Əməkdar artist Xumar Qədimovanın müsahibələrindən böyük marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, aparıcı Kazım Sübhanın "Özəl" proqramına qatılan ifaçı onu sevən və sevməyən, bəyənən və bəyənməyən insanlardan danışıb.

Qədimova müsahibəsi zamanı haqqında mənfi və müsbət fikir bildirənlərə "Sevənlərin qəlbindəyəm, sevməyənlərin beynindəyəm" sözləri ilə cavab verib. 

Sənətçinin bu fikirləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilərək trend olub, virtual aləmdə ən çox paylaşılan və bəyənilən statuslar sırasında yer alıb.