| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Lənkəranski”yə görə “Lotu Quli”nin yaxını necə öldürüldü? – sifarişi verənlərin adları
Tarix 16.04.22, 23:43 |
|
Rusiyada 2017-ci ildə “Lotu Quli†ləqəbli Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən kriminal aləmdə “Yeraz Camal†kimi tanınan Camal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib
İttiham aktına əsasən, “Yeraz Camal†öyrənir ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşı Həsənov Cabir Heyqubad oğlu bir neçə dəfə iştirak etdiyi müxtəlif məclislərdə kriminal aləmdə “Rövşən Lənkəranski†ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu 2016-cı il avqustun 18-də Türkiyə Respublikası ərazisində o qətlə yetirib.Qətlin izi ilə...
“Rövşən Lənkəranskiâ€yə pərəstiş edən “Yeraz Camal†Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburq şəhərinə gedib.
Camal Həsənov səfər öncəsi maliyyə dəstəyi əldə edərək hədəfini öldürmək üçün odlu silah və sonra hadisə yerindən uzaqlaşmaq məqsədilə avtomobil almağı planlaşdırır.
O, Bakıdan Sankt-Peterburqun “Pulkovo†hava limanına uçan zaman hazırda istintaqa adı məlum olmayan sifarişçinin (sifarişçilərin) tapşırığı və təlimatları əsasında həmin şəhərdə yaşayan əslən Masallı rayonundan olan Rusiya vətəndaşı Nüsrətov Nazim Davud oğlu ilə əlaqə saxlayıb görüşür.
Məlumat üçün bildirək ki, Camal əvvəlcə qətldə ona kömək edəcək Nazim Rüstəmova tanışları vasitəsilə ümumilikdə 339.500 rubl (10.151,05 manat) məbləğində pul göndərib. Nazim Rüstəmov da öz növbəsində göndərilən pullarla Camal Həsənova başqa-başqa adamların adına olan mobil nömrələr, avtomobil və odlu silah təşkil edir.

Camal Həsənov Nazim Rüstəmovla birlikdə onun avtomobilində Cabir Həsənovun yaşadığı (Sankt-Peterburq şəhəri, Lenin prospekti, 2 â„–-li korpus, 148 â„–-li ev) əraziyə gedib qətlin törədilməsi üçün kəşfiyyat xarakterli müşahidələr aparır. Daha sonra o, Cabir Həsənovun öldürülməsi üçün əlverişli yeri müəyyən edir - yaşadığı binanın qarşısı. Camal “şikarını†izləmək üçün Nazim Nüsrətovun köməkliyi ilə 95.000 rubl (2.840,50 manat) ödəyərək Quskova Nina Borisovnanın mülkiyyətində olan “VAZ 21103†markalı tünd-bənövşəyi rəngli avtomobili alır. Maşının içərisinin görünməməsi üçün şüşələr xüsusi örtüklə tündləşdirilir. Hətta avtomobilin alqı-satqısı rəsmiləşdirilmir.

İzləri necə itirməli, planlamalar...
Təqsirləndirilən şəxs sözügedən ərazidə kəşfiyyatını apardıqdan sonra Bakıya qayıdır. O burada yer və zaman barədə sifarişçi (sifarişçilər) ilə müzakirələr aparıb aldığı təlimatlardan sonra plana uyğun hərəkətə keçir. O, 25.04.2017-ci il tarixdə saat 05:55-də Bakı-İstanbul aviareysi ilə İstanbul şəhərinə, oradan isə həmin gün saat 14:15-də «401-TK» aviareysi ilə Sankt-Peterburq şəhərinə gəlir. “Pulkovo†hava limanında onu Nazim Nüsrətov qarşılayır. Camal cinayətin digər iştirakçıları ilə danışıqlar aparmaq məqsədilə cinayətlə heç bir əlaqələri olmayan özbək əsilli Furkatov Novruz Xolikoviçin və Şəripov Suxrob Davronoviçin adına özünə və Nazim Nüsrətova mobil nömrə alır.
Bundan sonra istintaqa məlum olmayan şəraitdə bir nəfər şəxsdən “Makarovâ€, “İJ-70†və “Steçkin†tipli avtomatik tapançalar, “PP-90†tipli tapança-pulemyot, “MA-PP-91†ov karabini alır. Sursat kimi kustar üsulla dəyişiklik edilmiş patronlar seçilir.
Qətl günü...
Camal Aprelin 28-də Cabir Həsənovun yaşadığı evin yaxınlığına gələrək avtomobildə onun gəlməsini gözləyib. O, cinayəti törətdikdən sonra necə hərəkət edəcəyini də düşünür - Nazim Nüsrətovun uzaq qohumu Ramin Səfərova zəng edərək onu 15 min rubl pul müqabilində Belarusa aparmasını planlayır.
Camal Cabiri 14 dəqiqə maşında gözləyir...

Axşam saat 22:21. Camal binanın girişinə yaxınlaşır. Cabir Həsənov onun tək olduğundan arxayınlaşandan sonra avtomobildən enir. 6 dəfə atəş açılır və Cabir Həsənov qətlə yetirir. Daha sonra Camal idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşır. Sonra o, plan üzrə hərəkət edir - Ramin Səfərovun avtomobili ilə Belarus ərazisinə keçir. Elə həmin gün Minsk-Bakı aviareysi ilə Bakıya qayıdır.
Camalın adı qətldə necə hallandı...
Hadisədən bir müddət sonra Nazim Nüsrətov tutulur. O, ifadəsində qətli Camal Həsənovun törətdiyini etiraf edib.
2017-ci ilin noyabrında Camal Həsənov barəsində cinayət işi başlanıb və axtarışa verilib.
Rusiya tərəfi 2021-ci ildə cinayət işi təqibinin davam etdirilməsi ilə üçün materiallar Azərbaycana göndərilib. Bundan sonra Camal Həsənov tutularaq istintaqa təhvil verilib.

O, Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham olunub.
Lakin “Yeraz Camal†ona qarşı irəli sürülən ittihamları rədd edərək, özünü təqsirli bilmir.
“Cabir Həsənov “Lotu Quliâ€nin yaxın adamı idi...â€
Camal Həsənov istintaqda deyib ki, 2004-cü ildən 2011-ci ilədək yunan-roma güləşi ilə məşğul olub, 2012-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedərək, 2014-cü ilin aprel ayında hərbi xidmətdən təxris olunub:
“Bundan sonra Bakıda müxtəlif yerlərdə mühafizəçi işləmişəm. 2015-ci ildə ilk dəfə Rusiyanın Dərbənd şəhərində, daha sonra 2016-cı ildən başlayaraq Sankt-Peterburqda yerləşən “Apraksin dvor†adlanan bazarda mühafizəçi işləmişəm. 2017-ci ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar dəstənin üzvü şübhəsi ilə həbs edilərək cinayət məsuliyyətinə cəlb olunmuşam. Həbsdən çıxdıqdan sonra İstanbulda qanunsuz silah gəzdirdiyim üçün tutuldum və bir neçə ay həbsdə qaldıqdan sonra məhkəmənin qərarı ilə azadlığa buraxılaraq Azərbaycana deportasiya olundum. 2021-ci ilin fevral ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutuldum, Nərimanov rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildimâ€.

Camal Həsənov ifadəsində Cabir Həsənovu 2016-cı ildə “Apraksin dvor†bazarında işlədiyi vaxtdan tanıdığını deyib. O bildirib ki, Cabir Həsənov kriminal aləmdə “Lotu Quli†kimi tanınan mərhum Nadir Səlifovun yaxın adamı olub, “Apraksin dvor†adlanan bazarda alverçilərdən haqq yığıb və dolayı yollarla bazara nəzarət edib.
“Tutulacağımdan qorxduğum üçün şəhəri tərk etdim...â€
Camal Həsənov hadisədən əvvəl Cabir Həsənovla aralarında heç bir narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmadığını deyib:
“Cabir Həsənovun Rusiyada adam oğurluğu cinayəti törətdiyinə görə axtarışda olduğunu, kriminal aləmlə bağlılığını bilirdim. Nazim Nüsrətovu 2017-ci ildə Sankt-Peterbuq şəhərində işlədiyim zaman tanımışam. Lakin Nazimi tanısam da, onunla elə də yaxın dostluq münasibətlərim olmayıb. 2017-ci ilin aprel ayının 7-də işləmək üçün Rusiyaya getdim. Sankt-Peterbuq şəhəri, Lenin prospektində kirayə mənzildə yaşamağa başladım. Aprelin 28-də həmin ünvanda Cabir Həsənov naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Həmin hadisənin təfərrüatlarını bilmirəm. Bildiyim qədəri, həmin gün Cabir Həsənovun yaşadığı binanın qarşısında atışma baş verib, atışma zamanı Cabir Həsənov aldığı güllə yaralarından hadisə yerində ölüb. Həmin vaxt polis əməkdaşları cinayəti törətmiş şəxsi yaxalamaq üçün “Apraksin dvor†bazarında axtarış aparıb. Samir, Tərlan və adını bilmədiyi digər şəxsləri saxlanılıblar. Polis əməkdaşları Azərbaycan millətindən olan şəxsləri əsaslı-əsassız polis bölməsinə aparıb müxtəlif məbləğdə pullarını alıblar. Törətmədiyim cinayətə görə tutulacağımdan qorxduğum üçün Sankt-Peterburq şəhərini tərk etmək qərarına gəldim. Bu məqsədlə Nazim Nüsrətova müraciət edərək xahiş etdim ki, Belarusa getmək üçün yaxşı tanıdığı və inandığı sürücü tapsın. Nazim xahişimə əsasən qohumu Ramin Səfərovu tapdı. Ramin Səfərov məni Minsk şəhərinə apardı. Bunun qarşılığında Ramin Səfərova 200 ABŞ dolları pul verdim. Həmin günü Bakıya qayıtdımâ€.

“Nazimin dedikləri yalandır, izi itirmək istəyir...â€
“Yeraz Camal†qeyd edib ki, Bakıda özünə sürücülük vəsiqəsi alarkən Rusiyada axtarışda olduğunu bilib və bu səbəbdən sürücülük vəsiqəsini ala bilməyib:
“Daxili İşlər Nazirliyinə müraciət edərək köməklik göstərmələrini xahiş etdim. Bununla bağlı toplanmış sənədlər Bakı şəhəri, Səbail Rayon Prokurorluğuna göndərilib. Prokurorluqda aparılmış araşdırmanın nəticəsinə dair qərarın surəti mənə təqdim olunub. Azərbaycanda olduğu zaman sosial şəbəkələrdən bildim ki, Cabir Həsənovun qətlə yetirilməsi faktına görə istintaqı aparılan cinayət işi üzrə Nazim Nüsrətov Sankt-Peterbuq şəhərində şübhəli şəxs qismində tutulub. Nazim Rusiyada verdiyi ifadəsində bildirib ki, guya Cabir Həsənov adlı şəxsi mən güllələyərək öldürmüşəm. Nazim Nüsrətov ifadəsində deyib ki, guya mən onunla kriminal aləmdə “Rövşən Lənkəranski†kimi tanınan Rövşən Canıyevin qardaşı Namiq Canıyevin sürücüsü Əfqan Quliyev vasitəsilə tanış olmuşam. Nazimin dedikləri yalan və uydurmadır. Onun sözləri cinayəti törətmiş kriminal qrupların üzvlərinin cinayət məsuliyyətindən kənarda qalmasına yönəlibâ€.
“Valideynlərimə zərər vuracağı ilə hədə-qorxu gəldi...â€
İş üzrə şahid kimi tanınan Nazim Nüsrətov Rusiya İstintaq Komitəsində təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərib ki, Əfqan Quliyevlə (Namiq Canıyevin sürücüsü – S.E.) tanışlıqdan sonra onun kriminal aləmlə əlaqələrinin olduğunu öyrənib:
“Əfqan məni Sankt-Peterburqda yaşayan və kriminal aləmlə əlaqəsi olan həmyerlilərimizlə tanış etmək istədi. Qorxduğum üçün tanışlıqdan imtina etdim, çünki belə insanlarla heç vaxt əlaqəm olmayıb, ailə üzvlərimə görə narahat idim. 2017-ci ilin aprel ayının ilk günlərində Əfqan mənə zəng vuraraq Sankt-Peterburq şəhərinin hava limanında bir nəfər şəxsi qarşılamağımı, onu mənzil, mobil telefon, avtomobil və digər vasitələrlə təmin etməyimi xahiş etdi. Mən Əfqandan həmin şəxsin kim olduğunu və nə üçün Sankt-Peterbuq şəhərinə gəldiyini soruşdum. Əfqan mənə həmin şəxsin oraya bir nəfəri “cəzalandırmaq†üçün gəldiyini dedi. O mənə digər məsələlər barədə həmin şəxsin danışacağını bildirdi. Əfqana kömək etməyəcəyimi dedikdə, o səsinin tonunu dəyişdi və məndən tələb etməyə başladı ki, göstərişlərini icra edim. Əfqanla mübahisə etməyə başladıqda valideynlərimə zərər vuracağı ilə hədə-qorxu gəldi. Yaşlı valideynlərimə görə çox qorxdum və təklifə razılıq verdim. Əfqan dedi ki, həmin işləri həyata keçirmək üçün mənə 340 min rubl pul verəcəkâ€.

“Əfqan Camalı “alətâ€lə təmin etməsini tapşırdı...â€
Şahid qeyd edib ki, Camal Həsənov 2017-ci il aprelin 8-də onun telefonuna zəng vuraraq, təxminən 1 saata, saat yarıma aeroporta gələcəyini bildirib:
“Hava limanına gedərək Camalı qarşıladım. O, maşını Lenin prospekti, 148 nömrəli evin yanına sürməyimi istədi. Camal tanışı ilə 3 ay həmin evdə qaldığını dedi. Əlavə etdi ki, ola bilsin ki, tanışı ilə birlikdə həmin ünvanda qalacaq. Biz ünvana gəldikdən sonra Camal avtomobilin içərisindən həmin mənzildə işığın yanıb-yanmadığına baxdı, işıqlar yanmadığı üçün oradan qayıtdıq. Camalla Sankt-Peterburqda yerləşən “Tokio Siti†kafesində suşi-bara getdik, orada yemək yeyib söhbət etdik. Səhəri gün Camala avtomobil və mobil telefonlar aldıq. Əfqan isə mənə mütəmadi olaraq zəng vurub işin gedişatı ilə maraqlanırdı. Əfqan Camalı “alətâ€lə təmin etməsini tapşırdı. Mən isə tapança haqqında razılaşmanın olmadığını və bu xahişi yerinə yetirə bilməyəcəyimi dedim. Camal özü silah işini həll elədi. Lakin səhəri gün Bakıya qayıtdı. Bir neçə gün sonra Əfqan yenidən mənə zəng edərək Camalı qarşılamağımı tapşırdı. Mən imtina etmək istədikdə o, yenidən mənə hədə-qorxu gəlməyə başladı. Hava Limanında Camalı qarşıladım və onun üçün aldığımız avtomobili təhvil verdim. Səhəri gün işlərimlə əlaqədar Moskvaya getdim. Camal axşam üstü mənə zəng edərək Belarusa getmək üçün etibarlı adam tapmağımı tapşırdı. Mən də yaxın qohumum Ramini məsləhət bildim. Camal Qeroyev prospekti ilə Lenin prospektinin kəsişməsində olduğunu dedi. Mən Raminə onun koordinatlarını verdim. Bir müddət sonra onların Belarusa keçdiklərini öyrəndim. Ondan sonra Camalı görməmişəmâ€.
Nazim Nüsrətov daha sonra bildirib ki, 2017-ci il aprelin 28-də Lenin prospektində baş vermiş qətl hadisəsi haqqında təsadüfən efirdə gedən xəbərlərdən öyrənib. Həmin vaxt hadisənin Camal tərəfindən törədildiyini fikirləşərək çox qorxub. O, anlayıb ki, Əfqanın tələblərindən imtina edə bilərdi, lakin bunu bacarmayıb.

Üzə çıxan iki sifarişçi ismi - Əməliyyat məlumatları...
İş üzrə sənədlərdəki əməliyyat tapşırığında qeyd olunur ki, Camal Həsənov Cabir Həsənovla əvvəldən tanış olub.
Belə ki, Camal Həsənov 2016-cı ilin oktyabrından noyabrınadək Cabir Həsənovla eyni evdə yaşayıb.
Sənədlərdə qeyd olunur ki, mərhum Cabir Həsənov kriminal aləmdə “Lotu Quli†ləqəbi ilə tanınan “qanuni oğru†Nadir Səlifovun tərəfdarı və sonuncunun rəhbərlik etdiyi kriminal qruplaşmanın üzvü olub. Camal Həsənov isə qətlə yetirilib, kriminal mühitdə “Rövşən Lənkəranski†ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdaşı kimi tanınıb. Lakin bunu gizlətməklə Cabir Həsənovun etimadını qazana bilib.
Camal Həsənova cinayətin törədilməsində Nazim Nüsrətov köməklik edib. Camal qətli törətmək üçün növbəti dəfə Sankt-Peterburqa gələrkən “yaxın münasibətlərdə†olmasına baxmayaraq, Cabir Həsənovdan xəbərsiz gəlib, Nazim Nüsrətov ona yaşamaq üçün mənzil kirayələyib, yaşıl rəngli avtomobilin alınmasında, qətldə istifadə olunan silahın əldə edilməsində köməklik göstərib. Nazim Nüsrətov qeyd olunanları Quliyev Əfqan Daşdəmir oğlunun tapşırığına əsasən edib.
Əməliyyat məlumatlarına əsasən, Camal Həsənov Cabir Həsənovu Canıyev Namiq Rafiq oğlu və Əhmədov Zaur Əliağa oğlunun sifarişi və təhriki əsasında qətlə yetirib.
Həmin dövrdə Namiq Canıyevin sürücü işləyən Əfqan Quliyev isə qətlin törədilməsi üçün lazım olan silah və nəqliyyat vasitəsinin əldə edilməsində Camal Həsənova Nazim Nüsrətov vasitəsilə köməklik göstərib.
Camal Həsənova qətlin törədilməsi üçün külli miqdarda pul vəsaiti söz verilib, vəsaitin bir hissəsi ona ödənilsə də, qalan hissəsi ödənilməyib.
Camal Həsənov 2017-ci il aprelin 7-də Moskvaya gələrək buradan Sankt-Peterburqa gedərkən Zaur Əhmədovla görüşüb və törədəcəyi qətl hadisəsinin detallarını onunla müzakirə edib.
Əməliyyat məlumatlarına əsasən, Camal Həsənov sonuncu dəfə 2017-ci il aprelin 25-də Bakıdan təyyarə ilə İstanbula, oradan isə həmin gün Sankt-Peterbuqa gedib. Qətl hadisəsini törədəcəyi barədə qəti qərar qəbul etdiyindən, Camal Həsənov şübhə doğurmamaq məqsədilə Sankt-Peterburq şəhərinə məhz qeyd edilən marşrutla gedib. 2017-ci il aprelin 28-də Camala Həsənov Cabir Həsənovu qətlə yetirdikdən dərhal sonra Nazim Nüsrətov vasitəsilə əldə etdiyi taksi ilə Minsk şəhərinə gəlib. Taksi sürücüsü Ramin adlı şəxs olub. Aprelin 30-da isə Camal Həsənov Minsk-Bakı aviareysi ilə Bakıya qayıdıb.
Cinayət işinə əlavə edilmiş tələbnamə və məhkəmə hökmlərindən görünür ki, Həsənov Camal Tofiq oğlu 2017-ci il noyabrın 16-da Türkiyənin Bakırköy 6-cı Sülh Cəza Hakimliyi tərəfindən mütəşəkkil cinayətkar dəstəyə üzv şübhəsi ilə həbs edilərək “Maltepe 3NL†tipli qapalı cəza qurumuna yerləşdirilib. O, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.11.2021-ci il tarixli qərarı ilə cəzası 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
Camal Həsənovun üzərində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4 və 9.2.3-cü maddələrinə əsasən Həsənov Camal Tofiq oğluna təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılaraq, üzərində 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Xəbərin oxunma sayı : 1111
Kriminal
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






