| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“İcra başçılarının 70 faizini içəri basmaq lazımdır” - Baba Vəziroğlu
Tarix 01.12.22, 18:19 |
|
“Əbülfəs Qarayev deyirdi ki, gətirin görək, kimə “Xalq artisti†adı vermək lazımdırâ€.
Bu sözləri əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Modern.az-a müsahibəsi zamanı deyib.
Müsahibəni təqdim edirik:
- Baba müəllim, söhbətimizə bir müddət əvvəl gündəmi qaynadan məsələnin müzakirəsilə başlamaq istərdik. Yazıçılar Birliyinin XIII qurultayının bu cür keçiriləcəyi sizin üçün gözlənilən idi?
- Məşhur bir fraza var: “Mən birinci dəfədir ərə getmirəm kiâ€. Yazıçılar Birliyinin xeyli qurultaylarında olmuşam. Mən əsgərlikdən gəldim, ovaxtkı sədr, rəhmətlik İmran Qasımov məni işə götürdü. İmran Qasımov Yazıçılar Birliyi tarixində ən demokratik, cavanlara yol açan bir sədr idi. Yazıçılar İttifaqını da cavanlaşdıran məhz İmran Qasımov idi. Budəfəki qurultay da nizamnaməyə əsasən normal keçirilən bir qurultay oldu. Hərənin ağzından bir avaz çıxmasına baxmayaraq, yekun qərar bir olur. Əsas məsələ də təşkilati məsələlər idi.
- Bəs nə üçün şairlər və yazıçılar Anara alternativ görmürlər? Bunun səbəbi cəmiyyəti də çox maraqlandırır.
- Şəxsən mən də Anara alternativ görmürəm. Çünki Anar keşməkeşlərdən, dalğalı-burulğanlı bir dövrdən Yazıçılar Birliyini bu günə kimi gətiribsə, deməli, ona yenidən sükan əmanət etmək olar. Dövlət necə ki 1990-cı illərin əvvəlində naşı adamların əlinə düşmüşdü, Yazıçılar Birliyini də o aqibət gözləsəydi, bu gün o ittifaq olmazdı. Anar Yazıçılar Birliyini dağılmağa qoymadı. Anar 35 il ərzində bizim göstərdiyimiz inamı doğrultdu. Qurultaydan sonra bir-iki nəfər fərqli fikirlər söyləyirdi. Amma qurultayda iştirak edən 430 nəfərdən 428-i əl qaldırmışdı ki, Anar sədr olsun. Səsvermədən sonra iki gənc etiraz etdi. Bir sözlə, toydan sonra nağaraya ehtiyac yoxdur. Nizamnamədə olduğu kimi namizədliklərini irəli sürməliydilər. Buna da cürət etmədilər, bildilər ki, səs toplamayacaqlar. Amma cavandırlar da, səs-küy salmaqları normaldır, biz də cavan olanda o qədər səs salmışıq. Bütöv prosesin üzərinə kölgə salmaq isə ədalətsizlikdir. Ola bilsin ki, səsverənlərin hamısının ürəyində Anar yoxdur.
- Yazıçılar Birliyinə ayrılan 203 min manatın hesabatının verilməməsindən dolayı ittihamlar səsləndi. Amma hələ də hesabat verilməyib...
- Yazıçılar Birliyi Maliyyə Nazirliyinin müvafiq şöbələrinə hesabat verməyə borcludur. Cəmiyyətə açıqlama vermək isə könüllü şəkildə olmalıdır. Mən bir az da zarafatla demişdim ki, indiki dövrdə 203 min nədir ki... Hətta deyirəm ki, 203 minlə girirəm marketə, çıxanda cibimdə qəpik də qalmır. Hər zarafatda da həqiqət var. Yəni bu nə qədər böyük vəsait idi ki həmin tədbir üçün? Hələ mənə elə gəlir ki, 203 min manat vəsait bəs etməyib, əlavə olaraq Anarın, Çingizin dostları xeyriyyəçilik ediblər. Bu gün normal mehmanxana qiymətləri çox bahadır, icarə haqları od qiymətinədir. Deyirlər ki, tədbirdə gül kimə lazımdır? Tədbir keçirirsənsə, gül də lazımdır, xadimə də lazımdır, mühafizəçi də lazımdır. Biz sovet dönəminin pis adətlərindən ayrıla bilmirik, 30 ildir kapitalizmdə yaşayırıq, sovet stereotiplərindən hələ aralanmamışıq. O dövrdə sovetlər birliyi belə tədbirlər üçün kisəsinin ağzını bağlamırdı. Bilirdilər ki, incəsənət ideologiyanın əsas flaqman sahəsidir. Dünya ölkələrində isə ümumiyyətlə bu cür qurultaylar keçirilmir.
- Düşünürsünüz ki, hazırda Yazıçılar Birliyində hər şey mükəmməldir, islahatlara ehtiyac yoxdur?
- İslahatlar deyərkən gözümdə hansısa yol xəritəsi canlanmır. İslahat aparmaq odur ki, velosipedi təzədən icad edəsən, Amerikanı yenidən kəşf edəsən. Yazıçılar Birliyi, adından göründüyü kimi, yazıçıların bir ocağıdır, dərdlərini, sevinclərini bölüşdükləri məkandır. Orada nə islahat ola bilər? Yazıçılar İttifaqının hazırkı vəziyyəti çox dəhşətlidir. İmam üçün ağlayanda, bir dəfə də yezid üçün ağlamaq lazımdır. Yazıçılar İttifaqının jurnalları satılmır, “Ulduz†jurnalının milyondan çox tirajı olurdu, hətta erməni dilində olan jurnal da oxunurdu. Bunlar da gəlir gətirirdi, dövlətin hər cür vasitəsi var idi, nəzarət edirdi ki, o jurnallar yaşasın. İndi jurnallar ən çox 500 tirajdan ibarət olur. Ona görə hər şey mükəmməldir demək olmaz.
- Bəstəkar kimi Kəmaləddin Heydərovla (fövqəladə hallar naziri - red.) əvvəllər işbirliyiniz olub. Hazırda bu işbirliyinizdə bir durğunluq hiss olunur. Hansısa mahnı, əsər üzərində işləyirsinizmi?
- Kamalla dostluğumuz çox qədimdir, amma yaradıcılıqla birgə fəaliyyətimiz 30 ildən çoxdur. Mənim oğlumun adı da Kamaldır. Əmisi, bəstəkar Kamal qoyub adını. 100-ə yaxın mahnı yazmışıq, hamısı da dillər əzbəri olub. Kamal Ələkbər Tağıyev, İbrahim Topçubaşov kimi professional musiqi təhsili olmayan sənətkarlardandır. Musiqi qabiliyyəti olan istedadlı insandır. İxtisası geoloq və hüquqşünaslıqdır. Amma ürəyi nəğməli ürəkdir. Kamalın dəst-xətti həmişə seçilir. Bir fakt deyim ki, Heydər Əliyev haqqında minlərlə mahnı yazılıb, amma onun ümummilli lider haqqında yazdığı mahnı himnə çevrildi. YAP “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək†mahnısını himn olaraq qəbul etdi. Bu, fitri istedaddır, birdən gecə saat ikidə məni yığır ki, bəs nə iş görürsən? Demirəm ki, bu vaxt yatarlar. Amma Kamal deyir ki, dur gəl, bir melodiya yaranıb.
Bizim mahnılarımız uzun zamanda yaranmır, qısa vaxt ərzində ərsəyə gəlir. Heydər Əliyevə ithaf etdiyimiz mahnı bir gecənin içərisində yaranıb, amma illərdir ki, içimizdə yetişib. Mən dəfələrlə ulu öndərlə səfərlərdə olmuşam. Səfərə çıxanda özüylə bir neçə yazıçı, bəstəkar götürürdü. Onun dövlət məmurları ilə işi yox idi, onlarla yaxınlıq etməzdi. Heydər Əliyev səfərlərə gedəndə qatarı üç vaqondan ibarət olurdu. Birində özü olurdu, birində üç-dörd nəfər sənətkar, birində isə nazirlər gedirdi. Nazirlərin vaqonu sıxlıq olurdu, buna baxmayaraq, onlardan heç birini bizim boş vaqona keçirmirdi. Sözümün canı odur ki, sənətkara dəyər verirdi. Heydər Əliyevin sağlığında ona həsr etdiyimiz mahnı çox səsləndirilmirdi, bu da onun öz istəyi idi. Biz onu itirəndən sonra mahnı ikinci həyatını yaşadı. Kamalla sonuncu mahnımız “Cənab Ali Baş Komandan†mahnısı Mirələm Mirələmovun ifasında zəfərimizə, Ali Baş Komandana həsr olunub. İndi isə yeni mahnılar üzərində işləyirik. Leyla Əliyevanın da yazdığı sözləri mahnıya çeviririk. Yenidən “Səndən Nigaranamâ€, “Xatirədir†stilində melodiyalara qayıdırıq. Xalq o mahnıları sevdi, indi də ardını istəyir.
- Hətta deyirlər ki, bəstəkar Kamalla o qədər yaxın olmusunuz ki, sizə ev də hədiyyə edib...
- Evi Prezident hədiyyə edir. Sağ olsun, Prezident sayılıb-seçilən sənətkarların əziyyətini dəyərləndirir.
- Maraqlıdır, bəstələriniz, şeirləriniz arasında ən baha qiymətə satdığınız hansı olub?
- Sovet vaxtında dəqiq qiymətlər var idi, bütün pullar poçtla gəlirdi. İndiki dövrdə də mən heç kimlə pul danışmıram. Hələ bir müğənni deyə bilməz ki, Baba müəllimə bir manat vermişəm. O hissəni ancaq bəstəkar edir. Mən hələ özümü o səviyyəyə endirməmişəm, söz adamı alver etməz. Müstəqillik illərində bəzi dəyərlər, kriteriyalar yox oldu, mahnı satışı bazar müstəvisinə çıxdı. İndi eşitdiklərimə görə, 10 manata da mahnı yazırlar. Mənim ən qiymətli mahnım 100 min manat olub.
- Baba müəllim, Azərbaycanda fəaliyyət göstərən mədəniyyət işçiləri, şairlər, bəstəkarlar, müğənnilər və digərləri qədər fəxri adlara meyilli olan başqa ölkələrdə sənətçilər yoxdur. Bununla bağlı fikirləriniz maraqlıdır...
- Biz hələ sovet dövründəki ənənələrdən ayrılmamışıq. Bu məsələ də onun bir parçasıdır, qanımızda, canımızda gedir. Ölkədə buna ehtiyac varsa, dövlət imtina etmir. Hamı istəyir ki, ad alsın, təqaüd alsın. Bu, dövlətin “çox sağ olâ€udur. Dövlət hər bəstəkara, yazıçıya “çox sağ ol†deyə-deyə gəzməyəcək ki... Niyə hər şeyi yenisini yaratmadan məhv etməliyik? Ən yaxşı təzə - unudulmuş yaxşı keçmişdir. Dövlət mənə “Əməkdar incəsənət xadimi†adı verib, 120 manat da təqaüd alıram. Bu, normal bir şeydir, dövlətin “sağ olâ€udur. Kimsə desə ki, fərqlənmə sahəsində yenilik yaradaq, bunu düşünmək olar.
- Bir az da gündəmdən danışaq. Azərbaycan məmurlarının rüşvətxorluq, korrupsiya girdabına yuvarlanması məsələsi, demək olar ki, ilin bütün günlərində aktualdır. Bu ölkənin ziyalı vətəndaşı olaraq, sizcə, məmurları rüşvətə sürükləyən səbəblər nələrdir?
- Azərbaycanda icra başçılarının 70%-ni dəyişmək lazımdır. Dəyişmək də yox, içəri basmaq lazımdır. İndi icra başçısı vəzifəsində çalışanların tutulanlardan heç bir fərqi yoxdur. Yevlaxın icra başçısı saxlanılıbsa, ətraf rayonların da başçıları saxlanılmalıdırlar. Çünki rayonlar dəhşətli vəziyyətdədir. Rayonlara Ramiz Mehdiyevin köhnə kadrları başçılıq edirlər. Bir-ikisi istisna olmaqla, hamısı quldur, millətə zülm edənlərdir. Bir neçə gün əvvəl ali bir məclisdə dedim ki, araşdırmısınız, bu qədər qazi niyə intihar edir? İcra başçıları otururlar kresloda, telefonla məşğuldurlar, heç bir işləri yoxdur. Hər şeyi professional şəkildə relsə qoyublar, pul özbaşına ciblərinə axır. Telefonda boş-boş işlərlə məşğuldurlar, yeyib-içirlər. İcra hakimiyyətinin qarşısında sözünü demək istəyən qazini qəbul etmək nə çətin işdir?! O başçının köməyi gözünə girsin, təpəsinə dəysin. O qazi dinlənilmək istəyir, təsəlliedici söz demək çətin deyil. Cibinə yığdığın rüşvətdən hələlik bir az ver ki, dərdinə çarə tapsın, həm də Allaha xoş getsin. O qazinin puludur da, yeyib, talayıb oturmusan orada, qudurğanlıq edib niyə qəbul etmirsən? Qazinin psixoloji problemi var deyirlər, ay alçaq, psixoloji problemi var, göndər, müalicə alsın. İcra başçısı o bölgədə Prezidentin səlahiyyətli nümayəndəsidir. Bu boyda məmləkətin Prezidenti balaca uşağın qarşısında əyilir, söhbət edir. Sən niyə özünü darta-darta yeriyirsən? Onları görəndə məcbur qalıb əl verirəm, bilirəm ki, onların əlləri çirklidir, günaha batıb, qazi qanına batıb. Şəxsən tanıdıqlarım var, İsmayıllının, Biləsuvarın və bir neçə rayonun cavan, savadlı başçıları bütün gün vətəndaşların içindədirlər, onlara yardım edirlər.
Prezidentə bir siqnal çatmasa, heç bir qurum barmağını barmağının üstünə qoymur. Gərək deyilsin ki, millət fəryad edir, gedin görün nə olub. Məsələ o qədər böyüyür ki, Prezident reaksiya verir. Qurumları, nazirləri yaxşı tanıyıram, hamının üzü Prezident Aparatına tərəfdir. Heç bir təşəbbüskarlıq yoxdur, Prezident filan yerə gedəcək xəbəri yayılır, bağ salırlar, yol çəkirlər. Aparata deyilən “baş üstəâ€nin də çoxu yalandandır, telefonu yerə qoyan kimi deyir ki, “süz, içəkâ€. Avropada olsaydım, ad da çəkərdim ki, filan rayonun başçısı telefonu yerə qoyan kimi belə deyir.
- Baba müəllim, Mədəniyyət Nazirliyinin bu sahədə gördüyü işləri necə qiymətləndirirsiniz?
- Mədəniyyət Nazirliyinin ən qara dövrü Əbülfəs Qarayevin vaxtında olub. Nazirlik bir həsirdir, bir Məmmədnəsir. Anar Kərimovu tanımırdım, kənar sahədən gəlib. Bir çox tədbirlərdə və Şuşada görüşmüşük, çox işgüzar adama oxşayır. Mədəniyyət sahəsi çətin, ziddiyyətli bir sahədir, bunu qısa müddət ərzində relsə qoymaq mümkün deyil. Görüləcək işlər var, ona görə gözləyirəm. Əbülfəs Qarayev bilmirdi ki, Yazıçılar Birliyi, Kinematoqrafçılar İttifaqı var, yoxsa yox. Deyirdi, “gətirin görək, kimə “Xalq artisti†adı vermək lazımdırâ€, adam “böyük†deyildisə, “buna “Əməkdar artist†adı verək†deyirdi. Anar Kərimovdan mütərəqqi addımlar gözləyirik. Əbülfəs heç adam da saymırdı, gərək gedib qarşısında təzim edərdin, mənimlə də arası bu təzim məsələsinə görə dəymişdi. Mirzə Babayev rəhmətə gedən vaxt bir neçə şəxslə teatrın qarşısında durub söhbət edirdik. Bir maşın gəldi, Əbülfəs Qarayev düşdü maşından, məmurlara xas olan xüsusiyyətdə ətrafa boylandı. Yanımdakı şəxslər düşdülər, əl verib görüşdülər, mən isə əyilib salam vermədiyim üçün nifrətlə baxıb keçdi. O gündən sonra mənimlə düşmən oldu. Əvvəllər guya dost idi, çevrildi düşmənə. Mən xalqın şairiyəmsə, xalqın xidmətçisi gəlib mənimlə görüşməlidir. Əbülfəsin məkrli sifətindən sonra belə gülərüz adam mənə xoş gəlir (gülür). İndiki proseslər də köhnədən qalan zibillərdir, ortaya çıxır, aşkar olunur.
- İnsanların əksəriyyəti deyir ki, getdikcə yaşamaq çətinləşir. Sizcə, bu gün bir şairin normal dolanışığı üçün normal gəliri varmı? Baba Vəziroğlu dolana bilirmi?
- Bir söz var, deyirlər, ürəyin düz olsun, Allah ruzini verəcək. Çox düz sözdür. Amma təəssüf edirəm ki, qələm dostlarım yaxşı dolanmırlar. Hətta bəzilərinin bir tikə çörəyə ehtiyacı var. Söylü deyirdi, “ona qələm demə, çörək ağacı deâ€. Qələm artıq çörək ağacı deyil. Moşu gic-gic şeirlər yazırdı, amma gedib bağda istirahət edirdi. Yazıçılar həmişə yaxşı dolanıblar, mən özüm də Yazıçılar Birliyinin xətti ilə bütün dünyanı dolanmışam. Yardım olsa da, hər kəsə çatmır. Azərbaycan xalqı yazan xalqdır. Amma boynubükük bir yazıçı görəndə mənim ürəyim ağrıyır, yaxşı yaşayanlar çox azdır. Mən həmişə Allahıma şükür edirəm, həmişə ruzimi yetirir. Mən də quldur bir icra başçısı olardım, ancaq boynubükük qələm sahiblərinə kömək edərdim. Dünyanın ən quldur və ən kasıb icra başçısı olardım.
Xəbərin oxunma sayı : 805
Müsahibə
Xəbərlər
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
-
Biz cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
-
Xalq artistindən Təranə Qumralın qızına tərif: “Nəhayət!” - VİDEO
-
Azərbaycanlı turistlər hansı ölkədə nə qədər pul xərcləyiblər? - SİYAHI
-
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR
-
Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?
-
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
-
ABŞ-ın təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi: Böyük layihə donduruldu
-
Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışı olub - Fotolar
-
Turizm sahəsində ən yaxşı ölkələr hansılardır? - 110 ölkənin siyahısı
-
Azərbaycanda nadir xəstəliklərin dərmanı tapılmır - Nazir müavini səbəbi açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
Zəfər Günü Bakının bu küçələrində məhdudiyyət olacaq - SİYAHI
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
-
Prezident və xanımı Cəbrayıl rayonunun Soltanlı kəndində açılışda iştirak ediblər - FOTO
-
Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq - Səbəbi açıqlandı
-
“Azərbaycanda inflyasiya nəzarətdədir“ - Sahil Babayev
-
24 il sonra həbs edildi - Baş Prokurorluq və DİN məlumat yaydı
-
Paytaxtda 37 milyon manatlıq torpaq - Onun alıcısı kimdir?
-
Məktəblərdə adambaşına maliyyələşmə başlayır - Nazir AÇIQLADI
-
Yas mərasimindəki mübahisə qanlı sonluqla bitdi – Məhkəmənin hökmü
-
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq – Səbəbi açıqlandı
-
Vergi borcuna görə cərimələr azalır? - Yeni mexanizm təklif edilir
-
“Azərbaycan televiziya və radiosu müasir dövrün tələblərinə uyğun inkişaf edir“ - Hikmət Hacıyev
-
DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konfrans - Fotolar
-
Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik təklifi - Ödəniş alınmasın
-
AFFA “Mingəçevir“i cərimələdi - Texniki məğlubiyyət verildi
-
“Yaxın gələcəkdə Türkiyə ilə diplomatik münasibətlər qurulacaq” - Paşinyan
-
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib - VİDEO
-
Faiz xərcləri azalan banklar: “Xalq Bank” və “Kapital Bank”
-
Tikinti zamanı ayağı sınan fəhlə “Avrasiya“ MTK-dan şikayətçidir - VİDEO
-
Alman ordusunda Ukrayna sensasiyası: generalla bağlı gözlənilməz qərar!
-
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
-
Tanınmış xanəndənin əri həbs olundu - Narkotik ittihamı
-
Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
-
Xəbəri olmadan adına şirkət açıldı - 634 min manat vergi borcu yarandı - VİDEO
-
Türkiyədə keçmiş nazir həbs edildi: 2,2 milyardlıq birja əməliyyatı
-
“Omid”in rəhbəri həbs edildi - Rəhman Məmmədov nədə ittiham edilir?
-
Fatmayıda fərdi yaşayış evində partlayış oldu: 2 nəfər xəsarət aldı
-
Basqalda bankomat, ödəniş terminalı və aptek yoxdur - VİDEO
-
Azərbaycanda satıcısız mağaza açıldı - VİDEO
-
Azərbaycanda bu şəxslərə də məcburi köçkün statusu veriləcək - Dəyişiklik
-
İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi
-
Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası - DETALLAR
-
7 noyabrla bağlı xəbərdarlıq - Təhlükəli gün YAXINLAŞIR
-
Gədəbəyin icra başçısı “Gəncə təndiri“ni ziyarət etdi, tənqid olundu - FOTOLAR
-
Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov DİN-də xidmət etmək istəyənlər üçün növbəti sıra baxışı keçirdi - VİDEO
-
Bu ölkədə kişi qıtlığı yaranıb - 3800 avro maaş təkif edirlər
-
SOCAR ABŞ şirkətindən 1,65 milyardlıq pay aldı - Əsas səhmdarı Tramp tərəfdarıdır
-
Azərbaycanda yeni aqropark yaradılır: Yarım milyon manat ayrıldı
-
“Novruzlu AF“ öhdəlikləri yerinə yetirmədi, “qara siyahı“ya salındı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır?
-
İran Ermənistana xəbərdarlıq edib - “Tramp marşrutu” ilə bağlı
-
Sərnişinlərə ŞAD XƏBƏR: Metroda daha bir YENİLİK
-
ABŞ yardımı artsa, Putin geri çəkilə bilər - Zelenski
TOP 10
ARXİV






