![]() |
|














Evli kişi qonşu qadınla əlaqə qurdu, onunla evlənmək istəməyəndə... – ŞOK OLAY
Tarix 30.05.23, 23:12 |
|

Gəncə şəhərində 1990-cı il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Aqil evinin qarşısında olan zaman qonşusu, əvvəllər qeyri rəsmi ər-arvad münasibətində olduğu Ləmanın öz yaşadığı evdə mobil telefonla uca səslə danışıb, onun ünvanına nalayiq sözlər işlətdiyini eşidib. O, hansı səbəbdən söyüldüyünü aydınlaşdırmaq məqəsdi ilə Ləmanın yaşadığı evə gedib.
Ləman ona yaxşı edib söydüyünü deyib. Mübahisə zamanı Aqil Ləmanın qarın nahiyəsinə iki bıçaq zərbəsi vurub.
Aqilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil bildirib ki, Ləmanla qonşuluqda yaşayıb, hadisədən təxminən 8-9 ay əvvəl onunla yaxın münasibəti olub: “Dəfələrlə onun yaşadığı evdə və Gəncə şəhəri ərazisində görüşmüşük, cinsi əlaqədə olmuşuq. Qeyri-rəsmi ər-arvad münasibətində olduğumuz müddətdə bir neçə dəfə mübahisələrimiz də düşüb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisədən təxminən 15 gün əvvəl mübahisələri olubvə Ləman ondan polisə şikayət edib: “Bundan sonra münasibətlərimiz pozuldu. Ləmanın anası Sevil də qızına görə mənimlə mübahisə etdi. Ona bildirdim ki, Ləmana aldığım mobil telefonu qaytarsın. Sevil də bizi üzləşdirmək üçün evinə cağırdı. Aramızda olan münasibəti Sevilə danışdım və telefonu istəmədiyimi dedim”.
Aqilin sözlərinə görə, səhəri gün Ləman onu küçəyə çağırıb: “Ləman arvadımın yanında məni nalayiq söyüşlərlə təhqir etdi və intim münasibətimizi küçədə yüksək səslə dedi. Ləmanı sakitləşdirdim və evlərinə yola saldım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 9 radələrində evinin qarşısında, yəni küçədə Ləmanın evinin pəncərəsi baxan hissədə tərəfdə oturaraq siqaret çəkib: “Bu zaman Ləman evinin küçə tərəf pəncərəsini açdı, telefonla danışaraq barəmdə “gördünmü onu nə günə saldım, hələ arvadına da sözümü deyəcəm, Aqil kişi deyil, peysərdi, gör onun başına nə oyunlar açacam” kimi sözlər dediyini eşitdim.
Bu sözlərdən əsəbləşdim və evin arxa hissəsinə keçdim. Hasardan aşaraq həyətə düşdüm. Ləman evin qapısını açdı, həyətə çıxdı. Onun qolundan tutdum, nə səbəbə ünvanıma nalayiq sözlər dediyini soruşdum. Ləman yaxşı elədiyini, hələ bundan da artığını deyəcəyini bildirdi. Mübahisə zamanı həyətdəki stolun üzərində olan bıçağı götürdüm və Ləmanı sol qarın nahiyəsinə iki dəfə zərbə vurdum.
Ləman qarın nahiyəsini tutdu. Mən qan axdığını gördüm və özümü itirərək onun qolundan tutdum, evin içərisinə apardım. Evdə Ləmana şərbət düzəldərək verdim. Onu xəstəxanaya aparmaq istədim, amma razı olmadı. Anasına zəng etməyimi istədi.
Ləmanın telefonundan Sevilə zəng etdim, telefonu onun özünə verdim. Ləman anasına tez evə gəlib onu xəstəxanaya aparmağını istədi.
Ləman mənə “anam gəlir, sən çıx get” dedi. Mən də evin arxa tərəfində olan hasardan aşaraq çöl tərəfə keçdim. Oradan uzaqlaşdım”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləmanın sözlərinə görə, Aqillə təxminən 8-9 ay müddətdə qeyri-rəsmi ər-arvad münasibətində olub: “Aqil ailəli olsa da, mənimlə də ailə qurub, nikah bağlamaq istədi. Münasibətimiz olan vaxtlar mənə kreditlə mobil telefon aldı.
Hadisədən təxminən 15 gün əvvəl Aqil mənimlə sərt davrandığı və məni qısqanaraq sıxdığı üçün ayrıldım. O isə məndən əl çəkmədi, hədə-qorxu gələrək yenidən birlikdə olmağımızı istədi. Bir dəfə evinə getdim, arvadına dedim ki, get, ərinə yiyə dur, məndən əl çəksin.
Növbəti gün Aqil mənə aldığı telefonu geri qaytarmağımı bəhanə edərək yaşadığım evə gəldi, mənimlə mübahisə etdi”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 9 radələrində evdə olan zaman anası ilə mobil telefonla danışıb: “Anam Aqlinin məni narahat edib-etmədiyini soruşdu. Mən isə Aqlinin ünvanına nalayiq ifadələr işlətdim, telefonu söndürdüm. Pəncərəyə yaxınlaşaran Aqlin küçədə siqaret çəkdiyini gördüm. Onun məni bıçaqla vura biləcəyini düşünmədim.
Toyuqları hindən açıb buraxmaq üçün həyətə çıxdım. Həmin vaxt Aqil qolumdan tutdu və nə səbəbə ünvanına nalayiq ifadələr işlətməyimi soruşdu. Ona nalayiq sözlər deməyimi bildirdim.
Aqil bıçaqla sol qarın nahiyəmə 2 dəfə vurdu. Bıçaqlardan birinın qarın nahiyəmə batdığını hiss etdim. Aşağı əyildim, qarnımı tutaraq qışqırdım. Aqil qolumdan tutub məni evin içərisinə apardı, şərbət düzəldib verdi, məni xəstəxanaya aparmağı təklif etdi. Lakin razı olmadım, anama zəng vuraraq təcili evə gəlməsini bildirdim”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Aqil 2 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com
Xəbərin oxunma sayı : 865
Hadisə
Xəbərlər
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezidentdən mesaj
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
-
Azərbaycanda məşhur tikinti şirkəti bağlanır, əməkdaşları işdən çıxarılır
-
Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu - “Baku Oksford Məktəbi“ ilə bağlı
-
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi - VİDEO
-
Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq - Paşinyan
-
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi
-
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
-
“Bitcoin“in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri
-
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 “dostu“
-
Azərbaycan hərbçiləri paradda keçid etdi - VİDEO
-
İllik təhsil xərci 9 min manat oldu - baş nazirin qərarının şifrələri
-
Prezident və birinci xanım onların xatirəsini andı - FOTOLAR
-
Evlərin qiyməti kəskin bahalaşacaq - Ekspertlərdən AÇIQLAMA
-
Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi -FOTOLAR
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - Tramp
-
Çempionlar Liqası:İngiltərənin 6 klubu olacaq
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan və Vyetnam arasında əsas perspektivli istiqamətlərindən biri turizmdir
-
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
-
Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur
-
Siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfə
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
TOP 10
ARXİV