| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Kim Ramiz Mehdiyevin yerinə olsa istefa verib nəticələri ilə vaxt keçirməyə gedər” – Adil Əliyev
Tarix 22.06.21, 22:25 |
|
Azərbaycan Milli Məclisinin vitse-spikeri Adil Əliyevlə bu dəfəki söhbətimiz Ermənistandakı parlament seçkilərindən tutmuş Şuşa Bəyannaməsinə və AMEA-nın fəaliyyətinə qədər geniş spektri əhatə etdi.
Vitse-spikerin Ovqat.com-a müsahibəsini təqdim edirik
-Adil müəllim, Ermənistanda keçirilən son parlament seçkilərində II Qarabağ savaşının məğlubu Paşinyan böyük fərqlə qələbə çaldı. Erməni xalqının yarıdan çoxu Paşinyana səs verdi. Hər seçkinin nəticəsi həm də xalqın dünyaya verdiyi bir mesajdır. Sizcə, erməni xalqı öz seçimi ilə hansı mesajları verdi və bu seçim regiona nə vəd edir?
-Ermənistandakı son parlament seçkilərinin nəticələri ilk növbədə onu göstərdi ki, erməni xalqı müharibə tərəfdarı siyasi partiyaların və qüvvələrin irəli sürdüyü ideyaları dəstəkləmir, sülh şəraitində yaşamağı arzulayır. Ona görə ki, Paşinyanın rəqibləri onu kaputilyasiya siyasəti yürütməkdə ittiham edir və 44 günlük müharibənin məğlubiyyətini bu adamın ayağına yazmağa çalışırdılar. Xalqa verdikləri vədlər də itirdikləri əraziləri yenidən işğal etmək məqsədi ilə müharibəyə başlamaq idi. 44 günlük müharibədə ağır itkilərlə üzləşən erməni xalqı isə yenidən eyni tale ilə üzləşməmək üçün istəməsələr belə, Paşinyana dəstəkləmək məcburiyyətində qaldılar. Açığı, bu seçim Paşinyana duyulan böyük hörmətdən irəli gəlmirdi. 44 günlük müharibədən sonra Paşinyan ölkədəki nüfuzunu böyük ölçüdə itirmiş və hara gedirdisə mütləq etirazla qarşılaşırdı. Bütün bunlara baxmayaraq, ermənilərin ona səs verməsi Paşinyana inamdan yox, rəqiblərinə inamsızlıqdan qaynaqlanırdı. Artıq erməni xalqı Azərbaycanla hərbi diliylə danışmağın mümkün olmadığını anlayır və perspektivi olmayan, ölkəyə ancaq məğlubiyyət gətirəcək təcavüzkar siyasətdən imtina etməyə çalışır. Bunun da əsas səbəbi Azərbaycan ordusunun qüdrəti ilə əlaqədardır. 44 günlük müharibə bir daha sübut etdi ki, Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir neçə il əvvəl söylədiyi “Azərbaycanın güclü ordusu var†sözləri gəlişi gözəl ifadə deyil, real faktlara əsaslanır. Təsadüfi deyil ki, son Qarabağ döyüşlərində ordumuz bir an belə dayanmamış, ancaq irəli gedərək düşmən üzərində qəti qələbə qazanmışdı. Ermənistan 44 günlük müharibənin nəticəsində kaputilyasiya aktı saydığımız 10 noyabr Bəyanatına da məhz bu səbəbdən imza atmağa, hətta bu atəşkəsi özləri istəməyə məcbur olmuşdular. Çünki həmin dövrdə erməni ordusunun 20 mindən artır əsgəri faktiki olaraq Azərbaycan əsgərinin mühasirəsinə düşmüşdü və müharibə bir neçə gün də davam etsəydi, böyük canlı qüvvə itkisiylə üzləşə bilərdi. Öz ordusunun bütün hərbi arsenalının böyük əksəriyyətini, minlərlə canlı qüvvəsini itirən ermənilərin müqavimət göstərmək imkanları qalmamışdı. Övladlarını perspektivsiz müharibəyə qurban vermək istəməyən erməni xalqı, təbii ki, sülh çağırışlarına daha çox üstünlük verməli idi və verdi də. Ermənistanda keçirilən son seçkilərə bu aspektdən nəzər salanda onların niyə məğlub komandana səs verdiklərini anlamaq mümkündür.
-Amma Köçəryanın seçki öncəsi apardığı təbliğatlarda Rusiyanın dəstəyini alıb yenidən işğal etdikləri əraziləri geri qaytarmaq mesajı açıq seçilirdi. Sizcə, erməni xalqı bu çağırışlara niyə inanmadı?
-Çünki o çağırışların və vədlərin yalan olduğunu 44 günlük müharibədə gördü. Dəfələrlə Ermənistan rəhbərliyinin Moskvaya yardım çağırışlarına aldığı cavab indi də unudulmayıb. Moskva Azərbaycan ordusunun öz ərazilərində separatizmə qarşı mübarizə apardığını, bunun rəsmi Bakının suverenlik hüququndan irəli gəldiyini, KMTM Nizamnaməsində üzv dövlətlərin başqa ölkə ərazisinə təcavüz halında onu dəstəkləməklə bağlı hər hansı öhdəliyinin olmadığını açıq şəkildə bəyan etmişdi. Ölkəmizin haqlı müharibə aparması dünya dövlətləri tərəfindən də qəbul olunur, hətta erməniləri açıq şəkildə dəstəkləyən digər qüvvələr də bu reallıqla barışırdılar. Yadınızdadırsa, Fransanın çağırışı ilə toplanan BMT TŞ-da Azərbaycana qarşı sanksiyalar tətbiq olunması ilə bağlı təklifinə Böyük Britaniya veto qoymuş və bu qərar layihəsi keçməmişdi. Erməni ictimaiyyəti yaxşı başa düşür ki, Azərbaycana qarşı yenidən müharibəyə başlamağa öz gücləri çatmaz və beynəlxalq hamiləri onların yerinə bizimlə döyüşməz, hətta İrəvanı siyasi cəhətdən də dəstəkləməzlər. Hesab edirəm ki, bu qələbə Azərbaycan hakimiyyətinin 30 il ərzində yürütdüyü təmkinli, düzgün hesablanmış xarici siyasətinin və ordu quruculuğunun nəticəsidir. Bütün bu uğurlu siyasətin əsas müəllifi isə Ali Baş Komandanımız İlham Əliyevdir.
-Gəlin, etiraf edək ki, Azərbaycanla strateji müttəfiqimiz Türkiyənin imzaladığı Şuşa Bəyannaməsinə Moskvanın münasibəti qənaətbəxş olmadı. Sizcə, bu bəyannaməyə niyə belə sərt reaksiya verildi?
-Düşünürəm ki, Bəyannaməyə bu reaksiya yalnış anlaşılmadan doğdu. Rusiyanın etirazının kökündə NATO üzvü olan Türkiyənin Azərbaycanda öz hərbi bazalarını yaratmaq ehtimalından qaynaqlanırdı. Halbuki, Bəyannamədə elə bir maddə nəzərdə tutulmur. Üstəlik, nə Qoşulmayanlar Hərəkatının üzvü, hazırkı sədri kimi Azərbaycanın, nə də Türkiyənin elə bir niyyəti var. Hər iki strateji müttəfiqin yeganə planı Azərbaycan ordusunun qüdrətlənməsi, öz gücü hesabına ərazi bütövlüyünü qoruyacaq vəziyyətə gəlməsidir. Bu isə bizim bir dövlət kimi ən təbii haqqımızdır və heç kim buna etiraz etmir, edə də bilməz. O başqa məsələdir ki, Azərbaycan öz torpaq bütünlüyü uğrunda düşmənin regional müttəfiqlərinə qarşı müharibəyə girərsə, Türkiyə də istər-istəməz bizi dəstəkləməyə məcbur ola bilər. Amma bu ehtimal hazırda sadəcə nəzəri olaraq gündəmdədir. Çünki nə regional ittifaqların belə bir niyyəti var, nə də Azərbaycan öz qonşuları ilə müharibəyə hazırlaşır. Bizim yeganə niyyətimiz ərazi bütövlüyümüzü qorumaqdır və müasir silahlarla təchiz olunmuş, dünyanın ən güclü ordularının belə, heyrətlə izlədiyi qələbəni qazanmış Azərbaycan ordusunun öz dövlətini qorumağa kifayət qədər gücü çatar. Sadəcə hər bir dövlət kimi Azərbaycan da bu üstünlüyü ilə razılaşmır, öz ordusunu müasirləşdirmək və yeni nəsil silahlarla təchiz etmək istəyir. Şuşa Bəyannaməsi də bu məqsədə xidmət edir.
-Adil bəy, Azərbaycan ordusunun yeni texnologiyalarla təchizi elmi inkişaf səviyyəmizdən birbaşa asılıdır. Tarix sübut edir ki, ondan-bundan silah almaqla bir ordunu güclü hala gətirmək mümkün deyil. Ölkələr həm də öz hərbi sənaye komplekslərini qurmalı və müasir texnoloji kəşflərlə buna nail olmalıdır. Bu hədəfə çatmaq üçün Azərbaycanın elm xadimlərinin üzərinə böyük məsuliyyətlər düşür. Necə hesab edirsiniz, AMEA bu çağırışlara cavab verəcək səviyyədədirmi?
-Çox yaralı yerimizə toxunursunuz. Bilirsiniz ki, Şuşa Bəyannaməsində də Azərbaycanın müasir tələblərə cavab verən hərbi sənayə kompleksinin qurulması nəzərdə tutulur. Prinsip etibarilə, Azərbaycan xalqı bu potesiala malik toplumdur. Heç uzağa getməyək, II Dünya müharibəsində SSRİ-nin alman faşizmi üzərində qələbə qazanmasında Azərbaycanın elm xadimlərinin, xüsusilə Yusif Məmmədəliyevin məşhur kəşfləri mühüm rol oynamışdır. Onun tank əleyhinə yaratdığı kimyəvi kokteyl düşmən tanklarını əridib sıradan çıxarır, təyyarələr üçün hazırladığı yanacaq sovet hava qüvvələrini hərəkətə gətirirdi. Müharibədən sonra bir çox rus mütəxəssislər Yusif Məmmədəliyevin bu uğurlarını etiraf edərək deyirdilər: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udduq. Məhz bu nailiyyətlərinə görə, Yusif Məmmədəliyev müharibədən dərhal sonra – 1945-ci ildə AMEA-nın prezidenti vəzifəsinə gətirilmişdi. Yəni indiki Ramiz Mehdiyevin yerinə. Müharibədən sonra onun raket yanacağını kəşfi nəticəsində SSRİ kosmosa çıxa bilmiş və dünya hegemoniyasında əsas rəqibi ABŞ-ı ən azı 15 il qabaqlamışdı. Qısası, SSRİ-nin həm II Dünya müharibəsində, həm də soyuq savaşda nailiyyətində Azərbaycan elm xadimlərinin misilsiz rolu var. Bu gün belə, o kəşflər hərb sənayesinin başlıca uğurlarından sayılır. Mən bu misalları çox uzada bilərəm. Amma sualdan yayınmamaq xətrinə Azərbaycanın digər bir çox alimlərinin elmə gətirdiyi yeniliklər üzərində çox dayanmaq istəmirəm. Demək istədiyim odur ki, dünya elminin istiqamətini, qlobal müharibələrin taleyini dəyişən AMEA-nın indiki vəziyyəti ürək ağrıdıcıdır. Yusif Məmmədəliyev kimi işıqlı akademikin yerində hazırda akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirən Ramiz Mehdiyev əyləşib. Səhv etmirəmsə, sizin saytdan oxudum, adını akademik qoyan bu adam həmin vəzifəyə təyin olunandan bəri 1 il 7 ay ərzində bir dəfə də olsun akademik tədbir keçirməyib. Bu müddət ərzində gördüyü iş savadlı akademikləri vəzifələrindən uzaqlaşdırıb yerlərinə elmlə əlaqəsi olmayan insanları gətirmək olub. Onun irəli çəkdiyi kadrların, demək olar ki, hamısının keçmişi isə qaranlıqdır. Bir çoxları məhz bu qara əməlləri nəticəsində işdən uzaqlaşdırılıblar. AMEA məhz bu adamın 1 il 7 aylıq xidməti sayəsində əsl akademiklərdən “təmizlənibâ€. Özü də tam qanunsuz şəkildə. Onlardan biri (Yəqin ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi nəzərdə tutur – Ovqat.com) bu yaxınlarda qanunsuz işdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə hökmü ilə işə bərpa olunmuşdu. Kim Ramiz Mehdiyevin yerinə olsa, məhkəmənin bu qərarından sonra bir gün də o postda oturmaz, dərhal istefa verib nəvələrini, nəticələri ilə vaxt keçirməyə gedərdi. Bu adam isə dəfələrlə ifşa olunmasına baxmayaraq, öz postundan dörd əlli yapışır və AMEA kimi elm mərkəzini şəxsi qara biznesinin ofisinə çevirir.
Bilirsiniz ki, Azərbaycan prezidenti dəfələrlə elmə ayrılan vəsaitin tətbiqi elmlərin inkişafına sərf olunmasını tapşırıb. Elə bu tapşırığın özü, siz dediyiniz kimi, hərbi sənaye kompleksinin və iqtisadi böyümənin inkişafına yönəlməsini tələb edir və Şuşa Bəyannaməsinin ruhunu əks etdirir. Və bir daha sübut edir ki, ölkəmizin inkişafı, xüsusilə də müasir hərbi sənaye komplekslərinin yaradılması Şuşa Bəyanatından əvvəl də Ali Baş Komandanın başlıca prioriteti olub. Təbii ki, ölkə başçısı öz hərbi və iqtisadi hədəflərinin bundan daha aydın deyə bilməzdi. AMEA prezidenti isə mənasız qurumalar yaradaraq və o qurumlara özünün yaxınlarını gətirərək, akademik büdcəni göyə sovurmaqla məşğuldur. Hesab edirəm ki, akademik büdcənin hansı sahələrə yönəldildiyini araşdırsanız, daha dəhşətli faktlar ortaya çıxararsınız. Prezident çıxışlarında dəfələrlə jurnalistləri özünün ən yaxın dostları və etibar etdiyi mənbələr adlandırıb. Siz də bu etimadı doğruldaraq, Azərbaycanın elmi potensialının necə məhv olunduğunu araşdırıb əsl həqiqətləri ortaya qoymalısınız. Qoy, Azərbaycan rəhbərliyi də, ictimaiyyəti də sizin vasitənizlə kimin kim olduğunu tam aydınlığı ilə görsün.
Xəbərin oxunma sayı : 490
Müsahibə
Xəbərlər
-
Əbülfəs Qarayevin Xorvatiyadakı otelinin müəmmalı maliyyə hesabatı - 5,4 milyon avro borc
-
Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər
-
“Nə məsafə saxlanılır, nə də təhlükəsizliyə əməl edilir“ - VİDEO
-
Sumqayıt məktəbində 1 sinifdə 52 şagird təhsil alır? - İDDİA
-
Azərbaycanda “qreçka“nın qiyməti kəskin bahalaşa bilər - Səbəb
-
Vüqar Musayevin rəhbərlik etdiyi şirkət işçilərin pulunu vermir - VİDEO
-
BDU-da tələbələrin tədris imkanı məhdudlaşıb? - VİDEO
-
Neft Fondunda yoxlama: nöqsanlar üzə çıxdı
-
Abşeronda narkotik əməliyyatı - 8 nəfər saxlanıldı + Video
-
“Ona deyə bilərdim ki, səndən xoşum gəlmir” - Tramp
-
Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır - Ekspert
-
Azərbaycanın əsas ticarət tərəfdaşları açıqlandı - İtaliya ilk sıradadır
-
Hesablama Palatasında yeni şöbə yaradılıb - Müdir təyin edilib
-
Bu evlər iqtisadiyyata milyonlarla manat zərər vurur - Əmlak amnistiyası GÜNDƏMDƏ
-
Avropada 1,6 trilyon avroluq büdcə davası - liderlər razılaşa bilmirlər
-
“Naxçıvan camaatının dərdinə kimsə şərik çıxmır” - Novella Cəfəroğlu
-
Market sahibi saxta iş yerləri yaratdı - DSMF-ə 22 min manat ziyan dəydi
-
Bu il əti xaricdən 4, kərə yağını 10,2, düyünü isə 1,6 manata almışıq - Siyahı
-
Azərbaycanda ən yaşlı ali rütbəli vəzifəlilər kimlərdir? - ADLAR
-
Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Atası və ögey anasına hökm oxundu
-
Hibrid avtomobillərin idxalı kəskin azalıb - Qiyməti isə artıb
-
Almaniyada işləmək istəyənlərə fürsət: 4200 avroyadək maaş
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi
-
Putin və Paşinyan Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər - Peskov
-
