| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Daxildəki iranpərəst qüvvələri yavaş-yavaş təmizləməliyik” - “Vəzifədə olanlar da var...“
Tarix 09.10.21, 22:48 |
|
“İran faktiki olaraq 44 günlük müharibənin 43 günündə Ermənistana yardım etdiâ€
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavatâ€a geniş müsahibə verib. Parlamentin istiqlalçı millət vəkili ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının üçüncü onilliyindən, dövlət bayramlarımızla bağlı gözlənilən dəyişikliklərdən və müstəqilliyimizə təhdidlərdən danışdıq.
- Vahid bəy, növbəti plenar iclasda “Müstəqillik Günü haqqında†qanun layihəsi ilk oxunuşda müzakirə olunacaq. Müstəqillik Aktı haqqında Konstitusiya Aktına səs verən istiqlalçı millət vəkili kimi təqdim olunan qanun layihəsini necə dəyərləndirirsiniz?
- Qanun layihəsində qeyd olunur ki, 28 May Müstəqillik Günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək. Əlbəttə, mən bu dəyişikliyə normal yanaşıram. Qanunauyğunluq var. Çünki 1918-ci ilin 28 mayında Azərbaycanın istiqlalı haqqında Bəyannamə qəbul olunub, Azərbaycanın müstəqilliyi elan edilib. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti formalaşıb, Nazirlər Kabineti formalaşdırılıb, diplomatik əlaqələr qurulub, bir sıra qərarlar verilib, dövlət atributları qəbul olunub və s. Amma çox təəssüf ki, Cümhuriyyətimizin ömrü cəmi 23 ay olub, amma bu, qısa müddətdə də kifayət qədər böyük işlər görülüb. Ona görə də 28 May faktiki olaraq Azərbaycanın Müstəqillik günüdür. 18 Oktyabr isə faktiki olaraq Müstəqilliyin bərpası günüdür. Hesab edirəm ki, qanunla bu, belə də olmalıdır. Çünki Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış dövlətimizin hüquqi varisidir. Ona görə də 18 Oktyabr 28 Mayın davamı kimi qəbul edilməli, Müstəqilliyin bərpa olunduğu gün kimi qeyd olunmalıdır. Amma mən burada bir məsələyə toxunmaq istəyirəm: həm 28 May, həm də 18 Oktyabrı qeyri-iş günü elan etmək lazımdır. Çünki hər ikisi müstəqilliyimizlə bağlı milli bayramlarımızdır və qeyri-iş günü olmalıdır.
- Qanun layihəsinə əsasən, 18 Oktyabr bayram kimi qeyd olunsa da, iş günüdür, eləmi?
- Bəli. Həmin günü də qeyri-iş günü elan etmək lazımdır. Mən bununla bağlı Milli Məclisdə çıxış edəcəyəm.
- Özü də bu müzakirələr, qanunvericiliyə dəyişikliklər mühüm tarixi hadisəyə, müstəqilliyimizin 30 illik yubileyinə təsadüf edir. Siz istiqlalçı deputat olaraq yubileylə bağlı başqa hansı təkliflərlə çıxış etmək istərdiniz, yaxud nə kimi gözləntiləriniz var?
- Mən hesab edirəm ki, 18 Oktyabrla əlaqədar böyük tədbirlər həyata keçirilməlidir. Bununla yanaşı, Azərbaycanın müstəqilliyinə səs verən istiqlalçı millət vəkillərinin də müəyyən tələbləri var, onları da həyata keçirmək lazımdır. İstiqlalçı millət vəkillərinin pensiya təminatı, təltiflər, imtiyazlarla bağlı addımlar atmaq çox yaxşı olardı. Çünki onların buna haqqı var. 1991-ci il Azərbaycan üçün çox ağır bir dövr idi. O zaman SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 deputatdan biri də rəhmətlik Heydər Əliyev idi. O ağır dönəmdə ortaya qətiyyətli mövqe qoymuş insanlar öz haqlarını almalıdırlar. Yəqin ki, mən Milli Məclisdə də belə bir təkliflə çıxış edəcəyəm.
- Bir çoxları sual edir ki, niyə bayram günləri ilə bağlı dəyişikliyə məhz indi gedilir? Sizin bu suala cavabınız necədir?
- Mən belə başa düşürəm ki, bu məsələlər Azərbaycan dövlətinin 44 günlük müharibədə qələbə qazanması, ərazi bütövlüyümüzün təmin edilməsi ilə birbaşa əlaqədardır. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqillikdən sonra özünün ərazi bütövlüyünü təmin edib. Həm də bu il müstəqilliyimizlə bağlı yubiley ilidir. Özü də ərazi bütövlüyümüzün təmin olunmasından sonra keçirilən ilk yubileydir. Müharibə qurtarandan sonrakı müddətdə Qarabağda kifayət qədər quruculuq işləri həyata keçirilib. Bəlkə də başqa dövlətlər bu işləri 4-5 ilə reallaşdıra bilməzdi. Azərbaycan isə çox nəhəng layihələri reallaşdırır, ciddi işləri həyata keçirir.
- Müstəqilliyimizin bərpasının 30 illiyi ərəfəsində cənub qonşumuzun davranışları, təhdidləri Azərbaycanın qələbəsini və müstəqilliyini həzm edə bilməməsinin əlaməti deyilmi?
- Xüsusilə 44 günlük müharibədən sonra belə münasibətlər aşkar şəkildə ortaya qoyulub. Əvvəlki illərdə düşünməzdilər ki, Azərbaycan bu qədər qısa müddətdə işğalçıya qalib gələ bilər. Çünki əksər dövlətlər Ermənistana yardım edirdi, həmçinin bəzi qonşu dövlətlər, o cümlədən İran. İran faktiki olaraq 44 günlük müharibənin 43 günündə Ermənistana yardım elədi. Hələ mən müharibədən əvvəlki yardımları demirəm. Müharibə günlərində həm silah-sursat verdi, həm də digər məsələlərlə bağlı işğalçı Ermənistana yardım etdi. Amma 44-cü gün gördülər ki, vəziyyət tamamilə dəyişib, Azərbaycan qalib dövlətdir, ondan sonra Azərbaycan barədə bir-iki kəlmə dedilər. 44 günlük müharibədən sonrakı müddətdə də Ermənistana müəyyən qədər yardım etdilər. Sonra isə dövlət başçımızın göstərişinə uyğun olaraq sərhəddə Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Gömrük Komitəsi sərhəddə nəzarəti təmin etdi və yük maşınlarının yoxlanışı həyata keçirildi. Çünki həmin maşınlarla silah-sursat, digər qanunsuz yüklər daşınırdı. Bundan sonra İran Cəbrayıl istiqamətində, sərhəd boyunca hərbi təlimlər keçirdi.
“Zəngəzur dəhlizinin açılması sadəcə zaman məsələsidir, nə İran, nə də Ermənistan buna mane ola bilməzâ€
Çox təəssüf olsun! Yadınızdadırsa, cənab prezident müharibədən sonra ilk səfərini elə Cəbrayıl bölgəsinə etmişdi və ordan bəyanat verdi ki, İran bizim qonşumuzdur, həmişə yaxşı münasibətimiz var və s. Cənab prezidentin həmişə qeyd etdiyi kimi, Azərbaycan dövlətinin öz qonşularına münasibəti - təbii ki, Ermənistan xaric - həmişə müsbət olub, açıq siyasət yürüdüb. Ancaq görünür dövlət başçımızın mövqeyini anlamadılar, başa düşmədilər və hərbi təlim keçirməyə, Azərbaycan əleyhinə artıq-əskik danışmağa başladılar. Əvvəlcə bir molla danışdı, ona əhəmiyyət verilməyəndə rəsmilər danışmağa başladılar. Hətta Xamnei “şapalaq†və sairdən danışdı. Mən deyərdim ki, vəzifəsinə yaraşmayan söhbətlər ortaya atdı. Cənab prezident də bu günlərdə Cəbrayılda olarkən onların cavabını verdi. Açıq şəkildə dedi ki, heç kim Azərbaycanla təhdid dilində danışa bilməz, Azərbaycan kifayət qədər güclü dövlətdir. Dəmir yumruq da öz yerindədir və istənilən vaxt işə düşə bilər. Mən hesab edirəm ki, artıq indi bu, dəmir yox, polad yumruqdur. Çünki Azərbaycan ötən 1 il müddətində öz ordusunu daha da möhkəmləndirib, sərhədlərinə nəzarəti təmin edib, bu işlər davam edir. Ancaq bu, faktdır ki, ayrı-ayrı qüvvələr Azərbaycanın Qarabağda gördüyü işləri həzm edə bilmir. Artıq Qarabağda aeroport açılıb, yollar çəkilir, digər işlər görülür.
- İran niyə təşvişə düşüb?
- Bəli, çox təşvişdədir. İran da Qarabağda həyata keçirilən böyük quruculuq işlərində iştirak etmək istəyirdi. Cənab prezident xarici mediaya müsahibələrinin birində qeyd etmişdi ki, 44 günlük müharibədə Azərbaycanın yanında olan dövlətlər Qarabağdakı quruculuq işlərində iştirak edəcək. Faktiki belə də oldu. Qarabağda işlər çox böyük sürətlə gedir və İran narahatdır. Özü də sərhədyanı ərazilərdə də böyük işlər görülür.
- Yəni rəsmi Tehran öz siyasəti ilə Qarabağdakı proseslərdə iştirak şansını itirib, eləmi?
- Mən diqqət edirəm, İran apardığı siyasətin nəticəsində dünyada təklənib. Bu gün bütün dünyada, o cümlədən Qafqazda düzən dəyişib. Hətta Rusiya XİN rəhbəri də İranın addımlarını bəyənmədiyini bildirdi. Digər tərəfdən, İran bilir ki, Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İsrail dost dövlətlərdir. Bunlar dost dövlətlərdir, 44 gündə yanımızda oldular, bizi müdafiə etdilər. Yəni müəyyən birlik formatı yaradılır, çoxtərəfli sazişlər imzalanır, bunlar narahatdır. Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur, öz ərazi bütövlüyünü təmin edir. Cənab prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdı, bununla bir daha bəyan etmiş oldu ki, bu ərazilər Azərbaycanındır. Ermənistanın mövcud olduğu ərazilər də bizim dədə-baba torpaqlarımızdır, bəzi dairələr bu tarixi həqiqəti də nəzərə almalıdırlar. Özü də mən fikir verirəm, İran yalnız Azərbaycana deyil, elə Rusiyaya da meydan oxuyur. Rusiya-Ermənistan münasibətləri bəllidir. Moskva Ermənistanı həmişə qoltuğunun altında saxlayırdı, yardımlar edirdi. Amma indi bölgədə vəziyyət müəyyən qədər dəyişdiyi üçün İran Ermənistanı qanadının altına almağa, ona yardımlar etməyə çalışır. Çünki dünya düzəni dəyişib, Türkiyə Qafqazda söz sahibinə çevrilib, Azərbaycan-Türkiyə-Pakistan-Əfqanıstan əlaqələri yüksək səviyyədə inkişaf edir, müəyyən müqavilələr imzalanıb. Ona görə də faktiki olaraq bölgədə təklənən İran özünə qardaş axtarır. Necə olur ki, müsəlman dövləti olan İran Azərbaycana yox, Ermənistana “qardaşâ€ deyir? Bu, anlaşılan məsələdir. Onu da deyim ki, tarix boyu Azərbaycan-İran münasibətlərində müəyyən gərginliklər olub. İran heç vaxt bizim inkişafımızı istəməyib. Baxmayaraq ki, cənab prezident bu, çətin illərdə onlara çox yardım etdi, Azərbaycanda dərman preparatları zavodu tikməyə, o cümlədən gediş-gəlişin asanlaşdırılması, əmlak almaları üçün bütün şəraiti yaratdı. Amma görünür ki, onlar başa düşmür. Azərbaycan artıq güclü, dünyada tanınmış, lider dövlətdir. Bu da reallıqdır ki, Azərbaycan prezidentinin müstəqil siyasət aparması bunların xoşuna gəlmir. Ancaq hər kəs anlamalıdır ki, dövlət başçımız öz xalqının istəyini nəzərə alaraq öz siyasətini qurub, o, xalqa, xalq da ona arxayındır, xalqla prezident bir yerdədir.
- Vahid bəy, necə hesab edirsiniz, bundan sonra rəsmi Bakının İran siyasəti əvvəlkindən fərqlənməlidirmi?
- Mənə elə gəlir ki, müəyyən sərtliklər olacaq. O ki qaldı İranın Azərbaycana müəyyən həmlələri, müharibə ehtimalı, bu, mümkün deyil. İran buna gedən deyil. Çox şişirtsələr də, İranın elə də böyük gücü yoxdur. Azərbaycanın müttəfiqləri kifayət qədər güclüdür. Amma müəyyən təhdidlər ola bilər. Biz daxildə çox ciddi işlər görməliyik, daxildə iranpərəst qüvvələr var, onları yavaş-yavaş təmizləməliyik. Vəzifədə olanlar da var. Fikir verdinizsə, İran Mədəniyyət Mərkəzinə məxsus mərkəzin yerləşdiyi məscidin fəaliyyəti dayandırıldı. Çox düzgün addımdır. Onun burada fəaliyyət göstərməsinə nə ehtiyac var idi? Digər məsələlər də var, yəqin ki, dövlət başçımız onları müsbət həll edəcək. Heç kim bizimlə təhdid dilində danışa bilməz! İran elə bilirdi ki, Xudafərin ətrafı hamısı bunundur və daim onun ixtiyarında olacaq. Amma unutmuşdu ki, beynəlxalq qanunlarla Azərbaycanın tanınmış sərhədləri var. Ümumilikdə İran çox böyük riskə gedir. Unudur ki, daxildə 40 milyon türk var. Elə bu yaxınlarda İrandakı azərbaycanlılar ayağa qalxıb, mitinqlər keçiriblər. Unutmasın ki, Azərbaycana qarşı nə iş olsa, İrandakı soydaşlarımız hamısı ayaq üstə olacaq. Onu da unutmasın ki, bütün dünyada təklənib və bu siyasət ona uğur vəd etmir.
- Bu arada İranın öz hava sərhədini Azərbaycanın üzünə bağlamasının ardınca Ermənistan xoşməramlı jest sərgilədi. Hava dəhlizinin açılmasının ardınca Zəngəzur dəhlizinin açılmasını gözləyirsinizmi?
- Bəli, artıq təyyarələrimiz Ermənistanın üzərindən uçur. Zəngəzur dəhlizinin açılması, sadəcə, zaman məsələsidir, istər İran, istər Ermənistan olsun, buna mane ola bilməz. Cənab prezident qəti şəkildə dedi ki, istəsələr də, istəməsələr də, Zəngəzur dəhlizini açacağıq! O dəhliz açılandan sonra, əlbəttə, bölgədə vəziyyət tamamilə dəyişəcək. Zəngəzur dəhlizinin açılması həm iqtisadi, həm də siyasi cəhətdən bölgədə tamamilə yeni situasiya yaradacaq. Əgər Ermənistan bir dövlət kimi mövcud olmaq istəyirsə, o, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıdır. Hər iki ölkənin ərazi bütövlüyünü tanımalı, “Dağlıq Qarabağ†iddialarından tamamilə imtina etməlidir, status məsələsini birdəfəlik yaddan çıxartmalıdır, bunlar artıq arxivdədir.
- Belə ümumiləşdirmək olarmı ki, son proseslərdə Rusiya daha normal davrandı, nəinki İran?
- Bu dəqiqə Rusiya-Türkiyə münasibətləri yüksək səviyyədədir. O cümlədən Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə inkişaf edib. Belə bir vaxtda, Qafqazdakı proseslərin sülhə doğru getdiyi zamanda İranın atdığı addımlar heç bir dövlətə sərfəli deyil. Bu yaxınlarda məlumat yayıldı ki, İran prezidenti Moskvaya səfərə hazırlaşır. Amma Rusiya XİN rəhbəri artıq Kremlin bu məsələ ilə bağlı mövqeyini bəyan etdi.
Xəbərin oxunma sayı : 370
Müsahibə
Xəbərlər
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
TOP 10
ARXİV






