“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yüzlərlə mafiya üzvü və terrorçu yaxalandı - Beynəlxalq polisi sensasiyalı əməliyyat keçirdi

Tarix 08.06.21, 14:21

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq polis mütəşəkkil cinayətkar qruplara qarşı “dünyanın ən təkmil” əməliyyatını həyata keçirib, çoxsaylı agentliklər bu haqda məlumat yayıblar. 18 ölkədə irimiqyaslı əməliyyat zamanı terrorçu qrupları, mafiya təşkilatlarının yüzlərlə üzvləri saxlanıb.

Avstraliya və Yeni Zelandiya mütəşəkkil cinayətkarlığa ağır zərbə haqda məlumat yayan ilk dövlətlər olub. Europol və Federal Təhqiqatlar Bürosu (FTB) öz regionlarındakı əməliyyatların detallarını gün ərzində açıqlayacaqlar.

“Avstraliya hökuməti qlobal əməliyyatın tərkib hissəsi olaraq mütəşəkkil cinayətkarlığa ağır zərbə vurub – təkcə bu ölkədə deyil, bütün dünyada mütəşəkkil cinayətkarlığa qarşı səs salacaq bir əməliyyat aparılıb”, – Baş nazir Skot Morrison mətbuat üçün brifinqdə deyib.

“Dəmir Əməliyyat” 12-dən çox ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlığı əsasında aparılıb. Bu ölkələr sırasında Birləşmiş Ştatlar, Avropa, Avstraliya və Yeni Zelandiya var.

Yeni Zelandiya və Avstraliya polisinin bildirməsinə görə, FTB ANOM adlı xüsusi tətbiq yaradıb və şübhəli cinayətkarlar təhlükəsiz sistem vasitəsilə ünsiyyət qurduqlarını düşünərək ona qoşulublar.

18 aydan çox bir müddət ərzində şübhəlilər narkotik qaçaqçılığı, çirkli pulyuma, qətl və digər cinayətlər planlaşdırıblar. (azadliq.org)



Xəbərin oxunma sayı : 760




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap