Röyanın makiyajsız halı - VİDEO “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı “Məndən sonra hamı getdi ...“ - Pərvin Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

  • / Maqazin / — 22 Avqust 2023

    “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı

  • / Maqazin / — 21 Avqust 2023

    “Məndən sonra hamı getdi ...“ - Pərvin

  • / Maqazin / — 13 Avqust 2023

    Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO

  • / Maqazin / — 04 Avqust 2023

    Nigar Camal hovuz görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 26 İyul 2023

    “Müğənnilikdən yox, biznesdən qazanıram“ - Natavan

Azərbaycanda 50 min manat qadağası: cinayət məsuliyyəti gəlir

Tarix 22.09.22, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizə gücləndirilir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitinin köçürülməsini təşkil etmiş fiziki şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.

Qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusi külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub. Layihədə Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeyd hissəsinə müvafiq dəyişikliklər etməklə bu əməllərin törədilməsini xeyli, külli və xüsusilə külli miqdarının məbləği müəyyən edilir. Eyni zamanda, Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən 206-1 maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslər barəsində cinayət–hüquqi tədbirlərin tətbiq edilməsi təklif edilir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub./apa



Xəbərin oxunma sayı : 502

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap