| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Prezidentin Şuşa nitqi: “Yumruğumuz yerindədir”
Tarix 08.11.21, 20:06 |
|
" Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa..."
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər qarşısında çıxışını təqdim edirik:
“Əziz hərbçilər, sizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. İlk növbədə, xahiş edirəm ki, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzindəki bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir.
İkinci Qarabağ müharibəsi şanlı tariximizin parlaq səhifəsidir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib bu şanlı missiyanı yerinə yetirmişdir. Mən işğal dövründə dəfələrlə deyirdim ki, hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə, öz əməli ilə yaxınlaşdırmalıdır. Mən demişdim ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və biz işğala son qoymaq üçün bütün gücümüzü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımızdan qovduq.
2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Uzun illər aparılan sülh danışıqlar heç bir nəticə vermədi. Nəticə sıfıra bərabər oldu. Əksinə, düşmən daha da azğınlaşmış, qudurmuşdu. Əgər işğalın ilk illərində hələ danışıqlarla bağlı Azərbaycan xalqında və məndə hər hansı bir ümidlər var idisə, son vaxtlar bu ümidlər tamamilə aradan qaldırıldı. Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər 30 ilə yaxın bizim torpağımızı işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər. Onlar bilməli idilər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin bahasına olursa-olsun qovacağıq. Buna hazır olmalı idik, xalq olaraq, dövlət olaraq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır. Bildiyiniz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi və təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu.
Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı. Müntəzəm olaraq hərbi təlimlər keçirildi, məşqlər keçirildi və beləliklə, ordumuzun həm texniki təchizatı, həm mənəvi-psixoloji ruhu, həm də döyüş qabiliyyəti böyük dərəcə artdı.
Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməsəydi siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi.
Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik və bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik.
Digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi. Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi.
Bir daha demək istəyirəm, açıq-aydın görünürdü ki, düşmən öz xoşu ilə torpağımızdan çıxmaq istəmir, daha da azğınlaşır və Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəbuledilməz addımlar atır və bəyanatlar verir. “Qarabağ Ermənistandır†deməklə Ermənistan təkcə danışıqlar prosesinə son qoymadı, eyni zamanda, bu, bizim üçün təhqir idi. Bizim üçün müqəddəs olan, Qarabağın tacı olan Şuşada saxta andiçmə mərasimi keçirmək bizim üçün təhqir idi. O şeytan yuvası, - harada ki, o tədbir keçirilmişdi- qəhrəman Azərbaycan Ordusu tərəfindən müharibə dövründə darmadağın edildi. Şuşaya qondarma qurumun qondarma “parlamentinin†köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq.
Hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax burada, Cıdır düzündə “Xarıbülbül†festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik. Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu.
Ermənistan işğal dövründə öz ordusu haqqında, guya döyüşkən əsgərləri haqqında mifologiya uydururdu: “yenilməz Ermənistan ordusuâ€. Bəs hanı bu yenilməz ordu, Ermənistan ordusu? Pərən-pərən oldu, biz bunları cəmi 44 gün ərzində pərən-pərən saldıq. İmdad diləmişdilər, diz çökmüşdülər. Bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdılar.
Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı bir il ərzində göstərdik. Ermənilər bütün şəhərlərimizi yerlə-yeksan etdilər. Bu yerlərə səfər edən Azərbaycan vətəndaşları, xarici vətəndaşlar gedirlər, məəttəl qalırlar, dəhşətə gəlirlər ki, bu dərəcədə vandallıq ola bilərmi? Bu dərəcədə nifrət ola bilərmi? Bu dərəcədə barbarlıq ola bilərmi? Bunu işğal dövründə ermənilər törədiblər. Bütün binaları sökərək, talayaraq, hətta qəbir daşlarını Ermənistana apararaq bu vəhşiliyi törətdilər. Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə özümüzü ləyaqətlə aparırıq.
Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.
Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.
Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!â€
Xəbərin oxunma sayı : 1195
Gündəm
Xəbərlər
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! – İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
TOP 10
ARXİV






