| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Ən böyük problemimiz sülhməramlılardır” - “Mən arxayınam ki, Türkiyə dövləti bölgədədir...”
Tarix 31.12.21, 11:40 |
|
“Paşinyan Sarqsyandan və Koçaryandan dəfələrlə ağıllı adamdırâ€
Başa çatan 2021-ci ildə Azərbaycan sosial, siyasi və iqtisadi sahədə bir sıra addımlar atdı. Ələlxüsus işğaldan azad olunan Qarabağda görülən işlər böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, 2022-ci ildə bu işlərin daha da genişləndirilməsi və hələ ki, nəzarətimizdən kənarda qalan ərazilərimizdə suverenliyimizin bərpası istiqamətində atılacaq addımlarla bağlı müəyyən gözləntilər var.
Bu mövzuyla bağlı “AzPolitika.infoâ€-nun suallarını millət vəkili Vahid Əhmədov cavablandırıb:
- Vahid müəllim, 2021-ci il başa çatır. Sizcə, bu il Azərbaycan üçün iqtisadi, siyasi və sosial baxımdan nələrlə yadda qalacaq?
- Məncə, 2021-ci ili Azərbaycan üçün ən uğurlu illərdən biri kimi qiymətləndirmək mümkündür. Ən böyük uğurumuz ondan ibarətdir ki, son bir ildə işğaldan azad edilən ərazilərimizdə böyük işlər görmüşük. Məsələn, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Eyni zamanda Zəfər yolu çəkildi. İşğaldan azad edilən rayonlarımızın baş planı işlənib hazırlanıb. İnfrastruktur layihələri həyata keçirilməyə başlanıldı, yollar çəkildi, böyük tikinti-bərpa işləri həyata keçirildi. Bu proseslər indi də davam edir. Nəhayət, biz artıq işğaldan azad olunan ərazilərdə yaşayış binalarının, evlərin tikildiyini görürük. Bir sözlə, böyük iş görülüb. Ola bilsin ki, digər ölkələrdə bu işi ən yaxşı halda beş ilə görərdilər, amma bizdə bir ilə görüldü. Bunun da əsas səbəbi odur ki, Azərbaycan Prezidenti son bir ildə şəxsən özü görülən işlərə nəzarət edib.
Səhv etmirəmsə, dövlət başçısı son bir ildə təxminən 10 və ya 11 dəfə işğaldan azad edilən ərazilərdə olub, görülən işlərlə bilavasitə tanış olub, göstərişlərini verib və prosesə şəxsən özü nəzarət etməkdədir. Diqqət etdinizsə, sonuncu dəfə Prezident Hadrut qəsəbəsində xüsusi hərbi hissənin açılışında iştirak etdi, buradan da Şuşaya səfər etdi. Bir sözlə, bu məsələ daim diqqət mərkəzində olub. Hesab edirəm ki, bu istiqamətdə uğurlarımız var və bunu xüsusi qeyd etmək vacibdir.
Bununla yanaşı, siyasi sahədə uğurlarımız daha çoxdur. Əvvəla, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apardı, tarixi torpaqlarını işğaldan azad etdi. 2021-ci ildə isə keçirilən bir sıra beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə bütün ölkələr Azərbaycanı işğal altında qalan torpaqları azad etdiyinə görə təbrik etdilər və ərazi bütövlüyümüzü tanıdılar. Həmçinin, müharibə ilə əlaqədar bizə təpkilər olmadı. İstər Avropa, istər Amerika, istərsə də qonşu dövlətlər olsun. Onlar vəziyyəti qəbul etməli oldular və regionda yaranan yeni reallığın dəyişməyəcəyi ilə hesablaşdılar. Bu da bizim üçün böyük əhəmiyyət kəsb edir.
Fərqli fikirlər olsa da, mən hesab edirəm ki, 2021-ci ildə informasiya sahəsində də müəyyən uğurlarımız oldu. Fikir verirsinizsə, Ermənistanda Baş nazir başda olmaqla, artıq çoxları Qarabağ məsələsində Azərbaycanın haqlı tərəf olduğunu etiraf edir. Həmçinin, artıq Zəngəzur dəhlizinin açılması da zaman məsələsidir. Mən hesab edirəm ki, 2022-ci ildə dəhlizin açılmasının şahidi olacağıq. Odur ki, bu məsələdə də üstünlüklərimiz oldu. Sosial sahədə, əlbəttə, müəyyən problemlərimiz var. Eyni zamanda, son vaxtlar dövlət başçısı bir sıra fərmanlar və sənədlər imzalayıb. Hesab edirəm ki, bu da sosial sahəyə öz təsirini göstərəcək. Mən demirəm ki, problemlər yoxdur, əlbəttə var. Problemlərin müəyyən hissəsinin həlli 2022-ci ilə keçir. 2022-ci ildə bu işlərlə daha ciddi məşğul olmalıyıq, əhalimiz yaxşı yaşamalıdır.
Bütün hallarda 2021-ci il Azərbaycan üçün uğurlu illərdən biri oldu.
- 2022-ci ildə Qarabağla bağlı gözləntiləriniz nədən ibarətdir?
- Mən hər zaman demişəm, bu məsələdə bizi narahat edən bir məsələ var. Bu da hələlik orada Rusiya sülhməramlılarının olmasıdır. Bu bizə problemlər yarada bilər. İmzalanmış üçtərəfli sazişin müəyyən bəndləri yerinə yetirilmir. Məsələn, Xankəndi və ətrafındakı erməni terrorçuları təmizlənib ərazidən çıxarılmadı, 2021-ci ildə müəyyən toqquşmalar müşahidə edildi, postumuza hansısa separatçı qumbara atdı və s. Eyni zamanda şəhid olan əsgərlərimiz var. Yəni problemlər oldu. Bəli, onlar üçtərəfli sazişdə öz üzərlərinə götürdükləri öhdəliklərin müəyyən hissəsini yerinə yetirmədilər. Bu da bizim üçün problemdir. Mənə görə, Qarabağ məsələsində ən ciddi problem rus sülhməramlılarının orada olmasıdır. Bizim üçün ikinci vacib məsələ 2022-ci ildə Zəngəzur dəhlizinin açılmasıdır. Hesab edirəm ki, bu layihə həm baş tutacaq, həm də müəyyən qədər özü ilə sabitlik gətirəcək.
Üçüncü vacib məsələ Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Bu, bizim üçün böyük əhəmiyyət daşıyır. Əgər sülh müqaviləsi imzalanacaqsa, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması olduqca vacibdir. Mənim qənaətimcə, buna 2022-ci ildə nail olmalıyıq ki, məsələ növbəti illərə qalmasın. Yəni bu vacibdir. Bundan başqa, delimitasiya, demarkasiya, habelə bəzi xırda məsələlər var ki, bunların da hamısı öz həllini tapacaq. Düşünürəm ki, bu məsələlərdə problem olmayacaq. Əlbəttə, bir daha təkrarlayım ki, bizim üçün “başağrısı†Rusiya sülhməramlılarının orada olmasıdır. Bunun da yəqin ki, vaxtı var, müəyyən məsələlər var ki, onlar həll olunduqdan sonra bu problem də yoluna qoyulacaq.
Mən arxayınam ki, Türkiyə dövləti bölgədədir və bütün məsələlərdə, proseslərdə iştirak edir. Mən hiss edirəm ki, faktiki olaraq bölgədə Türkiyəsiz heç bir məsələ həll edilən deyil. Türkiyənin qardaş ölkə kimi burada olması, sözsüz ki, strateji əhəmiyyət kəsb edir. Nəhayət, biz çalışmalıyıq ki, 2022-ci ildə əhalimizi işğaldan azad edilən ərazilərə - doğma yurd-yuvalarına qaytaraq. Qarabağa nə qədər çox əhali köçərsə və orada həyat nə qədər tez canlanarsa, bu, bizim üçün bir o qədər müsbət hal olar. Ümid edirəm ki, 2022-ci ildə sadaladığım bu işləri həyata keçirə biləcəyik.
- Ermənistanın Baş naziri Nikol Paşinyanın “Facebook†üzərindən verdiyi Qarabağ açıqlaması ciddi müzakirə edildi, hətta öz ölkəsində müxalifətin fəallaşmasına, Xankəndindəki separatçıların Paşinyana qarşı çıxışlarına səbəb oldu. Paşinyanın son açıqlamaları Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə dair hansı ümidlər verir?
- Nikol Paşinyan Serj Sarqsyandan və Robert Koçaryandan dəfələrlə ağıllı adamdır. Paşinyan anlayır ki, artıq bu məsələ həll edilib. Ona nə qədər kənardan desələr də ki, sizə kömək edəcəyik, yardım olunacaq və s, adam bilir ki, reallıq nədən ibarətdir. Faktiki status məsələsi yoxdur və məsələ yalnız sülh müqaviləsi imzalanması ilə həll olunacaq. Paşinyan həm də başa düşür ki, əgər Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmasa, gələcəkdə erməni dövlətçiliyinin mövcudluğu şübhə altına düşəcək. Çünki Azərbaycan və Türkiyə güclənir, bölgədə söz sahibinə çevrilir. Fakt odur ki, Azərbaycanın qələbəsini bütün ölkələr “həzm etdiâ€. Hətta, daim Ermənistanın yanında olan, bizə qarşı çıxan Fransa kimi dövlət sonradan çalışdı ki, Azərbaycanla əlaqələri düzəltsin. Brüsseldə Prezident Makron Azərbaycan dövlət başçısı ilə görüşdü. Mən hesab edirəm ki, artıq ermənilər anlayır ki, başqa çıxış yolu yoxdur. Ola bilsin ki, müəyyən təxribatlar yaratsınlar, nələrsə etsinlər və s. Amma Azərbaycanın da bu təxribatların qarşısını almaq üçün kifayət qədər imkanı var. Son variantda “dəmir yumruq†hazırdır və cavablarını alacaqlar. Silahımız da, sursatlmız da, gücümüz də var.
- Separatçıların lideri Araik Arutunyanın fəallaşması, Paşinyana qarşı çıxması müşahidə olunur. Sanki “Qarabağ klanı†Paşinyana qarşı vahid mövqe formalaşdırır...
- Açığını deyim ki, Paşinyanın devrilməsi bizə sərf etmir. Bu posesi sona çatdırmaq lazımdır. Əlbəttə, Paşinyan erməni cəmiyyəti və müxalifət qarşısında müəyyən şüarlar söyləyə bilər. Amma onun tutduğu yol düz yoldur. O mənada ki, Azərbaycan və Türkiyə ilə münasibətləri bəlli səviyyəyə çatdırmaq, əlaqələr qurmaq istəyir. İkincisi, onun devrilməsində Qərbin marağı yoxdur. Rusiya dövləti və digər qüvvələr ola bilsin ki, Paşinyana müəyyən təzyiqlər etsin. Ən ağır vaxtda Paşinyan seçkilərə getdi və qələbə qazandı. Yəni etimad əldə etdi. Aydındır ki, Koçaryana və ya Sarqsyana bağlı qüvvələr müəyyən təxribatlar törədə bilərlər. Eləcə də sərhəddə bəlli təxribatların olması mümkündür. Lakin “dəmir yumruq†hazırdır və lazım olanda bunun dadını görəcəklər.
Araik Arutunyanın fəallaşmasına gəldikdə, onlar başa düşürlər ki, məsələ bitib. Xankəndi daxil olmaqla məlum ərazilər Azərbaycanın suveren torpaqlarıdır və Qarabağ iqtisadi zonasına daxildir. Sabah həmin ərazilərdə Azərbaycanın dövlət atributları olanda, bayrağımız dalğalananda Araik orada qala bilməz. Araikin yerinə Azərbycan vətəndaşı olan bir başqası işləyəcək. Belə məsələlər var və onlar bunu anlayırlar.
- Bu fəallaşmada Rusiyanın marağı, yaxud rolu ola bilərmi?
- Qeyd etdim, harda Rusiya varsa, orada həm də problem var. Bu, gizli məsələ də deyil. Biz bunu Ukraynada, Gürcüstanda, Moldovada və nəhayətdə Qarabağda görmüşük. Əlbəttə, Rusiyanın marağı odur ki, daim orada münaqişə olsun və o da bundan istifadə edərək hər iki tərəfə təzyiq etsin. Amma regionda vəziyyət, tarixi düzən dəyişib. Azərbaycan dövlət başçısı faktiki olaraq müstəqil və açıq siyasət aparır. Əlbəttə, biz ehtiyatlı olmalıyıq. Eləcə də daxildə ehtiyatlı olmalıyıq, problemimiz olmamalıdır. Ona görə də sosial problemləri həll etməliyik ki, əhali normal yaşaya bilsin.
Xəbərin oxunma sayı : 2056
Müsahibə
Xəbərlər
-
Nazirin icraçı direktor təyin etdiyi Nigar Kərimova kimdir? - Dosye
-
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
-
Əhalinin nəzərinə: Bu şəxslərə pulsuz ərzaq veriləcək
-
“Britaniya-Azərbaycan münasibətləri daha da möhkəmlənib“ - Səfir
-
MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı
-
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
“TikTok“da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var
-
Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil - Kuşner
-
Prezident Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - FOTOLAR
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Yükdaşıma sektorunda vergi qaydaları dəyişir - Yeni güzəşt təklif olunur
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
“İrəvandakı Göy məsciddə şou düzənlədilər“ - QMİ-dən sərt etiraz
-
Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
KTMT-də Ermənistan bağlı qərar verildi - Bu hüquqdan məhrum edildi
-
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
-
“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
-
Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
-
Azərbaycanda əməkhaqqı 30 qəpik azalıb - Rəsmi məlumat
-
Prezident xanımı ilə Liderlər Sammitində - FOTOLAR
-
Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
-
Dövlət Yol Polisinin adından fişinq hücumları var - XƏBƏRDARLIQ
-
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
-
“Vətəndaşın haqqı ödənilməlidir“ - Nazirdən bələdiyyələrə irad
-
Hərraca çıxarılan villaların sahibi kimdir? - Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq…
-
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
-
İlham Əliyevi Ərdoğan və Quterreş qarşılayıb - VİDEO
-
Şəxsi təsərrüfatdan əldə edilən süd və yumurtadan da vergi alınacaq? - Video
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Saatlıq əməkhaqqı aylıq maaşdakı tarifdən - Yüksək müəyyən ediləcək
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru məqsədyönlü addımlar atılır
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
TOP 10
ARXİV