Xam nefti Hindistana 110, Portuqaliyaya 77 dollara satmışıq - Siyahı
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ
-
“TikTok“da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı
-
Sənədsiz evlərə çıxarışla bağlı amnistiya təklif edildi - “2026-cı il tarixi qərarlar üçün fürsətdir”
-
Büdcəni razılaşdıra bilmirlər - Liderlər 2 düşərgəyə bölündü
-
Vilyam Hacıyev azadlığa buraxıldı - Məhkəmədən qərar
-
ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib - SEPAH
-
Bu il tibbi xidmətlərin qiymətlərində artım baş verib - QİYMƏTLƏR
-
“Vergi cəlladı“nın kadrı Gəncə Neft Bazasını necə talayıb? - Pərvin Əhmədov haqqında inanılmaz iddialar
-
Azərbaycanda QHT-lərlə bağlı qanun dəyişdi - Yenidən qeydiyyata alınacaqlar
-
Generalın qızını məhkəməyə vermişdi - İşdən çıxarıldı
-
Türkiyədən Monteneqroya sərt cavab: 18 illik vizasız rejim ləğv edildi!
-
ABŞ Konqresində “FİFA işi“ sürətlənir: Tramp və Kuşnerin adı hallanır
-
Bakıda XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - Nələr müzakirə edildi?
-
Messi həmin matçda oynayacaq - Ronaldo hələ cavab verməyib
-
Putinə verilən suallar süni intellektlə hazırlanır - Peskov açıqladı
-
ATMU-da nə baş verir? - Universitet rəhbərliyi araşdırmaya başladı
-
Dövlət xəstəxanalarında KT və MRT problemi: Şikayətlər var
-
“Prezident İlham Əliyevə söz vermişdim ki...“ - Estoniya XİN rəhbəri Bakıda nələr dedi?
-
Vahid Ələkbərovun şirkəti “Şahdəniz“dən çıxır - Nə baş verir?
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırıb - Ali Məhkəmədən qərar
-
Prezident Estoniya XİN rəhbərini qəbul etdi - FOTOLAR
-
Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ
-
“Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
-
Bakıda yumurta çörək qiymətinə satılır - VİDEO
-
Avropaya vizasız gedə biləcəyik? - Azərbaycan üçün yeni imkan
-
Tanınmış aparıcının evinə 15 nəfərlik basqın: Saxlanılan şəxsin kimliyi məlum oldu - VİDEO+FOTO
-
Neft oğurluğu yüksək vəzifəlilərin başını yeyəcək - Müşavir
-
Binanın həyətində su anbarının üst paneli çöküb - TƏHLÜKƏ/VİDEO
-
Xətai rayonunda binanın bir bloku istiliksiz qalıb - Səbəb nədir?/VİDEO
-
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Tramp Rutte ilə görüşdü - Ukrayna və İranı müzakirə etdilər
-
Ata evi uğrunda bacı-qardaş savaşı: Qanun nə deyir?
-
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı
-
İtaliya hələlik Aİ-nin çoxillik büdcəsini dəstəkləməyəcək - Meloni
-
Qaradağda narkotik əməliyyatı keçirilib - VİDEO
-
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi verirdi - Saxlanıldı
-
Məhkəmə qərarı var, amma ev boşaldılmır: 30 illik qalmaqal
-
Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...
-
Vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Nüfuz alverində təqsirləndirilirlər
-
Ermənistanda məhkəmə Nəsimi Musayevin həbs müddətini uzatdı - 3 ay
-
Bazarı bürüyən təhlükəli toyuqlar - Məşhur firma da satırmış...
