Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“Qarabağ məsələsi sanki bizim üçün ikinci dərəcəlidir” – Fazil Mustafa

Tarix 22.02.22, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edirik:


– Fazil bəy, Qarabağda son vaxtlar separatçıların fəallaşması müşahidə edilir. Onları indiki halda bu cür addımlar atmağa nə vadar edir?

– Erməninin başı bir də əzilməlidir ki, yenidən sarsaq ideyalardan danışa bilməsinlər. Faktiki olaraq Qarabağdakı terrorçuların, separatçıların qalıqlarına qarşı siyasətimizi formalaşdırmalıyıq. Bu istiqamətdə addımlarımızı intensivləşdirməliyik. Nikol Paşinyan erməni auditoriyası üçün müəyyən məsələləri dilə gətirə bilər. Onun bu mövzuda boş-boş danışması heç bir əhəmiyyət kəsb etmir. Sözsüz ki, Qarabağda hansısa bir oyuncaq qurumun mövcud olmasına Azərbaycan tərəfindən imkan verilməyəcək. Onlar bunu da yaxşı bilir. Bu məsələdə biz erməni tərəfinin söylədiklərinə deyil, özümüzün etdiklərimizə diqqət yetirməliyik.

– Effektiv addımları nədə görürsünüz?

– Biz, onların ideyalarını darmadağın etməliyik. Ermənilərə faktiki olaraq heç bir imkan tanınmamalıdır ki, onlar hər hansı şəkildə iddialarla çıxış etsin. İlk növbədə Ermənistanla sərhədlər müəyyənləşməlidir. Bundan başqa Laçın dəhlizi məsələsi də gündəmə gətirilməlidir. Laçın dəhlizinə Azərbaycanın nəzarəti həyata keçirməlidir. Bunun əksinə olan hallar ermənilərin iddia etdikləri “birləşmə ideyası” gerçəkləşməsi deməkdir. Buna imkan vermək olmaz. Çünki bütün hallarda ermənilər bu yoldan istifadə edib Azərbaycan daxilində həmin o problemləri alovlandıracaq. Eyni zamanda soydaşlarımızın artıq o ərazilərə köçürülməsi məsələsi qısa zamanda həll edilməlidir. Ora daha çox hərbçi, insanların köçürülməsinə imkan yaradılmalıdır.

– Sizcə, cəmiyyətin bu məsələdə rolu nə dəcədə vacibdir?

– Cəmiyyətin də bu məsələdə səfərbərliyi hiss olunmalıdır. Bununla da o bölgələrdə bizim mülki, hərbi mövqelərimizin daha da möhkəmlənməsinə nail olmaq olar. O bölgənin insanlarının əlində müəyyən dərəcədə imkanlar olmalıdır ki, istənilən erməni təxribatına adekvat reaksiya vermək mümkün olsun. Problemin kökündə məhz bunlar dayanmalıdır. Daxildəki müəyyən məsələlərlə başımız qatmaqla bu prosesdən uzaqlaşmaq olmaz.

– “Qarabağ” futbol klubumuzun “Marsel”lə səfər qarşılaşmasında Azərbaycan bayrağının fransız rejjisorların göstərməməsini ermənilər özü üçün “qələbə” hesab etdilər. Sizcə, son zamanlar ermənilərin bu cür xırda məqamlardan ruhlanması nə ilə izah oluna bilər?

– Biz indi ermənilərin addımlarını bir kənara qoymalıyıq. Azərbaycan cəmiyyətində biz yenə də o mərhələdəyik ki, Qarabağ məsələsi sanki bizim üçün ikinci dərəcəlidir. Halbuki ölkənin bütün siyasi qüvvələri, düşünən adamları bu məsələyə daha çox diqqət yönəltməli və bu məsələlərin müzakirəsində iştirak etməlidir. Ona görə də, Marseldə futbol oyunu zamanı hansı bir bayrağın asılması bizi qətiyyən narahat etməməlidir. Marsel tipik bir erməni şəhəridir. Bir neçə başdan xarab erməni hansısa bir bayraq qaldıracaqsa, sırf hədəflərimizi də bunların üzərində qura bilmərik./Teleqraf



Xəbərin oxunma sayı : 631




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap