Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Pakistan Azərbaycanla ticarəti genişləndirir: Qarabağdakı layihələrə də maraq var

Tarix 22.06.22, 21:18

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan Azərbaycana böyük həcmdə manqo, düyü və digər meyvə-tərəvəz ixrac etmək istəyir.

Bunu “Report”a İslamabad Sənaye və Ticarət Palatasının prezidenti Məhəmməd Şakel Munir deyib.

Onun sözlərinə görə, Pakistanın Azərbaycana böyük həcmdə manqo göndərmək potensialı var:

“Azərbaycana manqo ixrac etməkdə marağımız böyükdür. Burada bizim məhsula tələb var, hazırda manqonun Azərbaycana ixrac potensialını araşdırırıq. Bununla yanaşı, Pakistanın bir sıra meyvə-tərəvəzi var ki, Azərbaycana ixrac edə bilərik. İyunun 7-də Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu çərçivəsində Azərbaycan tərəfindən bir sıra şirkətlərlə müzakirələr aparılıb. Həmin müzakirələrdə Azərbaycan tərəfi Pakistan manqosuna maraq ifadə edib”.

M.Munir vurğulayıb ki, Pakistan həmçinin Azərbaycana düyü ixracını genişləndirmək istəyir:

“Azərbaycan bazarına Pakistan düyüsü ixrac edilir. Lakin biz daha böyük həcmdə göndərə bilərik. Pakistan düyüsü daha keyfiyyətlidir. Ümumiyyətlə, bu il Pakistanın Azərbaycana ixrac etdiyi düyünün həcmi artacaq”.

Palata rəsmisi vurğulayıb ki, biznes forumda Pakistandan Bakıya 50-dən çox şirkət gəlmişdi:

“Azərbaycanda çox məhsuldar görüşlər təşkil edilib. Pakistanın biznes imkanlarını Azərbaycanda təqdim etdik. Hesab edirəm ki, bu forum ikitərəfli əməkdaşlıq üçün yaxşı təcrübədir. Həmin şirkətlər İT, qida, turizm, tikinti sektorlarını təmsil edirdi. Ümumiyyətlə, Pakistan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Biz istəyirik ki, iqtisadi əlaqələrimiz daha da inkişaf etsin. Azərbaycan bazarında böyük potensial görürük”.

M.Munir deyib ki, görüşlər çərçivəsində turizm sahəsində ortaq layihələrin icrası müzakirə edilib:

“Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar həyata keçirilir. Bu isə turizm əlaqələrinin inkişafına töhfəsini verəcək. Azərbaycanda keçirilmiş görüşlərdə tikinti sektoru ilə bağlı müzakirələr aparılıb. Pakistan şirkətləri burada tikinti layihələrində iştirak etmək istəyirlər”.

O, azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin layihələr həyata keçirmək istədiklərini vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı 2 238-dir. Pakistan Azerbaycanın qeyri-neft sektoruna 4,2 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

Bu ilin yanvar-may aylarında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 12 milyon 889 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci illə müqayisədə 2,7 dəfə çoxdur.



Xəbərin oxunma sayı : 886




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap