“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Azərbaycanın Kiprə səfərlərin təşkilində iştirak edəcəyik” - Ərdoğan

Tarix 19.07.21, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


"Türkiyə olaraq Şimali Kiprə başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrinin yüksək səviyyəli səfərlərinin təşkilində iştirak edəcəyik”.

AzFakt.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

R. T. Ərdoğan deyib ki, səfər çərçivəsində Şimali Kipr Prezidenti Ersin Tatarla təkbətək heyətlərarası görüşü olacaq.

Şimali Kipr xalqının suverenlik hüququna malik olduğunu vurğulayan R. T. Ərdoğan bildirib ki, Türkiyə Şimali və Cənubi Kiprin bərabər hüquqlarının tanınmasına tərəfdardır.

Türkiyə Prezidenti E. Tatarla bir çox təsislərin açılışında iştirak edəcəyini bildirib və Kuzey Kipr Parlamentindən yeni müjdəsi olacağını deyib.

R. T. Ərdoğanla bərabər səfərdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və rəsmi böyük heyət də iştirak edir.

19-20 iyul, iki günlük səfərdə Türkiyə Prezidenti Şimali Kipr Sülh və Müstəqillik Hərəkatının 47-ci ildönümündə iştirak edəcək və müsəlmanların Qurban Bayramını da rada qeyd edəcək.

Qeyd edək ki, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli də Şimali Kiprdə səfərdədir.



Xəbərin oxunma sayı : 733




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap