Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Düşmənin zenit-raket kompleksinin sıradan çıxarılma anı - VİDEO

Tarix 13.11.21, 22:04

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində düşmənin zenit-raket kompleksinin sıradan çıxarılması ilə bağlı real döyüş kadrları yayılıb.

AzFakt.com "İctimai Tv”yə istinadən xəbər verir ki, bu barədə "Görünməyən qəhrəmanlar" sənədli filminin anonsunda görüntülər əks olunub.

Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant Əfqan Nağıyev döyüşlərlə bağlı danışıb: "Düşmən məcburiyyət qarşısında birinci – müdafiə xəttində səfərbər etdiyi bütün hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrini açmağa məcbur oldu. Bizim kəşfiyyat pilotsuz uçuş aparatları bundan istifadə edərək həmin qurğuların dislokasiya yerini müəyyən edərək digər zərbəendirici uçuş aparatlarının qərargahını idarəetmə mərkəzinə koordinatları ötürdü və artıq gpzləmə zonasında olan zərbəendirici pilotsuz uçuş aparatları – Haroplar tərəfindən həmin qurğular məhv edildi”.

Sənədli filmdə general mayor Babək Qurbanov da döyüşlərlə bağlı danışıb: "Qarabağ istiqamətində 4 radioelektron mübarizə sistemi tam zərərsizləşdirilmişdi. Eyni zamanda düşmənin 8 S-300 kompleksi, 2 S-125 kompleksi, 5 Kruk zenit raket kompleksləri, 8 ASA kompleksləri tam sıradan çıxarılmışdır”.

General leytenant Əfqan Nağıyev bildirib ki, belə bir ideyanın, belə bir döyüş fəndinin olması ermənilər üçün sürpriz olub:

"Təbii ki, onlar bunu anlayandan sonra gec idi. Artıq birinci və ikinci günlər onların hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələrinin 60 faizə qədəri məhv edilmişdi. Bu onlar üçün böyük bir faciə idi”.








Xəbərin oxunma sayı : 466




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap