| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Mütləq parlamentli respublikaya keçməliyik” – Millət vəkili
Tarix 12.11.21, 15:03 |
|
“İlham Əliyev dördüncü respublikanın banisi kimi də tarixdə qala bilər”
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, Prezidentin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi 8 noyabr - Zəfər Günü münasibətilə Amnistiya Aktının icrasına başlanılıb. Bu humanist aktın Milli Məclisdə geniş müzakirəsinə ehtiyac duyulmadı. Bəs sizin partiya sədri və komitə sədrinin müavini olaraq amnistiya aktı ilə bağlı demək istədikləriniz var idimi?
- Əlbəttə, plenar iclasda çıxış edə bilməsəm də komitə iclasında fikirlərimi səsləndirmişdim. Qeyd etmişdim ki, tez-tez amnistiya aktlarının qəbul olunmasının əleyhinəyəm, çünki bu, dolayısı ilə cinayətkarlığı stimullaşdıra bilər. Cinayətkarlığı öyrənən kriminologiya elmi sübut edir ki, insanların 25% cinayət təqibindən qorxduğu üçün cinayət törətmir. Həmin kateqoriyadan olan insanlar fikirləşər ki, əşi, cinayət törətsəm və ifşa olunsam, onsuz da 2-3 ildən bir amnistiya olur, amnistiyaya düşüb, cəzadan azad olacağam. Amnistiya aktının və əfv sərəncamlarının tətbiq olunduğu məhkumlar məhkəmələr tərəfindən təyin olunmuş cəzaları sonadək çəkmədən azad olunurlar. Bu, cinayətdən zərər çəkmiş şəxslərin mənafelərinə, hisslərinə toxunur, sosial ədalət pozulur. Cinayət hüququnda humanizm prinsipi var, bu prinsip təkcə cinayət törədənlərə yox, həm də cinayətin qurbanlarına, zərərçəkənlərə münasibətdə nəzərə alınmalıdır. Yəni insan qanunu pozursa, bunun qarşılığında mütləq müəyyən bir məhrumiyyətlərlə üz-üzə qalmalıdır. 1995-ci ildən bu günə qədər 11 amnistiya aktı qəbul olunub. Amma mən bu amnistiyanı alqışladım. Niyə? Ona görə ki, bu, xalqımızın tarixində o qədər əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq verilirdi ki, əgər belə bir amnistiya verilməsəydi, cəmiyyət bunu bir az başa düşməzdi, deyərdi belə bir şanlı qələbə əldə olunub, amma amnistiya aktı qəbul olunmadı. Ona görə də parlamentə belə bir amnistiya aktı göndərilib. Cinayət Məcəlləsinin hansısa maddəsi amnistiyaya düşürsə, bu zaman həmin maddə ilə məhkum olunmuş şəxslərin hamısına amnistiya tətbiq olunur və məhkumun ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmır. Buna görə əksər hallarda ağır və xüsusilə ağır cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələrə amnistiya tətbiq olunmur. O baxımdan davranışları ilə əfv olunmaq haqqını qazandıqlarını düşünən məhbuslar varsa, onlar əfv üçün Prezidentə fərdi qaydada, ərizə ilə müraciət etsinlər.
- Amnistiyanın əhatə dairəsi barədə yanaşmanız necədir?
- Mən komitə iclasında demişdim ki, bunun dairəsini bir az genişləndirmək olardı. Nə mənada? Amnistiya azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin təqribən 3 min nəfərinə şamil olunacaq. Bizdə təqribən 24 min nəfər azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkum var.
- Bu, çoxdur, ya azdır?
- Biz hər yüz min nəfərə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin sayına görə Qərbi Avropa ölkələri arasında ön sıralardayıq. Ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzasının çəkilməmiş hissəsini 1/3 qədər azaltmaq olardı. Eyni zamanda, ehtiyatsızlıqdan cinayət törədib 3 ilədək azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə amnistiya şamil olunursa, bunu 5 ilə qaldırmaq olardı.
- Bununla belə, bəzi cəzaların sərtləşdirilməsi ilə bağlı cəmiyyətdə təkliflər var, az qala bu, sosial sifarişə çevrilməkdədir. Xüsusilə də yetkinlik yaşına çatmayanların cinsi istismara məruz qoyulması ilə əlaqədar. Son günlərdə ortaya çıxan dəhşətli fakt bunu bir daha gündəmə gətirdi. Vaxtilə sizin bununla bağlı konkret təklifiniz olmuşdu...
- Mən bir çox hallarda, bəzən cəmiyyət onu qəbul etməyə tam hazır olmayanda belə zəruri hesab etdiyim məsələlər barədə fikirlərimi insanlarla bölüşürəm. O vaxt mən bəzi ölkələrin təcrübəsinə əsaslanaraq demişdim ki, uşaqlara qarşı ağır cinayətlər törədən bəzi pedofillər cərrahi yolla sterilizasiya olunmalıdır ki, gələcəkdə eyni cinayəti törətmək imkanlarından məhrum olsunlar. Ölüm cəzası ləğv olunub və onun yenidən bərpası real deyil. Bir qrup insanlar düşünürlər ki, ölüm cəzasına yenidən qayıtmaq olmaz. Başqa bir qrup insanlar isə hesab edirlər ki, bəzi ölkələrdəki kimi, bizdə də ölüm cəzası olmalıdır. Bəzi xüsusilə ağır cinayətlər törətmiş, cəmiyyət üçün son dərəcə təhlükəli şəxsləri dövlət ömürlük azadlıqdan məhrum edir və onların ömrünün sonunadək yaşayış xərclərini çəkir. Amma öldürmür ki, yaratmadığımızı öldürə bilmərik. Öldürsək qatillə eyniləşərik. Bütün dünyada insanların özünümüdafiə hüququ tanınır. Tutaq ki, balaca uşağın onu zorlamaq istəyən həmin murdarı öldürmək imkanı olsaydı, o, cinayət məsuliyyətindən tam azad idi və onun heç bir mənəvi məsuliyyəti də olmayacaqdı. Bir qayda olaraq son zərurət vəziyyətində qatillərin, təcavüzkarların hücumunu dəf edib, onları öldürənlər hətta dövlət tərəfindən qəhrəmanlar kimi təltif olunur. Amma hesab edək ki, şəxs özünü müdafiə edə bilmədi və o cinayətin qurbanına çevrildi... Belə çıxır ki, dövlət balaca uşağa deyir ki, sənə təcavüz edən, səni öldürmək istəyən cinayətkarı cinayət hadisəsi baş verən an öldürə bilərsən, amma dövlət olaraq onu artıq həbs etdiyim üçün öldürə bilmərəm. Burda müəyyən suallar yaranır. Qanunverici orqanın məntiq isə ondadır ki, cinayət törətmiş şəxs həbs olunmaqla zərərsizləşdirilib və artıq cəmiyyətə təhlükə yaratmır. Cinayət qanununa görə təyin edilən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, başqalarını cinayət törətməkdən çəkindirməkdir. Buna isə cinayətə adekvat cəza təyin etməklə nail olmaq olar. Yəni başqasını həyatdan məhrum edirsənsə, onun özünü müdafiə etməyə imkanı olmayıbsa, dövlət zəifin əvəzinə ədaləti həyata keçirir. Amma indi ümumən dünyada belə qəbul olunur ki, həm də məhkəmə səhvlərinin ola bilmə ehtimalına görə məhkəmə hökmləri ilə insanları öldürmək olmaz. Açığı, bu, həm də fəlsəfi məsələdir. Nə qədər ki, dövlət ölüm cəzasından imtina edib, onlar ən azından ömürlük azadlıqdan məhrum edilməlidirlər.
- Yeri gəlmişkən, konstitusiya günü ərəfəsində söhbət edirik və siz dəfələrlə konstitusiyaya düzəlişləri də təklif etmisiniz. Amnistiyanın tez-tez imzalanmasını düzgün hesab etməyən şəxs olaraq konstitusiyaya düzəlişləri normal hesab edirsinizmi?
- Sizə deyim ki, qanunların tez-tez dəyişməsi yaxşı hal deyil.
- Ana qanunun da?
- O cümlədən də ana qanunun. Həmçinin iqtisadi sferada münasibətləri tənzimləyən qanunların, vergi qanunvericiliyinin, gömrük rüsumlarının tez-tez dəyişdirilməsinin əleyhinəyəm. Bunlar xarici investorların ölkəyə gəlməsinin qarşısını alır. Elə öz sahibkarlarımızı da investisiya qoymaqdan çəkindirir. Onlar uzunmüddətli hesablaya bilmir ki, nə qədər investisiya qoyacaq və nə qədər qazanc götürəcəklər. Amma cəmiyyət inkişaf edir və bu inkişafa uyğun olaraq da qanunlar təkmilləşdirilməlidir, bu da çox vacib məsələdir. Bizim qanunlarda çoxlu boşluqlar, ziddiyyətlər var, o cümlədən konstitusiyamızda.
Qanunların, o cümlədən konstitusiyamızın tez-tez dəyişməsinin, sözsüz ki, neqativ təsiri var. Amma yeni qanun qəbul olunursa, köhnə qanunlar mütləq təcili surətdə ona uyğunlaşdırılmalıdır, təkmilləşdirilməlidir. Bizdə 1995-ci ildən indiyədək konstitusiyaya üç dəfə dəyişikliklər edilib. Amma yeni konstitusiyanın qəbul olunmasına çox böyük ehtiyac var. Ona görə ki, yeni konstitusiyada bir çox müddəalar birmənalı yazılmalıdır. Tutaq ki, hakimlərin nə vaxt vəzifələrindən kənarlaşdırıla bilməsi ilə bağlı məsələ. Necə ki, hakimiyyətin digər qanadları, tutaq ki, Prezidentin vəzifədən kənarlaşdırılmasında iştirak edir, impiçment qaydasında, hakim də dövlət hakimiyyətinin bir qanadını təmsil edirsə, yəni məhkəmə hakimiyyətinin nümayəndəsidirsə, yaxud hakimiyyətin digər qanadının təmsilçisini - qanunverici orqanın nümayəndəsinin vəzifəsindən kənarlaşdırılması qaydaları təqribən eyni olmalıdır, onların müstəqilliyini təmin etmək üçün. Yəni hakimin və deputatın da vəzifədən kənarlaşdırılmasında Prezident və hakimiyyətin digər qanadı iştirak etməlidir. Bundan əlavə, parlamentin hökumət üzərində nəzarət funksiyaları gücləndirilməlidir. Bizdə çox gülməli bir Konstitusiya Qanunu var - Hökumətin hesabatı haqqında. Bu qanunda yazılmayıb ki, parlament hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etsə, bu, hansı hüquqi nəticə doğurar?
- Yəni bu halda ya hökumət buraxılmalıdır, ya da parlament...
- Tamamilə haqlısınız. Ona görə də konstitusiyada bir çox məsələlər aydın və birmənalı şəkildə yazılmalıdır ki, bu addım atıldıqda, onun hüquqi nəticələri nə olacaq...
- Dediklərinizdən belə anladım ki, Zəfər dövrünün, yeni mərhələnin yeni konstitusiyasına ehtiyac var, eləmi?
- Bəli, yeni dövrün yeni konstitusiyasına ehtiyac var. Mənim qənaətimə görə, 1995-ci ildə qəbul olunmuş konstitusiya artıq öz ömrünü başa vurub.
- Yeni konstitusiya ilə bağlı sizin hansı təklifləriniz var?
- Yeni konstitusiyada siyasi partiyalarla bağlı ayrıca maddənin, seçki sistemi ilə bağlı ayrıca fəslin olmasına ehtiyac var. Heç bir partiyaya, yaxud siyasi bloka imkan verilməməlidir ki, parlamentdə yerlərin 2/3-dən çoxuna sahib ola bilsin. Parlamentdə fraksiyaların olmasının əsası konstitusiyada təsbit olunmalıdır. Yəni topladığı səsdən asılı olmayaraq, ən azı 3 partiya parlamentdə təmsil olunmalıdır. Ermənistan artıq bu təcrübədən istifadə edir. Beləliklə, elə işlək mexanizmlər nəzərdə tutulmalıdır ki, doğrudan da hakimiyyət bölgüsü real məzmun kəsb eləsin, çoxpartiyalı sistem əsas qanunla ciddi şəkildə qorunsun və konstitusiya ilə ona müəyyən təminatlar verilsin. Yəni o hüquqlar deklorativ xarakter daşımasın. Ona görə də mən bu fikirdəyəm ki, Azərbaycanda mütləq şəkildə yeni konstitusiyanın qəbul olunmasına ehtiyac var. Mən reallıqda bilirəm ki, bir çox partiyalar parlamentli respublika modelinə keçidi dəstəkləyirlər. Ümumiyyətlə, mənim qənaətim bundan ibarətdir ki, bəlkə də Zəfər gününədək, yəni 2020-ci ilin 8 noyabrınadək bizdə prezident üsul-idarəsinə çox böyük ehtiyac var idi, hərçənd mən bunu qəbul etmirdim. Bizim 1991-ci ildə qəbul etdiyimiz Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında qeyd olunur ki, biz AXC-nin varisiyik. O halda biz parlamentli respublikaya keçid etməliyik. Amma 1991-ci ildə bizim demokratiya uğrunda vuruşduqlarını deyən insanların çoxu ruhən demokrat deyildilər, ona görə parlamentli respublikaya keçid edilmədi. Biz bilirik ki, o zaman əsas məsələ hakimiyyət uğrunda mübarizə məsələsiydi. Elə indinin özündə də bir çox hallarda demokratiya uğrunda hay-küylü çağırışlar eşidirik. Niyə insanlar bunlara reaksiya vermirlər? Konkret bir nümunə çəkim: Cəmil Həsənli deputat olduğu dövrdə indi etdiyi radikal çıxışların 5% -i səviyyəsində çıxış edirdi? Yox. Bəzi hallarda hətta nazirlərin şanına, şərəfinə təriflər yağdırırdı, Heydər Əliyevin abidəsini ziyarət edirdi. Övladının xeyir işində də süfrəsinin başında Əli Əhmədov olmaqla YAP-çılar əyləşmişdi. Milli Məclisdə tənqidi çıxışları da olub, amma ümumən götürəndə indiki radikallığın 5%-i var idimi? Sizə deyim ki, heç 3 faizi də yox idi. Camaat görür ki, bu kimi adamların davası hakimiyyət davasıdır. Deputat seçilməyəndən sonra başladı radikal çıxışlar etməyə. O cümlədən indi radikallıq edən başqa deputat olmuş şəxslər, yaxud keçmiş nazirlər, keçmiş səfirlər... Onlar indi haqsızlıqlardan, camaatın acından ölməsindən danışırlar, guya əhalinin vəziyyətinə görə gecə yata bilmirlər, gərginlik keçirirlər, bəs onlar vəzifədə olduqları dövrdə necə yatırdılar? Yoxsa onda vəziyyəti görmürdün, yoxsa hər şey indikindən yaxşı idi? Görürdünsə, niyə etiraz əlaməti olaraq istefa vermirdin, bu gün dediklərini onda demirdin? Yoxsa gəlirsən, gözləyirsən, yeni təyinat almayanda başlayırsan xalqın acı həyatından danışmağa...
- Demək, konstitusiya islahatlarını zəruri sayırsınız...
- Yuxarıda qeyd etdiyim kimi, müharibə dövründə başa düşürdük, ölkə əraziləri işğal altındaydı, bu zaman güclü mərkəzləşdirilmiş hakimiyyətə ehtiyac var idi. Ona görə də mən iqtidar nümayəndələrinin arqumentlərini ciddi qəbul edirdim, baxmayaraq ki, mənim mövqeyim fərqli idi, amma onların bunu deməyə əsası var idi. Lakin indi hesab edirəm ki, biz parlamentli respublika modelinə keçsək, daha doğru olar və yeni konstitusiyada - bu, 4-cü respublika olacaq, İlham Əliyev dördüncü respublikanın banisi kimi də Azərbaycan tarixində qala bilər, təkcə torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan kimi yox. Yəni ölkəni keçirər parlamentli respublikaya, Azərbaycanın gələcəyi oradadır. Əgər istəyiriksə ki, ölkə doğrudan da köklü surətdə demokratiyaya keçid eləsin, yeni vərdişlər yaransın, mütləq parlamentli respublikaya keçmək lazımdır. İlham Əliyevin tam imkanı var ki, bunu eləsin. Mənim istədiyim budur. Əgər iqtidar buna getməsə, heç olmasa yeni konstitusiya ilə parlamentin hökumət üzərində nəzarət funksiyaları artırılar, məhkəmə sisteminin konstitusion qaydada müdafiəsi təşkil olunar. Bununla da hakimiyyət bölgüsü real məzmun alır. Bu halda, əlbəttə, qanunların aliliyinin təmin olunması daha yaxşı səviyyədə həyata keçiriləcək. Nəticədə ölkəyə investisiya axını olacaq, büdcə də artacaq, iş yerlərinin sayı əhəmiyyətli dərəcədə çoxalacaq. Bir sözlə, ölkə yeni bir dövrə qədəm qoyacaq. Mən konstitusiya islahatlarını çox zəruri hesab edirəm və düşünürəm ki, qarşıdakı illərdə bütün siyasi partiyalar bu istiqamətdə aktiv fəaliyyət göstərsələr, biz bunu günümüzün əsas mövzusuna çevirə bilərik.
- Bəs növbədənkənar parlament seçkilərinə necə, ehtiyac varmı?
- Yox. Buna ehtiyac yoxdur. Biz yeni konstitusiya, sonra yeni Seçki Məcəlləsi qəbul etməliyik. Yeni parlament seçkilərinə isə 3 il vaxt qalıb. Bu işləri siyasi iradə olsa, 3 ilə ancaq həyata keçirə bilərik və seçkilər də vaxtında keçirilməlidir. Seçkilərin tez-tez keçirilməsinin də cəmiyyətdə çox mənfi nəticələri ola bilər. Hesab edirəm ki, bu islahatların həyata keçirilməsi üçün üç il zaman ancaq yetər. Çünki bu məsələlər geniş ictimai müzakirələrdən keçməlidir. Yeni konstitusiya və Seçki Məcəlləsi əsasında yeni seçkilər keçirilə bilər. Mən bunu ən doğru yol sayıram.
Xəbərin oxunma sayı : 622
Müsahibə
Xəbərlər
-
“İşçiləri qapıda soyundururdu“ - Baş nazirin arvadı ilə bağlı qalmaqallı iddialar
-
Ailənin 3 üzvü batdı, bacı xilas olundu, qardaşın meyiti tapıldı - VİDEO
-
“Dəyən ziyandan 30 min manat ödəmişəm“ - Sabiq məmur məhkəmədə ittihamlara cavab verdi
-
Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır
-
İrandan Azərbaycana keçən TIR-dan 113 kq narkotik çıxdı - VİDEO
-
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
-
Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - VİDEO
-
Kreditlərlə bağlı yeni mexanizm hazırlanır - VİDEO
-
“ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib“ - Tramp
-
Elektromobil bazarında təhlükə siqnalı: Şarj məntəqələri niyə azdır?
-
Xəbərləri olmadan 3 nəfərin adına şirkət açıldı, milyonlarla manat borc yarandı - VİDEO
-
Azərbaycan-Qırğızıstan müttəfiqliyi yeni geosiyasi mərhələ açır
-
Regionda dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə
-
Ariana Qrandenin görünüşü müzakirə yaratdı - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Səs” qəzetinin əməkdaşı SSRİ bayrağına görə həbs edildi - FOTO
-
Daşınmaz əmlak bazarında vəziyyət necədir? - VİDEO
-
Həmrəylik iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini formalaşdırır
-
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr - SİYAHI
-
“İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar yekun mərhələyə yaxınlaşıb“ - Əraqçı
-
Ermənistan parlamentinin ilk iclası yarımçıq qaldı - Sədr seçilə bilmədi
-
Bilgəhdə 21 yaşlı oğlan dənizdə batdı - 3 nəfər xilas edildi
-
Yaponiya və ABŞ birgə valyuta müdaxiləsinə başlayıb - “Reuters”
-
“44“ bədii filminin treyleri yayımlandı - VİDEO
-
Seuta sərhədində miqrant faciəsi - Ölənlərin sayı 90-a çatdı
-
Ana dilinin qorunub inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən biridir
-
“Yazıçılar, şairlər bədbəxtdirlər“ - Anar Rzayev
-
Türkiyədə yanğınlara görə 44 cinayət işi açıldı - 6 nəfər həbs olundu
-
Həkimlərin sayına görə ölkələrin reytinqi - SİYAHI
-
Ermənistan parlamentində gərgin anlar - And içmədilər+Video
-
“Dinamo“ - “Qarabağ“ oyununun biletləri satışa çıxarıldı - 23 manata
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi - Fərman imzalanıb
-
Səudiyyə vəliəhdi Trampdan İranla bağlı nə istəyib? - Şənbə günü edilən zəngin məqsədi məlum oldu
-
Tələbələr kredit üçün müraciət edə biləcəklər - Sabahdan
-
Xocavənddə minatəmizləmə əməkdaşı minaya düşdü - Xəsarət aldı
-
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
-
Ulu Öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyası
-
Qarabağda Bərpa və Tikinti xidmətində yoxlama başlayıb - Maliyyə Nazirliyi tərəfindən
-
Nəriman Həsənzadə dəfn edildi - I Fəxri xiyabanda
-
İsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri zərərsizləşdirildi
-
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
-
Bakıda 35 dərəcə isti, regionlarda yağış olacaq - Sabahın havası
-
AzTV və ARB-nin izlənmə sayında kəskin azalma olub - TV-lərin reytinq göstəriciləri
-
Zəlzələ Yaponiyanı sarsıtdı: Ölən və yaralananların yeni sayı açıqlandı
-
Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
-
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
-
Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyuldu - Gün ərzində yalnız...
-
İrana zərbə son anda dayandırıldı: Trampın açıqlaması diqqət çəkdi - FOTO
-
Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir
-
Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO
-
Sloveniya prezidenti qəzaya düşdü: Təhlükəsizlik kəmərini taxmadığı iddia edilir
-
Yer kürəsində yaxın sutka ərzində maqnit qasırğası baş verə bilər - Xəbərdarlıq
-
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? (VİDEO)
-
Mask Avropaya xəbərdarlıq etdi - Məhv olmaq təhlükəsi var…
-
“Holcim” “Conco“ QSC-dən nə istəyir? - Məhkəmə mübahisəsi
-
“Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq“ - İranlı general
-
“ABŞ komandanı Pentaqonu İsrailin müdafiəsi ilə bağlı xəbərdar edib“ - “The Washington Post“
-
Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi
-
Ebola virusu misilsiz sürətlə yayılır - ÜST xəbərdarlıq edir
-
Manaf Ağayev pul yağışına tutuldu: görüntüləri özü paylaşdı, sonra təcili sildi
-
Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Fədayə Laçın həbsxana həyatından danışdı - VİDEO
-
Sadə bir mədə ağrısı kimi qəbul etməyin: “Helicobacter pylori“ nədir?
-
ABŞ 20 000 dollarlıq viza depoziti tətbiq edir - Siyahıda 50 ölkə var…
-
“Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq“ - İran
-
Təhsil Sektorunun müdiri işdən çıxarıldı - FOTO
-
Aİ demoqrafik baxımdan yox olmağa doğru gedir - İlon Mask
-
Namik Xıdırovun müşaviri vəzifəsindən getdi - Ştatı ləğv edildi
-
Modi onu təhqir edən etirazçıları bağışlayıb: Onlar bizim uşaqlarımızdır
-
Taksi sürücüsünü kəsici-deşici alətlə hədələdi - Saxlanıldı
-
“Arpa işi“ndə icra başçısı sakinlərə uduzdu - TƏFƏRRÜAT
-
Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı
-
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
-
ABŞ Ukrayna üçün ayrılan 9 milyard dolları niyə xərcləmir? – BİRGƏ HESABAT
-
Birinci vitse-prezidentdən Nəriman Həsənzadə ilə bağlı PAYLAŞIM
-
Tehrandan Vaşinqtona sərt xəbərdarlıq: ABŞ-ın Hörmüz boğazında nə işi var?
-
Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu - FOTO
-
Azərbaycanlı milyarderin sərvəti 1,41 milyard dollar azalıb - TASS
-
Bu ölkə vətəndaşlarına vizasız rejim tətbiq edildi - 30 gün qala biləcəklər
-
İstehsalçılar gel-lakın riskləri barədə susur: Nə qədər təhlükəlidir?
-
ABŞ və İsrail böyük hücuma hazırlaşır - “Tramp artıq bu barədə əmr verib”
-
MİQ-in nəticələri açıqlandı - Səhv sualların nəticəsi necə olub?
-
“Bakıda, ata evimdə yaşayıram...” - Sevil Əliyevadan açıqlama
-
Sabunçuda qadın qətlə yetirilib - Oğlu saxlanılıb
-
Etirazlardan sonra FIFA geri addım atdı - DÇ-dəki payların satışı ləğv edildi
-
Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?
-
Zelenski Trampdan Starlink-in Rusiya ərazisində istifadəsinə icazə istəyib - The Atlantic
-
Azərbaycanda anasının soyadı verilən uşaqların sayı açıqlandı - RƏSMİ
-
Sakinin başına oyun açan şirkət suallardan qaçdı: “Çox pis vəziyyətdəyik“
-
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
-
“Netflix“ yayımlanmamış filmin nüsxəsini itirdi - Hollivudda QALMAQAL
-
Rusiya Kiyevi ballistik raketlərlə vurdu - 9 ölü, 23 yaralı - Fotolar
-
Sürücülərə və piyadalara çətinlik yaradan yol kəsişməsi - VİDEO
-
Avropa çalxalanır - Fransa İspaniya ilə sərhədə qoşun göndərdi
-
Prokuror “Atlant”ın hərracda satılmasını tələb etdi - 14 milyon manat zərəri belə ödəyəcəklər
-
El Nino hadisəsinin Azərbaycana təsiri varmı? - Ekspert
-
Binanın altından metroya keçid inşa edilir?-VİDEO
-
“ABŞ Ukraynanın “Patriot” raketlərinin istehsalına razılıq verməyib” - Tramp
-
Sabunçu xəstəxanasında rəzalət: Dedilər ki, gipsi və binti özün al
-
Prezidentin Qırğızıstan səfərindən görüntülər - VİDEO
-
Arayikgilin apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə getdi - Fotolar
-
Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
-
Bakıda ticarət mərkəzinin avtodayanacağında qətl törədilib - VİDEO
-
Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır? - AÇIQLAMA
-
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
-
Prezidentin Qırğızıstana dövlət səfəri başa çatdı - FOTOLAR
-
150 balla hansı ixtisaslara qəbul olmaq olar?– SİYAHI
-
ABŞ və İsrailin İran planı: Qonşu ölkələrin sərhədləri...
-
Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar
-
Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?
-
Son 6 ayda ən çox bahalanan və ən çox ucuzlaşan avtomobillər - Siyahı
-
Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
-
“Bank BTB“nin lisenziyası ləğv edildi: “T-Kredit“ BOKT-a lisenziya verildi
-
Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının təlimi başa çatıb - FOTO
-
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Rusiya Kiyevdə ABŞ zavodunu vurub - Ayda 1000-ə yaxın PUA istehsal edirdi
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTOLAR
TOP 10
ARXİV