-
Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - FOTO
-
“Minlərlə insan evə qayıdacaq” - Ən böyük əsir mübadiləsinin vaxtı açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!“ - Sabir Rüstəmxanlı
-
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
-
Bağçalarda çalışanlara vacib xəbər - İmtahanın vaxtı dəyişdi
-
AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib - İLGİNC
-
Sabiq hakim 4 696 manatlıq pensiyasından narazıdır - Məhkəmə qərarı
-
Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular
-
Eldar Əzizovun nazir müşaviri olan oğlu Bakıda yeni obyekt açıb - FOTO
-
Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”
-
Qusarda tenderlərin dəyişməyən qalibi - “Biznes Klas“a yeni sifariş
-
Namizəd Səfərova hökm oxundu - 7 il müddətinə azadlıqdan məhrum edilib
-
Türkiyədə müğənni həbs edildi - 9 məşhurun ölkədən çıxışına qadağa qoyuldu
-
Bu məktəblərin direktorları dəyişdi - TAM SİYAHI
-
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək - Bu tarixdə
-
Sərxoş halda komando hərbçisini vurub öldürmüşdü - Bu cəzanı aldı
-
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
-
Tehrana xüsusi status verilir - İran ilk ölkə ola bilər
-
Avropada böyük müharibəyə hazırlıq: 100 min hərbçiyə məktub göndərildi
-
“Onları heç vaxt bağışlamayacağam“ - Tünzalə Ağayeva
-
Mənzilə eyvandan daxil olaraq 7 yaşlı uşağı xilas etidlər - VİDEO
-
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistana getdi – Fotolar
-
Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı
-
Müəllim olmaq istəyənlərin nəzərinə: Vakant yer seçiminin nəticələri bilindi
-
Ali məktəblərə qəbulda vahid yanaşma - Test sistemi təkmilləşdirilməlidir
-
Konqres Pentaqona pul vermək istəmir - Ağ Evdə böyük təlaş
-
Bakıda yeni yol tikintisi üçün evlər söküləcək - VİDEO
-
Azərbaycan nefti bahalaşdı - Yeni qiyməti
-
Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdi
-
Putinin Vaşinqtona verdiyi söz üzə çıxdı – Kuşner detalları açıqladı
-
Regionlar işsiz, Bakı yüklənir - 84 faizlik statistika nəyi göstərir?
-
Hər daşının, qayasının altında bir tarix yatan ulu diyarımız
-
Abadlaşan və gözəlləşən Kəlbəcər xoşbəxt gələcəyə doğru inamla addımlayır
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Çempionlar Liqası: “Sabah“ Bakıda “Barselona“ya uduzdu
-
Maskın “Starmind“ planı təsdiqləndi: Orbitə 1 milyon peyk çıxarılır
-
Talıbova yüksək vəzifə verildi - Aparat rəhbəri təyin olundu
-
Varşavadan NATO-ya sensasiyalı təklif: Rusiya raketləri Ukrayna səmasında vurulsun
-
Azərbaycanlı milyarderin qurduğu biznes satılır - 16 milyard dollarlıq
-
Mağazasının qarşısında tullantı yandırdı, 2500 manat cərimələndi - Günahı qonşusunun üstünə atdı
-
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
-
1 milyonluq yeyintinin əmri kimdən gəlib? - “Rəhbərliyin tapşırığını icra edib“
-
Bu yaxınlarda cərimələnən “Vibrostone” böyük məbləğdə borclandı - DETALLAR
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
-
Azərbaycanda “Temu“ya qarşı aparılan araşdırma yekunlaşdı - Nəticə
-
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb - Fotolar
-
Paşinyanın Moskvaya səfərinə hazırlıq gedir - Peskov təsdiqlədi
-
Abşeron rayonunda bu yollar təmir olunacaq - 2,8 MİLYONLUQ İŞ
-
Məhkəmə rüsumları 4 dəfə azaldılır - Kollegiya sədri
-
400 ton yararsız toyuq ətinə görə 10 il həbs cəzası verilə bilər - Vəkil
-
Avtomobilləri qarət edib özünə “iPhone 18“ aldı - Bakıda ŞOK
TOP 10
ARXİV






