“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Günün transfer xəbərləri: Fabreqas A Seriyasına qayıdır

Tarix 20.06.22, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. 

UOL saytı: "Real Valyadolid" Marselo və Dani Alvesi transfer etmək istəyir. Klubun səhmlərinin 51 faizinin sahibi və komandanın prezidenti Ronaldo yalnız heyətin ümumi səviyyəsini yaxşılaşdırmaq deyil, həm də kluba sponsorları cəlb etmək üçün keçmiş komanda yoldaşları ilə müqavilə imzalamaq istəyir".

Fabritsio Romano, insayder: "Sesk Fabreqas karyerasını İtaliyada davam etdirə bilər. "Sampdoriya" 35 yaşlı ispan futbolçunu transfer etmək üçün danışıqlar aparır".

Patrik Berger (Sport1): "Mario Götze "Ayntraxt Frankfurt"a keçməyə hazırdır".

Fabritsio Romano, insayder: "Rahim Sterlinq "Çelsi"nin əsas transfer hədəfidir. "Mançester Siti" ingilis futbolçu üçün təxminən 60 milyon avro almaq istəyir. "Çelsi" tezliklə "şəhərlilər"ə yeni təkliflə müraciət edəcək".

"Marca" nəşri: "Barselona"nın baş məşqçisi Usman Dembelenin gələcəyi ilə bağlı mövqeyini rəhbərliyə açıqlayıb. Xavi Kataloniya klubunun idarəçilərindən fransalı yarımmüdafiəçini komandada qalmağa razı salmaq üçün daha bir cəhd etməyi xahiş edib".

Canluka Di Martsio, insayder: "Çelsi" hücumçu Romelu Lukakunu "İnter"ə icarəyə vermək üçün 10 milyon avro+bonus qəbul etməyə hazırdır. Lukaku "İnter"də İngiltərə klubundakından az maaşa oynamağa razıdır".



Xəbərin oxunma sayı : 706




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap