“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“İndi statusdan danışmaq tezdir“ - Sergey Lavrov

Tarix 09.06.21, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


"Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin Qarabağa heç bir aidiyyəti yoxdur”.

AzFakt.com xəbər verir ki, TASS agentliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Primakov qiraəti" forumundakı çıxışını yayımlayıb. Yuxarıdakı fikir həmin çıxışdan sitatdır.

Lavrov həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasında təkcə bu iki ölkə deyil, həm də danışıqlar prosesində rəyi nəzərə alınmalı olan Rusiya, Türkiyə və İran da maraqlıdır.

Lavrov qeyd edib ki, Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə əlaqələndirilməlidir, lakin indi bu məsələyə yox, bölgəyə dinc həyatın qaytarılmasına diqqət yetirmək lazımdır.

“Başa düşürəm. İndi çoxları deyir ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Bununla bağlı yekun razılığa gəlinməlidir. Bəli, ATƏT-in Minsk Qrupunun həmsədrləri yəqin ki, indiki mərhələdə status problemini qaldırmamalıdır, inamın möhkəmləndirilməsi, humanitar məsələlərin, azərbaycanlılar və ermənilərin yenidən yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidirlər. Onda mən sizi əmin edirəm ki, bir neçə ildən sonra statusun bütün problemləri daha asan həll olunacaq”, - Rusiya Xarici İşlər Nazirliyinin başçısı çıxışında bildirib.



Xəbərin oxunma sayı : 799




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap