“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İcra başçısı olmayan rayonların sayı 5-ə endi - SİYAHI

Tarix 14.09.21, 20:35

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin bu gün Şəmkir və Cəlilabad rayonlarına yeni icra başçıları təyin etdikdən sonra rəhbərsiz qalan rayonların sayı 7-dən 5-ə enib. Xatırladaq ki, dövlət başçısı Rafiq Cəlilovu Cəlilabada, Rəşad Tağıyevi isə Şəmkirə icra başçısı təyin edilib. 

Hər iki rayonun sabiq rəhbərləri Namiz Zeynalov və Alimpaşa Məmmədov korrupsiya, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. cinayətlərlə ittiham olunaraq həbs ediliblər. Yaxın günlərdə onların hakim qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Prezident sonuncu dəfə avqustun 9-da Həbib İbrahimovu Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 

Bundan əvvəl, avqustun 20-də Ceyhun Cəfərov Kürdəmirin, aprelin 29-da isə Rövşən Bağırov Lerik rayonunun icra başçısı postundan azad ediliblər.

Dövlət başçısı R. Bağırovu Ağsuya icra başçısı təyin edib. Hazırda Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boşdur. 

Bundan əlavə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Bu il mayın 22-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Akif oğlu Seyidov vəzifədən azad edilib. O, bu vəzifəyə 2006-ci ilin fevralın 23-də təyin olunmuşdu.

Uzun müddətdir, icra başçısı olmayan rayonlardan biri də Bakı şəhərinin Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Adil oğlu Qasımov vəzifəsindən azad olunub. Onun yerinə bu günə qədər təyinat aparılmayıb.

Xatırladaq ki, Arif Qasımov 1965-ci ildə Şərur rayonunda doğulub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. 2015-ci ildən Nizami rayonun icra başçısı vəzifəsində çalışan Arıf Qasımov, 2011-ci ildə rayonun bələdiyyə sədri olub. O, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyib.

A.Qasımovun vəzifəsindən azad edilməsi isə qalmaqallı hadisədən sonra baş verib. Belə ki, dövlət televiziyası Nizami rayonunun Məhəməmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkda qanunsuz tikilmiş obyektlə bağlı reportaj yayımlayıb. Həmin sujetdə icra başçısının dolayısı ilə dövlətin həyata keçirdiyi sosial layihələri sabotaj etdiyi, öz biznes maraqlarını rəhbər tutaraq, qanunsuzluqlara imza atdığı vurğulanıb. Ertməsi gün sözügedən obyekt sökülüb və icra başçısı vəzifəsindən azad edilib.

Arif Qasımov mətbuata açıqlamasında Prezidentin qərarının çox düzgün olduğunu və səhvinə görə işdən azad edildiyini bildirib.



Xəbərin oxunma sayı : 328




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap