərik. Hər bir vətəndaşın haqqı verilən cəmiyyət qura bilərik. Ona görə də siyasətdəyik.
- Uzun illər müxalifət partiyaları arasında qruplaşmalar yaranırdı. Birləşərək hakimiyyəti dəyişmək istiqamətində kampaniyalar aparır, prosesləri dəyişməyə çalışırdılar. Son bir neçə ildir ki, bu baş vermir. Bu durğunluğun səbəbi nədir?
- Siyasi proseslərin dinamikası və istilik dərəcəsi aşağı düşüb. Ona görə də bunu müşahidə etmirik. Çox güman ki, dinamika qalxanda mütləq yenidən qruplaşmalar yaranacaq. Hələlik real proseslərdə dəyişiliklərə yönəlik addımların gerçəkləşdirilməsi üçün imkanları müəyyən edə bilmirlər. Qarşıdan gələn bələdiyyə, prezident, parlament seçkiləri ərəfəsində niyə birləşsinlər? Hər şeyin məqamı var.
- Necə düşünürsünüz yenidən parlamentə qayıda biləcəksinizmi?
- Mənim hədəfim parlamentə qayıtmaq deyil. Mənim hədəfim bu ölkədə prezident olub, “Ümid” hakimiyyəti yaratmaqdır. Azərbaycanın problemlərini həll etməkdir. Bəlkə Azərbaycandakı problemlər istədiyimiz səviyyədə həll olundu, heç mənim hakimiyyətə gəlməyimə ehtiyac olmadı. Mən görsəm ki, mənim ideya və düşüncələrim aşağı-yuxarı bu və ya digər şəkildə gerçəkləşib və mən də gəlsəm, bundan artıq heç bir şey edə bilməyəcəm, sakit-səssiz əşyalarımı yığıb çıxıb gedəcəm. Bu gün hələ o yoxdu. Bu gün hələ tam həll olunmamış Qarabağ problemi var, təhsili xarabazarlığa çevrilmiş, sosial cəhətdən güvənsiz, söz-mətbuat azadlığı olmayan, səhiyyəsinin yanlış siyasəti nəticəsində xəstəxanalarda can verən vətəndaşları olan, insanları haqsız yerə məhkəmə qapılarında sürünən Azərbaycan var. Biz bunları həll edə biləcək gücü özümüzdə görürük.
Mən istəmirəm mənim vətəndaşım xərçəng xəstəsi kimi Onkologiya Mərkəzinin qarşısında saatlara əlacsız dayansın. Hər dəfə Onkologiyaya yolum düşəndə onun hər mərtəbəsi ilə qalxdıqca rəhmətlik Şücaətin şeirindən bir misra yadıma düşür: “Bura biçarə ilə doludur”. Mən diabetdən əziyyət çəkən nə qədər insan, autizmdən əziyyət çəkən nə qədər uşaq tanıyıram. Dövlətin autizimli uşaqlar üçün bir dənə normal məktəbi yoxdur. Azərbaycanda ürək xəstəlikləri riski 95 faizdir. Çünki heç kim yoxlatmır ki, ürəyində nə var, nə yox. Bu qədər cəmiyyətin dərdini, problemini ürəyində daşıya-daşıya hamı ürək xəstəsi olub. Halbuki bu saat dünyada ürək xəstəliyi ən sadə, müalicə olunan xəstəlikdir. Biz dövlətə təklif vermişdik. Ailə həkimi prinsipinə keçin. Diaqinostika mərkəzlərini boş yerə tikib əlavə xərclər çəkməyin. Hər bir ailənin həkimi olsun. Hər bir insana kartateka açılsın. İnsanların hər dönəmdə xəstəlikləri qeyd olunsun. İnsanların sağlamlığı üçün əlimizdə baza olmalıdır. Hamı göstəri üçün işləyir. Küçəmiz, yollarımız, binalarımızın üzü gözəldir. Amma Tofiq Yaqub demiş:
“Bakıda evlər ucalır, İçində yadlar qocalır”.
Xəbərin oxunma sayı : 799
Müsahibə
Xəbərlər
-
İnstaqramda bu gün önə çıxanlar - FOTOLAR
-
Bələdiyyədən icarəyə götürülən torpaqlar bu halda özəlləşə bilər - VİDEO
-
ABŞ hakimiyyəti Harvard Universitetinə qarşı təzyiqi artırır - Yəhudi tələbələrə görə
-
SEPAH İsrailə raket zərbələri endirib - ABŞ-nin bazalarına PUA hücumu edib
-
Xətaidə evləri çirkab suların altında qalan sakinlərin aqibəti necə olacaq? - VİDEO
-
Bayram bazarlığı neçəyə başa gəlib? - VİDEO
-
“Məğlub olduq, futboldur, belə hallar olur“ - Qurban Qurbanov
-
“Türkiyə və Omana zərbələr endirməmişik“ - Müctəba Xamenei
-
“Rusiya Ukrayna münaqişəsi ilə bağlı görüşdə iştirak etməyəcək“ - Peskov
-
Novruz şirniyyatları niyə bu qədər bahadır? - VİDEO
-
“Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcül təhdiddir“ - Paşinyan
-
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
-
Zığ qəsəbəsində yol problemi: “Pulunu yedilər, buranı düzəltmədilər“
-
NATO İraqı tamamilə tərk etdi - İranın zərbələrindən qorxurlar?
-
Rafet El Roman üçüncü dəfə evlənir - Nişanlısı azərbaycanlıdır
-
Xüsusilə insanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN
-
Aviaşirkətlər yanacaq qıtlığına hazırlaşır: Reyslərin ləğvi mümkündür
-
Yollarda görünüş məhdudlaşacaq - Dumana görə
-
Pezeşkian dünyaya müraciət etdi - ABŞ və İsrailin cinayətləri ilə bağlı
-
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - Novruz bayramı münasibətilə
-
Premyer Liqa: “Qarabağ“ ikinci dəfə “Kəpəz“ə uduzdu
-
Tramp NATO-nu qorxaq adlandırdı: “Onlar kağız pələngdir“
-
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
-
Azərbaycanlı qadınlar ən çox hansı ölkələrin vətəndaşları ilə ailə qururlar? - Araşdırma
-
Kim daha çox qazanır? - Azərbaycanda sektorlar üzrə maaşlar
-
Bu şəxslər orduda birbaşa leytenant kimi xidmət edəcək - RƏSMİ
-
Aİ rəhbərliyi Orbanı sərt tənqid etdi - Ukrayna 90 milyard avronu alacaq
-
“Müxalifətin qələbəsi müharibəyə gətirib çıxara bilər“ - Papikyan
-
“Trampın bu çağırışı nəzərə alınacaq“ - Netanyahu
-
AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq nə vaxt başa çatacaq? - Açıqlama
-
Məktəblərdə “bloger müəllim”lər - Pozitivlik, yoxsa zərər?
-
70 min amerikalı Yaxın Şərqi tərk edib - Dövlət Departamenti
-
Avropa Hörmüz boğazını necə açacağını bilmir - “Bloomberg“
-
Paytaxtın Xətai rayonunda kanalizasiya çökdü, evləri su basdı - VİDEO
-
İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı oldu - Nələr müzakirə olunub?
-
“Azərbaycandan enerji təchizatı Macarıstan üçün çox vacibdir“ - Orban
-
“Gələcək hücumlar daha ağır nəticələrə səbəb ola bilər” - Rəsmi Tehran
-
İşıqforlarda saniyəölçən tablolar yığışdırılır - VİDEO
-
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
-
Binə sakinləri toyuq kəsim məntəqəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
“İran uranı zənginləşdirə və raket istehsal edə bilməyəcək“ - Netanyahu
-
Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR
-
Bakıda Ramazan bayramı namazı qılınıb - FOTOLAR
-
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım etdi - FOTO
-
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO
-
Bu gün Ramazan bayramı qeyd olunur
-
Azərbaycanda Novruz bayramı qeyd edilir
-
İngiltərə nəhəngi “Real Madrid“in ulduzunu aparır - 150 milyona
-
Ali məktəblərdə təhsil haqları artacaq - VİDEO
-
“SafƏt Dönər“in direktoru cərimələndi - Çirkab sullara görə....
-
Daha bir nazirin müavinlərinin sayı artırıldı - 5 müavini olacaq
-
Agentlik xəbərdarlıq edir: Poçt çatdırılmalarında ləngimələr gözlənilir
-
Netanyahu İranın enerji obyektlərinə zərbə endirməməyə razılaşıb - TRAMP
-
Aviabiletlər kəskin bahalaşacaq: Müharibə səyahətçilərin cibinə təsir edəcək
-
İstismar müddəti bitmiş binalar söküləcək - VİDEO
-
Nazirlərin maaşı müəyyən edildi - FƏRMAN
-
“Müxalifət yeni “sentyabr müharibəsi” hazırlayır” - Paşinyan
-
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
-
Bank olmayan kredit təşkilatlarının adından kiberdələduzluq edənlər ifşa olundu - Video
-
“Artıq heç bir təmkin nümayiş etdirməyəcəyik” - Abbas Əraqçi
-
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb - FƏRMAN
-
Səbail rayonunda yaşıllıqlar məhv edilib, yerində obyekt tikilib - VİDEO
-
Prezident Azərbaycan xalqını təbrik etdi - Ramazan bayramı münasibətilə
-
“Tələbələrin təqaüd alma imkanlarını məhdudlaşdırmaq üçün...“ - NDU-dan şikayət
-
Azərbaycanda demoqrafik mənzərə: Əhali, doğum və ölüm sayı
-
Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə olunub - FƏRMAN
-
“İranla müharibədə “pis oğlanları” öldürmək üçün pul lazımdır“ - Heqset
-
Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq sənədinə çevrilib - Paşinyan
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası ilə bağlı xəbərdarlıq
-
“Kiyev “Türk Axını” və “Mavi Axın”a dron hücumlarını artırıb“ - Kreml
-
Zığ gölünün ətrafında yeni yaşıllıqlar salınacaq - 6 milyonluq layihə
-
“Müharibəyə qoşulmaq niyyətimiz yoxdur“ - Kaya Kallas
-
Bəzi bölgələrdə güclü küəl əsəcək - Sarı xəbərdarlıq
-
“Ter-Petrosyan, Köçəryan və Sarqsyan Qarabağ həqiqətlərini xalqdan gizlədiblər“ - Paşinyan
-
64 yaşlı kişi sevgilisindən ayrıldı, yeniyetmə qızına təcavüz etdi - Tovuzda dəhşətli cinayət
-
“Sədərəy”in sahibinə qarşı yarım milyonluq dələduzluq - İş adamı həbs edildi
-
Azərbaycanda ən çox maaşı bu şəxslər alır - MƏBLƏĞ
-
“İran dövlət liderlərinin öldürülməsi qəbuledilməzdir” - Çin şoka düşüb
-
Qubada daş karxanaları təsərrüfatlara ciddi ziyan vurur - NARAZILIQ /VİDEO
-
ABŞ Müdafiə Nazirliyi 200 milyard tələb edir - İranla savaş üçün
-
Hesablama Palatası araşdırma apardı: Qızıldaş Mədəniyyət Mərkəzindəki bağça bağlandı
-
Bu ölkələrin vətəndaşları ABŞ-yə getmək üçün 15 min dollar depozit ödəməlidirlər - Tam siyahı
-
Prezident İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub
-
Kafedə atasının pulu ilə qadına hədiyyə aldı, qonaqlıq verdi - Evdə dava saldı
-
Binaların elektrik şəbəkələrinə şarj cihazlarının qoşulması təhlükəldir? - VİDEO
-
Vəfa Şərifova ərə gedir? - “Haydı, salamat qalın” - VİDEO
-
Milli Kəşfiyyatın rəhbəri ABŞ Senatında sorğu-suala çəkildi - Senatorlar Trampdan narazıdırlar
-
Badamdar, Bayıl və Zığda sürüşmə zonalari aktivləşə bilər - VİDEO
-
Azərbaycan təbii qazı Yunanıstana 420, Gürcüstana 115 dollara satıb - Siyahı
-
Şeyx fətva verdi - Ramazan bayramı ilə bağlı
-
4 yaşlı Nihatın yardıma ehtiyacı var - Ana imkanlı şəxslərdən kömək istəyir
-
Bakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi - 4 nəfər tutuldu
-
Tramp İsrailin qaz yatağına zərbəsindən xəbərsiz olduğunu deyir - İrana xəbərdarlıq edib
-
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır - Kəskin bahalaşma
-
Beyləqanda iftar süfrəsi təşkil olunub - FOTOLAR
-
XİN rəhbəri pakistanlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi - Fotolar
-
Avtomobillərin yaylarına müdaxilə edənlərə xəbərdarlıq - VİDEO
-
Yeni Günəşli qəsəbəsində su ilə bağlı problem - VİDEO
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
“Hörmüz boğazı yalnız münaqişə bitdikdən sonra açılacaq” - İran rəsmisi
-
Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı paylaşım edildi - VİDEO
-
Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
-
Ramazan ayının 29-cu günü - İmsak və iftar vaxtları
-
Slovakiyanın baş naziri: “Kaya Kallas vəzifədən getməlidir“
-
“Tramp uzunmüddətli müharibələrdən qaçmağa çalışır“ - Vens
-
Bu il Azərbaycanda işsizlərin sayı 700 nəfər artıb - RƏSMİ
-
Azərbaycanda benzin və dizelin istehsalı azalıb - CƏDVƏL
-
“Yaxşı nümunə göstərirsiniz, gərək əhali artsın” - Prezidentdən 6 uşaqlı ataya
-
Tikinti altına düşən torpaqlarla bağlı qərar: Sakinlərə kompensasiya veriləcək
-
Sabiq deputatın evi uğrunda savaş: Ögey bacı mülkü böldürdü
-
“Biz öz milli qürurumuzu bərpa etdik“ - İlham Əliyev
-
Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar dayandırdı - Ramazan bayramına görə
-
58 yaşlı Nikol Kidman yaxın dostu ilə sevgilidir - İDDİA
-
Mixail Zabelin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - Sərəncam
-
Bayram günlərində bu banklar işləyəcək - SİYAHI
-
“Tulçinka“ kərə yağı istehsalı ilə bağlı qalmaqallı görüntülər - VİDEO
-
Muctəba və Mehdi inancı: İranın “gizli dövlət” ideologiyası müzakirə mövzusu olur...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident Xocavənddə Novruz tonqalını alovlandırdı - Video
TOP 10
ARXİV






