“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Falçının oğurluq etdiyi ev Vətən müharibəsi şəhidinin imiş - FOTO/VİDEO

Tarix 01.07.21, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, ötən ay Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın saxlanılıb.

Dələduzluqla məşğul olan Aygün Məmmədovanın qurbanlarından biri də Vətən müharibəsi şəhidi Çoban Nurmətovun ailəsi olub.

Özünü falçı kimi təqdim edən Aygün Məmmədova şəhidin ailəsinin yaşadığı evə gələrək orada şər qüvvələr olduğunu deyib. Daha sonra fala baxmaq adı ilə evə daxil olub və 11 800 manat pul oğurlayıb. Məlum olub ki, oğurlanan pul ailənin xəstə övladının müalicəsi üçün nəzərdə tutulubmuş.

Qeyd edək ki, şəhid Çoban Nurmətov Qusarın Cibir kəndində dünyaya gəlib. O, Vətən müharibəsi zamanı oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Prezidentin sərəncamları ilə  “Vətən uğrunda”, Şuşanın, Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Baş gizir Nurmətovun şəhidliyindən 50 gün sonra qızı Fatimə dünyaya gəlib.

Özünü falçı kimi təqdim edən qadının şəhid ailəsindən oğurluq etməsi ilə bağlı Space TV-də yayımlanan “Gündəm Amil Xəlil ilə” verilişi süjet hazırlayıb:





Xəbərin oxunma sayı : 796




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap