Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şimali Koreyada koronavirusa əsir düşdü - 18 min yoluxma, 6 itki

Tarix 13.05.22, 10:22

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Koreyada COVID-19 virusunun səbəb olduğu xəstəlikdən ötən gün 6 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Bildirilir ki, təkcə ötən sutka ərzində 18 min nəfərdə qızdırma halı aşkarlanıb.

Hazırda virus səbəbindən təcrid edilən 187 min 800 nəfər müalicə olunur. Ötən sutka qeydə alınan 6 ölüm halından biri “omikron” ştamı ilə əlaqəlidir.

Qeyd edək ki, KCNA agentliyi Şimali Koreyada COVID-19 virusuna ilk yoluxmalar barədə mayın 12-də məlumat yayıb. Agentlik aprelin sonundan ölkədə qızdırmanın sürətlə yayıldığını, təxminən 350 min nəfərdə qızdırma əlamətlərinin müşahidə olunduğunu, indiyədək 162 min nəfərin müalicə aldığını bildirib.

Məsələ ilə əlaqədar Şimali Koreyanın lideri Kim Çen Inın rəhbərliyi ilə Koreya Fəhlə Partiyası siyasi bürosunun təcili iclası keçirilib. İclasda ölkənin virusla mübarizəsində fövqəladə hal elan edilib. Kim Çen In gözlənilməz böhranı dəf etmək üçün bütün şəhər və rayonlarda sərt qapanmaları tətbiq etməyi, ölkənin quru, su və hava sərhədlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsini tapşırıb.

Kim Çen In pandemiya dövründə ilk dəfə qoruyucu maska ilə görünüb.

Şimali Korya son günlərədək ölkədə COVID-19 virusuna yoluxmaların olmadığını bəyan edirdi. Rəsmi Pxenyan COVAX proqramı çərçivəsində peyvənddən də imtina edib.



Xəbərin oxunma sayı : 679




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap