“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Özündən 28 yaş böyük kişi ilə…” - Xoşqədəm əl çəkmir

Tarix 20.11.21, 9:20

Font ölçüsü : - / +
bitmap-img6


"Yəqin ki, Turanəni tanıdınız. Həyat yoldaşı tərəfindən aldadılan, alçaldılan, qüruru ayaqlar altına atılan qadındır. Evdar xanım olub, iki uşaq dünyaya gətirib və günlərin bir günü əri başqasına aşiq olub. Bu qadına görə nə təkliflər aldım, amma o pulları qəbul etmədim. Edə bilməzdim. Namuslu, abırlı bir Azərbaycan qadınını nəyəsə, kiməsə qurban edə bilməzdim".

Olay xəbər verir ki, bu sözləri instaqramda aparıcı Xoşqədəm Hidayətqızı bir zamanlar verilişinin qəhrəmanı olan, övladlarının qəyyumluğu üçün proqrama çıxan Turanə adlı qadının fotosunu paylaşaraq yazıb. O bildirib ki, ilk vaxtlar onun sözlərinə inanmayıb:

"Bir gənc qızın özündən 28 yaş böyük, atası yaşda evli bir kişi ilə eşq yaşaması mənə görə mümkünsüzdür. Bu fikirləri efirdə belə səsləndirmişəm: "Bu gözəllikdə gənc qız yaşlı, evli kişi ilə eşq yaşayacağına inanmıram". Buna  görə məhkəməyə belə verildim. Sən demə, bu dediklərim "təhqir" imiş. Amma, Turanəni yalnız buraxmadım. O, nə qohumumdu, nə də ki bacım. Sadəcə namuslu, abırlı bir azərbaycanlı xanımdır. Heç kimsə də puluna güvənməsin! Nə Turanənin nə də mənim, Fikrət kimi hakim dayımız (red. - müğənni Aysel Əlizadənin dayısı), nə də haradasa köməkçi olan vəkilimiz, "bu məsələni bağlayın" deyib böyük pullar təklif edəcək "sponsorumuz" var. Ekspertizanın rəyinə təsir edecək "day-day"lar bilməlidir ki, bir gün Turanənin başına gələnlər onların evindəki qadınların başına gələ bilər. Əziz qadınlarımız, biz namuslu, abırlı bir Azərbaycan xanımını tək qoymamalıyıq! Məni qorumağı da unutmayın, yəqin bu qadını müdafiə etdiyim ücün qarayaxma kampanyası başlayar. Puldan imtina etdim".

Qeyd edək ki, Turanə "Səni axtarıram" verilişində "Yetim" ləqəbli həyat yoldaşının ona müğənni Aysel Əlizadə ilə xəyanət etdiyini iddia etmişdi. A.Əlizadə isə X.Hidayətqızını məhkəməyə vermişdi.



Xəbərin oxunma sayı : 1018




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap