| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib - FOTO/VİDEO
Tarix 23.06.22, 21:12 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz. Elə sizin səfəriniz ərəfəsində həm sizinlə, həm də Rusiya Federasiyasının Prezidenti ilə əvvəlki görüşlərimizi xatırlamışam. Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əlamətdar haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik.
Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır. Əlbəttə, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək.
Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək.
Müsbət məqamlar arasında Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun işinin intensivləşməsini qeyd etmək istərdim. Lap yaxın vaxtlarda Sankt-Peterburqda yeni görüş keçirilib. Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib. Düşünürəm ki, bütövlükdə vəziyyətin normallaşması üçün bizim konsepsiya çərçivəsində çox praktiki addımlar atmaq mümkün olacaq. Əlbəttə, Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiya Federasiyasının fəal səylərinə də ümid bəsləyirik.
Bir daha xoş gəlmisiniz. Vaxtınızı xoş keçirməyi arzu edirəm.
x x x
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edərək dedi:
- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.
İlk növbədə, Sizə Vladimir Putinin ən səmimi salamlarını və ən xoş arzularını çatdırmaq istəyirəm. O da Sizin səfərinizin yekunlarını və ikitərəfli münasibətlərimizin bütün aspektlərini, regional və beynəlxalq gündəliyə dair etimada əsaslanan söhbətlərimizi çox yüksək qiymətləndirir. Əlbəttə, səfərin əsas yekunu qəbul edilmiş sənəd – Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə oldu. Bütövlükdə, həmin sənəd bizim münasibətlərimizin yeni keyfiyyətini, bütün əvvəlki illər ərzində toplanmış müsbət təcrübəni təsbit etdi. Biz iki Prezidentin bu Bəyannaməni icra etmək, onu sektoral şəkildə həyata keçirmək, digər razılaşmaları artıq praktiki səviyyədə reallaşdırmaq barədə tapşırıqlarını yerinə yetirmək əzmindəyik.
Baş nazirlərin müavinləri səviyyəsində hökumətlərarası komissiya fəal işləyir. Sizin dediyiniz kimi, keçən il əmtəə dövriyyəsi rekord səviyyədə - təqribən 3,5 milyard dollar olub. Bu da son hədd deyil, həm hökumətlərimiz, həm də regionlar səviyyəsində yeni planlar var. 70-dən çox region Azərbaycanla əməkdaşlıqda iştirak edir. Mənə dedilər ki, təkcə bu il ərzində Udmurtiya, Başqırdıstan, Perm diyarı və əlbəttə, Azərbaycanla xüsusi münasibətləri olan Həştərxan vilayətinin nümayəndə heyətləri Sizin ölkəyə səfər ediblər.
Diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində də sanballı tədbirlər proqramı həyata keçirilir. İyirmidən çox müxtəlif tədbir planlaşdırılır, onların bir qismi artıq təşkil edilib, qalanları ilin sonunadək keçiriləcək. Bu tədbirlər bizim vətəndaşlar tərəfindən yaxşı qarşılanır. Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır. Əlbəttə, biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk, Siz də Prezident Putin ilə bu barədə danışmısınız.
Regional problemlərə gəldikdə, biz üç lider tərəfindən 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış üç sənədin reallaşmasına hər vasitə ilə kömək etməyə hazırıq. Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək. Ümidvaram ki, bu, tezliklə olacaq. Biz həm də başqa razılaşmalara uyğun olaraq Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq. Bu barədə konkret təkliflər var. Onları Sizinlə müzakirə etməyə şad olaram.
Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq. Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də “Xəzər beşliyi†– bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir. Düz bir həftədən sonra Aşqabadda “Xəzər beşliyiâ€nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik.
Dəvətə və ənənəvi qonaqpərvərliyə görə bir daha çox sağ olun. Sağ olun.
x x x
Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentinə salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Bu barədə AZƏRTAC məlumat verib.
Xəbərin oxunma sayı : 1162
Siyasət
Xəbərlər
-
Dünyanın ən yaraşıqlı futbolçuları – İlk onluqda kimlər var?
-
Magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir - Dumana görə
-
Selçuk Bayraktaroğlu Somalinin hərbi obyektlərində olub - VİDEO
-
15 yaşlı oğlan bacısını “TikTok“a görə bıçaqlayıb - Təfərrüat
-
“Nə müharibə, nə də sülh“ vəziyyətindən çıxmalıyıq“ - Pezeşkian
-
Azərbaycana 910 min ədəd tibbi maska idxal olunub - 2,3 qəpiyə
-
Türkiyədən Aİ-yə sərt tələblər - Xüsusi işçi qrup yaradıldı
-
Xocəsəndə təhlükəli vəziyyət: 10 min voltluq kabellər su içində - Fotolar
-
Slovakiya Aİ-nin Ukrayna üçün kreditinə qoşulmayacaq - Robert Fitso
-
“ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb“ - Qalibaf
-
Kombi işləyən evdə də dəm qazı öldürə bilər - ŞOK XƏBƏRDARLIQ
-
Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək - Bu tarxidə
-
Azərbaycanın hansı rayonlarında nə qədər əməkhaqqı verilir? - Tam siyahı
-
“İranın hücumu zamanı iki nəfər xəsarət alıb“ - Bəhreyn DİN
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək - Açıqlama
-
Azərbaycanda ən çox tələbəsi olan ölkələr - RƏQƏMLƏR
-
İranda 33 nəfər saxta spirtli içkidən zəhərlənib - Onlardan üçü ölüb
-
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - Sabahın havası
-
Astarada yol qəzası baş verib - Qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
-
“Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib“ - Qasım Qureyşi
-
Tədris Cərrahiyyə Klinikasında qalmaqal - Tibbi aparatlar işləmir, həkimlərin 5 aylıq maaşı verilmir
-
Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq - Video
-
Elçin Babayevin adı Ramiz Mehdiyevin gizli planında - ŞOK DETAL
-
Azərbaycanda avtomobil bazarında seçimlər dəyişir - Çin maşınları liderdir
-
Tramp Putin ilə fotosunu “Mənim dostum” başlığı ilə paylaşıb - FOTO
-
Respirator viruslar yayılır: Həkimdən əhaliyə xəbərdarlıq (VİDEO)
-
Abort zamanı vəfat edən Yeganə həkimin qurbanı olub? - Video
-
Tramp xəbərdarlıq etdi: “ABŞ müflisləşə bilər“
-
Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə
-
“Yaşıl Bağlar“ın hesabları donduruldu - 639 min manatlıq borc mübahisəsi
-
Meksikada mafiya babası tutuldu – ABŞ başına 5 milyon qoymuşdu
-
Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
-
İranda güclü zəlzələ oldu - Naxçıvanda da hiss edildi
-
MTK sakinlərin aylıq ödənişlərini mənimsəyir? - VİDEO
-
Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar - Tovuzda xəstələr şikayətçidirlər
-
Prezident və xanımını belə yola saldılar - VİDEO
-
Ermənistanın yeni Konstitusiya layihəsi 23 noyabrda dərc ediləcək - Paşinyan
-
10 məktəbə yeni direktor təyin olundu - SİYAHI
-
Quba almasının gələcəyi sual altındadır - Fermerlər ziyana düşür
-
Sərvətinin 90%-ni itirdi - Artıq milyarder deyil
-
Prezidentlər Birgə Bəyanatı qəbul etdi - Bu istiqamətləri barədə razılığa gəliblər
-
Deputatdan nazirliklərə xəbərdarlıq: “Parlamentdə adlarını çəkəcəyəm“
-
Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
-
Söküntülər, tələbə axını və bahalı mənzillər - Bakıda kirayə haqqı niyə artır?
-
"Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam" - İlham Əliyev
-
Britaniya yenidən Avropa İttifaqına qayıda bilər - Baş nazirin planı
-
“Sabah rəsmi olaraq TRIPP layihəsinin başladığını elan edəcəyik” - Paşinyan
-
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - FOTO
-
TƏBİB yoxlama aparmışdı - Şöbə müdiri işdən çıxarıldı
-
“Vyetnama Vətən müharibəsi dövründəkii dəstəyə görə minnətdarıq“ - İlham Əliyev
-
Buğda istehsalında məhsuldarlıq necə artırılacaq? - Palata rəsmisindən açıqlama
-
“Milad bayramına qədər Ukrayna və Rusiya arasında atəşkəs əldə oluna bilər” - Melaniya Tramp
-
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır - Prezident
-
20 manatlıq “Hadi İnşaat“a daha bir tender: Bu dəfə Ağcabədidə yarım milyonluq yol təmiri
-
Almaniyalı nazir Bakının şərtini dəstəklədi - Ermənistan Konstitusiyası dəyişdirilməlidir
-
Prezident və xanımının şərəfinə rəsmi nahar verilib - Fotolar
-
Berlində gizli danışıqlar: ABŞ və İran arasında vasitəçilik hələlik nəticə vermir
-
“Yorğun halda sükan arxasına əyləşməyin” - Yol polisindən sürücülərə müraciət
-
Abbaszadə BDU-da kadr dəyişikliyinə başladı - Nərmin Heydərli vəzifəsindən azad edilidi
-
Tikinti sektorunda geriləmə - Mənzil bazarını nə gözləyir?
-
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib - Nələr müzakirə olunub?
-
“Böyük bosslar dünyanın taleyini həll edə bilməz” - Zelenski
-
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - Polis saxladı
-
Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış - DİN görüntülərini yaydı - Video
-
Beyləqanda aqrar sahənin inkişafı ilə bağlı növbəti monitorinq keçirildi - Fotolar
-
İsa Qəmbərin Almaniyaya səfərinə icazə verilmədi - Hava limanından geri qaytarıldı
-
“Azərbaycanı daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik“ - To Lam
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - SİYAHI
-
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - Fotolar
-
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
-
Məni öldürmək istəyirlərsə, demək, İranın vəziyyəti həqiqətən pisdir - Bessent
-
Badamdarda sürüşmə, evin həyəti ikiyə ayrıldı - VİDEO
-
Azərbaycan və NATO rəsmiləri görüşdü - Nələr müzakirə olundu?
-
“Moskvaya getməkdən imtina etməməliyik” - Müdafiə nazirindən gözlənilməz açıqlama
-
Qan təzyiqi dərmanları tibbi sığorta ilə qarşılanacaq - VİDEO
-
Avtomobil almaq istəyənlərə əlavə xərc: Gömrük rüsumu bazara necə təsir edir?
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
-
Zabrat qəsəbəsində səki keçilməz vəziyyətdədir - VİDEO
-
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
-
“Hazır olun, son döyüşə giririk” - SEPAH-dan sərt xəbərdarlıq
-
Azərbaycan Prezidentinin Hanoyda rəsmi qarşılanma mərasimi oldu - VİDEO
-
Yeni Azərbaycan Partiyası – zəngin və şərəfli Zəfər yoludur
-
Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası
-
“Tünzalə keçmişini unudandır“ - Elza Seyidcahan
-
“Şərur İnşaat“ın binasında lift problemi: Pul verməyən sakinlər liftə buraxılmır
-
Aİ-nin yeddi illik büdcəsi 40 milyard avro azaldıla bilər - “Politico”
-
Pambıq yığımı kəskin azaldı: Məhsulun üçdə biri hələ də sahələrdədir
-
Şimali Kiprdə saxlanılan 3 azərbaycanlıya qarşı ittiham ağırlaşdırıldı - TƏFƏRRÜAT
-
“Bu yarışda qalib gələn hər şeyə sahib olacaq“ - Tramp
-
Abşeronda ağaclar kəsilir, kanalizasiya küçəyə axır - İcra Hakimiyyətindən ŞİKAYƏT
-
Hansı rayonlarda qoyun və keçilərin sayı nə qədər artıb? - SİYAHI
-
Yeni Azərbaycan Partiyası ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatıdır
-
Milyonlar xərclənib, amma biri də işləmir: Bakıda elektromobil sahiblərinin “rozetka” dərdi
-
Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır - 2 MİLYON MANAT!
-
Hansı rayonlarda insanlar kafe-restoranlarda nə qədər pul xərcləyib? - Tam siyahı
-
Bazarda qiymətlər “əl yandırır”: soğan 3 dəfə, xiyar isə 2 dəfə bahalaşdı
-
“Aqrar Sığorta” 9 aylıq maliyyə göstəricilərini gizlədir - İLGİNC
-
Putin səhvən Polşaya dronlar və bir neçə raket göndərib - Tramp
-
Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Azərbaycanda ən yüksək və ən aşağı pensiya hansı rayonlarda verilir? - Siyahı
-
Prezidentin Vyetnama səfərindən görüntülər paylaşıldı - VİDEO
-
Bakıda kişi siqaretə görə arvad-uşağını döydü - TƏFƏRRÜAT
-
İŞİD-ə qoşulan azərbaycanlılar mağara düşərgəsində ələ keçirildi - DTX-dən xüsusi əməliyyat
-
Avropanın ən borclu ölkələri açıqlanıb - Yunanıstan və İtaliya liderdir
-
Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
-
Yeni marşrut xətti açılır - 4 avtobus 15 dəqiqə intervalla işləyəcək
-
AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir - “İki aydan çoxdur ki...“
-
Əhalinin sayı artdı, doğum və nikah göstəriciləri gerilədi - STATİSTİKA
-
İcra başçısının şikayəti təmin edildi – Kəndli cərimələndi
-
Milyonluq borc mübahisəsi: “TVM İnşaat“ın hesabları donduruldu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Nədə ttiham olunur?
-
“Nar ağaclarını kəsib yerində restoran tikirlər” - VİDEO
-
Xaricdən Azərbaycana tonlarla heyvan qaraciyəri gətirilib - Kiloqramı 3,9 manata
-
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO
-
Baş prokuror Binəqədidə vətəndaş qəbulu keçirdi - FOTO
-
Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb - TƏFƏRRÜAT
-
Nərimanov icra hakimiyyəti parkın ərazisini “MADO” restoranına satıb? - VİDEO/FOTO
-
“İS.M.M“ MMC daha bir tender qazandı - Bərdədən sonra Şabrandan 445 min manatlıq sifariş
-
Azərbaycanda tarixi abidələrin siyahısı dəyişdirildi - Yeni abidələr əlavə olundu
TOP 10
ARXİV






