“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Əsirlikdən azad edilən “Azov”un 5 zabiti Ukraynaya qayıtmır - Türkiyədə qalacaqlar

Tarix 22.09.22, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 21-də dəyişdirilən beş döyüş komandiri müharibə bitənə qədər Ukraynaya qayıtmayacaq.

UNIAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
“200 əsgərdən əlavə, daha beş döyüş komandirini geri qaytardıq. Bunlar beş superqəhrəmandır. Onların müqabilində nə rəhm etməyə, nə rəğbətə, nə də heç bir sözə layiq olmayanlardan 55-ni verdik” – Zelenski deyib.
O bildirib ki, Ukrayna Türkiyə ilə azad edilmiş komandirlərin müharibənin sonuna qədər Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsində qalması ilə bağlı razılığa gəlib:
"Bu barədə prezident Ərdoğanla danışdım ki, əsirlikdən azad edilən 5 komandirimiz tam təhlükəsiz şəraitdə, rahat şəraitdə və Türkiyə prezidentinin şəxsi himayəsində olacaqlar. Hələlik, müharibənin sonuna qədər. Lakin biz onların ailələrinə onları görmək imkanı verəcəyik”.
Sözügedən hərbçilər bunlardır:
Denis "Radis" Prokopenko, "Azov"un komandiri;
Svatoslav "Kaline" Ponomar, "Azov" komandirinin müavini;
Oleq Xomenko, “Azov”un baş zabiti;
36-cı dəniz piyada briqadasının komandiri Sergey "Volın" Volınski;
Denis Şleqe, Novosibirsk Dövlət Universitetinin 12-ci briqadasının komandiri.

Qeyd edək ki, sentyabrın 21-də Ukrayna Rusiya əsirliyindən 215 nəfəri geri qaytarıb. Prezident Aparatı bildirib ki, Ukraynanın 200 müdafiəçisi  xalq deputatı, “Ömürlük Müxalifət Platforması”nın liderlərindən biri və Rusiya prezidenti Vladimir Putinin qohumu Viktor Medvedçuka dəyişdirilib.



Xəbərin oxunma sayı : 727




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap