| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Daha müxalifətçiliyə yer qalmayıb” - Flora Kərimova
Tarix 28.07.21, 16:50 |
|
"Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın"
Bu günlərdə səksən yaşını qeyd edən Xalq artsiti Flora Kərimova Meydan TV-nin suallarını cavablandırıb.
O, sənətlə yanaşı, siyasətdən, müxalifətdən, 44 günlük müharibədən də danışıb.
- Flora xanım, yaradıcılığınızın iki mərhələsi olub: Sovet və müstəqillik dövrü. Sizin üçün hansı daha yaddaqalan olub?
- Heç biri. Çünki sovetlər vaxtı da, müstəqillik dövründə də məni çox incidiblər. Hərdən ikiüzlülük edirlər ki, sovetlər vaxtı pisiydi, indi yaxşıdır. Yox, düşmən həmişə düşməndir. Əgər kimsə mənimlə düşmənçilik aparmaq həvəsindədirsə, 80 yaşımda da bunu edəcək. Bu gün-sabah dünyadan köçəcəyəm, millətimdən üzr istəyirəm, həmişə və hələ də əl-ayağımı yeyirlər. Gah qızıma, gah oğluma, dünyadan köçənlərimə, gah ana bətnində vəfat edən nakam nəvəm Florama həsəd aparırlar. Millətimin mənə olan münasibətinə, torpağıma bağlı olmağıma, hətta ailə faciəmə belə həsəd aparırlar. Özlərində olmayanları məndə görüb, qısqanıb, ağızlarını Allah yoluna qoyurlar. İndi də əl çəkmirlər, bir söz deyirəm, şişirdirlər. Bəzən görürsən ki, "YouTube”da olan hansısa mahnıma barmağını aşağı salıb, bəyənməyib. Mütləq bir savadsız, paxıl barmağını aşağı salacaq. Səksən yaşıma kimi, bu sözü deməmişəm. İndi deyirəm, çünki artıq boğaza yığılmışam. Mənim vokalımdan yüksəyi yoxdur. Tamaşalı, kinolu, hamısı birlikdə min yüz mahnı oxumuşam. Sən onun bir faizini oxuya bilməyəcəksən. Elə mahnı oxumalısan ki, insanların beyninə, ürəyinə yol tapsın.
- Musiqidən söz düşmüşkən, Sovet dövründə güclü bəstəkarlarla çalışmısınız, həmin illərin senzurası bu əməkdaşlığın imkanlarını hansı həddə qədər genişləndirməyə imkan verirdi?
- Bir ay oxumuşam, üç ay ağzımı möhürləyiblər. Bunu xoşa gəlmək üçün edirdilər. Bədbəxtlər, yaltaqlanmaq üçün bilmirdilər ki, daha nə etsinlər. Flora düz söz deyən kimi onu "vurmaq” üçün əllərinə fürsət keçirdi. Xalqımdan bir xahişim var. Bəzi insanlara müraciət edirəm, yaltaq olmayın. Birincisi, yuxarıların bundan xoşu gəlmir. Konkret olaraq kimləri nəzərdə tutduğumu bilirsiniz. Başı daşdan-daşa dəyən yuxarılar, yaltaqların dediklərinə inanmır. Onsuz da bilirlər ki, sözləriniz yalandır. Bilirlər ki, tale üz döndərsə, siz o insanlardan hamıdan əvvəl qaçacaqsınız. Yaltaqlıqla xalqı bədbəxt etməyin. Millətin belini sındırmayın, xalqın tərbiyəsini pozmayın. Yadımdadır, bir dəfə fəxri adların təqdimatı idi, efirdə nümayiş olunurdu. Rəhmətlik Heydər Əliyev soruşdu ki, niyə Floranın səsi eşidilmir? Şairlərdən biri cavab verdi ki, ona qadağan ediblər. Bunlar elə bilirdi ki, rəhbərlik düz sözə görə mənə münasibəti korlayacaq. Hansısa andan istifadə edib, məni ekrandan çıxarırlar. Amma düz sözümə görə xalqımın, millətimin mənə münasibəti həmişə yaxşıdır.
- Vəziyyət indi də belədir, qadağalar var?
- İndi dəyib-dolaşan yoxdur. Bir məsəl var: "Zər qədrini zərgər bilər". Bu günlərdə səksən illik yubileyim idi. Hansısa telekanalın yubileyimə biganə yanaşdığını görmədim. Ya köhnə verilişlərimdən, müsahibələrimdən, ya da çıxışlarımdan verdilər. "Xəzər” Televiziyasının prezidenti Murad Dadaşov doğum günümü xüsusi təbrik etdi. Məni başa düşən, ayağa verməyən, mühafizə edən, öz münasibətini sərgiliyən, "ona dəyməyin, o sənətkardır”, - jestini edən elə özü də sənətkardır. Onun mənə nə qədər antipatiyası olsa da, sənətkarlıq başqa cür davranmağa qoymazdı. Sayğısı, qayğısı qoymaz ki, mənə ya gizli, ya da açıq düşmən olsun. Bütün telekanallar məni təbrik etdilər. Ona görə yox ki, səksən yaşım var, yubileyimdir. Onlar mənim sənətimə qiymət verirlər. O qədər sənət adamı var ki, yaşı səksən də olur, doxsan da. Qızıma zarafatla deyirəm ki, anan qurban, çamadanlarımı yığıram, köçməyə. Deyir ki, Allah eləməsin, sən məni, qardaşımı yetim qoyursan? Oğlum mənə deyir ki, əllidən çox yaşım var. İnan ki, sən olmasan, mən yetim qalaram, iki yaşlı uşaq yanımda yalan olar.
- Siz bir müddət - konkretləşdirsək, 90-cı illərin sonları müxalifət düşərgəsilə sıx münasibətdəydiniz, 2003-cü ildən sonra əlaqə tədricən kəsildi. Bu, sənətlə bağlıydı, yoxsa başqa səbəblər də vardı?
- Müxalifət olsaydım, gərək məni çox ağıllı insanların siyahısına yazaydılar. Müxalifət - əsl, əldəqayırma yox - çox ağıllı olmalıdır. İqtidarı haqsız çıxarmağa faktları, məntiqi və cəsarəti olmalıdır. Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın. Təbii ki, hamısını demirəm, çünki mən də həmin çeşmədən su içmişəm. Mənsə heç vaxt su içdiyim qaba tüpürmərəm. Müxalifət – siyasətçi olmalıdır. Adını daşımamalıdır, özü olmalıdır. Müxalifət - intellektlə, vətənə olan sevginin vəhdətidir. Bir də ki daha müxalifətçiliyə yer qalmayıb. Çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə məni bir insan kimi ucaltdı. Hamımızı xalq, millət kimi ucaltdı. Həmişə deyirəm ki, vətəni ürəklə sevib, ağılla qoruyarlar.

Flora Kərimova
Mənbə: Flora Kərimovanın şəxsi arxivindən
- Flora xanım, son günlər Azərbaycanla-Ermənistan arasında gərginlik artıb, Şuşa, Naxçıvan, Kəlbəcər, Tovuz istiqamətində atəşkəsin pozulduğu bildirilir. Hər iki ölkənin müdafiə nazirlikləri bununla bağlı mütəmadi məlumatlar yayır. Necə düşünürsünüz, bu proseslərin sonu necə olacaq?
- Siz düşünürsünüz ki, düşmən bizi elə-belə rahat buraxacaq? İfadəmə görə üzr istəyirəm, anasını ağladana deyəcək ki, səninlə sülhə gedirəm? Onlar kimlərəsə arxayındırlar. Adını çəkmirəm ki, vətənimə bir də düşmən qazandırmayaq. Arxalandıqları da, "dovşana qaç deyir, tazıya tut". Bizi 27 il ağlar qoydular. Allah sərkərdəmizin canını sağ eləsin, 44 günə onları heç etdi, ağlar günə qoydu. Onların bütün dayaqlarını, yalançı nüfuzlarını, özləri haqqında olan əfsanələrini 44 gündə tapdaladı, məhv etdi. Xalqla birlik oldu, iradəsi, savadı, millətin dəstəyi, şəhidlərin qanı bahasına Azərbaycanı ayağa qaldırdı. Bir var, sözdə vətənpərvər olasan, bir də var, konkret iş görəsən, özünü doğrudan da, bu torpağın övladı hiss edəsən. Bu torpağın bütövlüyünü demirəm, hətta zərrəsinə görə canından, qanından keçənlər oldu.
- 2005-ci ildə Parlament seçkilərinə qatılmışdınız. Həmin vaxt seçki nəticələrindən narazı qalmışdınız, yerli, daha sonra isə Avropa Məhkəməsinə müraciət etmişdiz. Avropa Məhkəməsinin qərarı ilə Azərbaycan dövləti sizə 59 min 100 avro təzminat ödəməli idi. Bu məbləğ ödənildimi?
- Ödənildi. Sonradan ərizə yazıb, deputat pensiyası tələb etdim. Lakin neçə illər etiraf etmədilər. Dedilər ki, qanunda belə bir şey yoxdur. Konstutisiya Məhkəməsi də müraciətimi təsdiq etmədi. Çünki mənə pensiya verilsəydi, seçkilərin qeyri-şəffaf keçirildiyini boyunlarına almış olacaqdılar. Sənətkar kimi 150 manat pensiya alıram. Oğlumun himayəsindəyəm, mənə elə bir şərait yaradıb ki, nə qədər pul aldığımın fərqinə varmıram. Seçkilərdə haqq-ədalət yox idi. İnanmıram ki, indi də olsun. Yadımdadır, başım onda nələr çəkdi. Dişimlə-dırnağımla mübarizə aparırdım. Gözümün önündə seçki qutularını boşaldıb, saxta bülletenlərlə doldururdular. Məktəb direktorları işdən çıxarılmaqdan qorxurdu. Ona görə də bütün saxtakarlıqlara razılaşırdılar.
Xəbərin oxunma sayı : 850
Müsahibə
Xəbərlər
-
Biləcəridə yol çöküb, hərəkət iflic olub - VİDEO
-
Avropa alov içində: 250 mindən çox insan təxliyə edildi
-
İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?
-
Zelenski kəşfiyyat məlumatlarını açıqladı - Rusiya yeni səfərbərliyə hazırlaşır
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“İranın hədəfi qonşu ölkələr deyil, ABŞ-dir“ - Əraqçı
-
Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş - FOTO
-
Tbilisi-Bakı qatarına niyə bilet tapılmır? - VİDEO
-
Azərbaycanda futbol klubu satıldı - 400 min manata
-
“Sursat ehtiyatlarımız tükənir“ - Pentaqon rəhbərliyindən Trampa xəb
-
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
-
40 dərəcə isti olacaq - Sabahın hava proqnozu
-
İlham Əliyev Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb - MƏTN
-
Bağlanacağı deyilən Bakı Qızlar Universitetinin rektoru danışdı - VİDEO
-
Parisdə terror aktının qarşısı alındı - Xüsusi əməliyyat
-
Naxçıvanda təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı
-
Azərbaycanın bəzi rayonlarında 39 dərəcə isti qeydə alınıb - Faktiki hava
-
İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO
-
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
-
Nizami rayonunda yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
-
Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurub - Ölən və yaralananlar var
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Yeni nəsə icad etməyəcəyəm, amma...“ - Yürgen Klopp
-
“Zolotaya Korona” bu ölkələrə pul köçürə bilməyəcək - Azərbaycan da siyahıda varmı?
-
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
-
İran Hörmüz boğazında öz hüquqlarını müdafiə etməyə davam edəcək - Əraqçi
-
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO
-
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA
-
“Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər“ - Tramp
-
Nazirlik səhvini başa düşdü və bizdən üzr istədi - Anar
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub - 2 nəfər vəzifədən azad edilib
-
Arayikgilin məhkəməsində prokurorlar çıxış etdi - FOTOLAR
-
PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üzrə qəbul günləri - CƏDVƏL
-
Tramp və Zelenski Vaşinqtonda görüşəcəklər - Vaxtı məlum oldu
-
Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu
-
“Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür...“ - SPACE TV rəsmi açıqlama yaydı
-
1 həftədə 19 min manatdan çox ziyan dəyib - Dövlət Xidməti
-
Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları - TAM SİYAHI
-
Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum - 14 nəfər həlak oldu
-
Moskvadan getdi, indi oranı dronla vuranların başındadır - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı
-
Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı
-
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
-
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
Elşad Abbasovun “Embafinans“dan gəliri açıqlandı - Nə qədər qazanır?
-
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
-
Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
İcra başçısı rəisi işdən çıxardı: Yenisini təyin etdi - FOTO
-
Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Aslanov kimdir? - DOSYE
-
Səudiyyə şahzadəsinin otel otağında sirli ölümü - İstintaq təfərrüatları açıqladı
-
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb - Türkiyəyə təyin edilib
-
Prezdent Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
-
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
-
İpoteka almaq daha asan olacaq: Süni intellekt prosesə qoşulur
-
“Space TV“nin bank hesablarına həbs qoyuldu - SƏBƏB
-
Azərbaycanda bu qədər ipoteka krediti verilib - RƏSMİ
-
Təsərrüfat sahiblərinin nəzərinə - Yeni qayda təsdiqləndi
-
Özgür Özəl 91 deputatla birlikdə CHP-dən istefa verdi - Yeni partiya yaradıldı
-
“ABŞ-ın yeni gömrük rüsumları xoşagəlməz sürpriz oldu“ - Kallas
-
Temperatur çox yüksək olacaq - Nazirlikdən XƏBƏRDARLIQ
-
Bakının bu qəsəbəsinə qatar yenidən gələcək - Stansiya da bərpa edilir
-
8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - VİDEO
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Binədə iki avtobus toqquşub - 22 nəfər xəsarət alıb
-
Abşeron RİH 57 min manata smeta alır - TENDER
-
Xəzərdə batan 3 nəfərin axtarışları davam edir - VİDEO
-
Böyükşor-Pirşağı yolu niyə gec xətlənib? - VİDEO
-
Konqres Trampa İran müharibəni qadağan etdi - Qətnaməni təsdiqlədi
-
Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
-
Böyük Qayıdış davam edir: Cəbrayıl, Ağdərə və Xocalıya növbəti köç yola salındı
-
Şiddətli istilər Böyük Britaniya iqtisadiyyatına 1.5 milyard avroya başa gəlib - “Bloomberg“
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
İsrail yenə “Əl-Əqsa“ məscidinə hücum etdi - Türkiyə XİN bəyanat yaydı
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Hesablama Palatasının sədri
-
ABŞ quru qoşunlarını İrana yeritməyə hazırlaşır - Ələ keçiriləcək ərazilər açıqlandı
-
Metroda “NFC” ödənişində yaranan problemin səbəbi nədir? - VİDEO
-
Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO
-
Akkreditasiyadan keçməyən universitetin sahibi danışdı: “Bunun arxasında duranlara...”
-
Cəbrayıl rayonunda mina partladı - Xəsarət alan var
-
Meydiyevlərin BOKT-u borca düşdü - Yeni rəhbər təyin edildi + FOTO
-
Xankəndidə kafedə yanğın - İki qadın işçi xəsarət aldı
-
“Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz” - Macar
-
“ABŞ bir neçə ssenari təklif edib” - Volodimir Zelenski
-
Məşhur aktyor, aparıcı və jurnalistlər istintaqa çağırıldı - KİMLƏR VAR?
-
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
-
Bayramov Putinin köməkçisini qəbul etdi - FOTOLAR
-
“Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb” - ADY
-
“Husilərə görə İranı vuracağıq” - Trampdan xəbərdarlıq
-
“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir - VİDEO
-
Salyanda müəmmalı hadisə: Qoyunlar tapıldı, çoban yox (VİDEO)
-
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
-
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
-
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şıxlinskilərlə bağlı yeni qərar: Cəzaçəkmə müəssisələrinə göndərilirlər
-
Azərbaycand park salınarkən qədim əşyalar aşkarlandı: Arxeoloqlar əraziyə cəlb olundu
-
Beyləqandakı silahlı insidentin istintaqı başa çatdı: Nə baş verib?
-
Yasamalda evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - RİH niyə susur?
-
“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
-
Bakıda 200 min manatlıq soyğunçuluq edənlər tutuldular - VİDEO
-
Mingəçevir Dövlət Universitetində yarım milyonluq təmir - Ətir satan şirkət...
-
Portuqaliya millisinə xəbərdarlıq: Ronaldodan sonra böyük pul itkisi...
-
Azərbaycanda yeni dövlət qurumu yaradılır - Prezident təsdiqlədi
-
İmişlidə 17 min manatlıq mal-qara dələduzluğu - Hökm oxundu
-
Saleh Məmmədov 24 hektar torpaq sahəsi alıb - Almaniyada
-
Bakıda autizmli uşaq skuterə görə avtobusdan düşürüldü - “Üzr istəyirik”- VİDEO
-
Ad günü məclisi dava ilə bitdi: Sərxoş olub bacısını döyən şəxs cəzalandırıldı
-
“Xalq Bank” 6 ayda 220 milyon manat depozit itirib - Valyuta əmanətləri kəskin azalıb
-
Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq - Sabahın havası
-
“Sədərək” və “Binə” bağlanır? - “Minlərlə insanın iş yerini itirməsi riski var“
-
Tovuzda 3 kiloqram narkotik aşkarlanıb - İki nəfər həbs edildi
-
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir - The Wall Street Journal
-
Peşə məktəblərində təhsil haqları bəlli oldu: Ən yüksək ödəniş...
-
Maduronun tərəfdarları və əleyhdarları üz-üzə gəldi - Nyu-Yorkda
-
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
-
Salyanda müəmmalı hadisə: Çoban 84 qoyunla yoxa çıxdı
TOP 10
ARXİV






