| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Rusiyada Priqojin sorğuları – “Nyu-York Tayms”
Tarix 06.07.23, 16:13 |
|
Rusiyalıların Yevgeni Priqojinə münasibəti necədir?
Novator.az saytı xəbər verir ki, ABŞ-ın “Nyu-York Tayms” qəzeti ictimai rəy sorğularına əsaslanaraq bu suala cavab axtarıb.
Yevgeni Priqojin 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. 1979-cu ildə oğurluq ittihamı ilə 2 il şərti iş alıb, 1981-ci ildə oğurluq, soyğunçuluq, dələduzluq, yeniyetməni cinayətə cəlb etmək ittihamları ilə azadlıqdan məhrum edilib. 1990-cı ildə azadlığa çıxan Yevgeni Priqojin xırda biznesə girişib, sonradan böyük mağazalar və restoranlar şəbəkəsi qurub, həmçinin inşaat sahəsində fəaliyyət göstərib.
Yevgeni Priqojin həmyerlisi, Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından sayılıb. Bu yaxınlıq 1990-cı illərin əvvəllərindən, Vladimir Putin Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olandan başlayıb.
1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ilin may ayından baş nazir olub. 2012 və 2018-ci illərdə prezident seçilib. Onun 2024 və 2030-cu illərdə də dövlət başçısı postuna namizəd olmaq hüququ var.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Rusiyaya birləşdirən, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə işğalçı rejimlər quran Vladimir Putin 2022-ci il fevralın 21-də həmin vilayətləri “müstəqil dövlətlər” kimi tanıyıb, üstəlik, Ukraynada total hərbi müharibəyə başlayıb. Bir neçə aya Rusiya Ukraynanın cənub-şərq bölgəsini ələ keçirib. Sentyabrın 29-da Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərini də “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də isə həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini Rusiyaya birləşdirdiyini açıqlayıb.
Rusiya-Ukrayna müharibəsi milyonlarla adamın qaçqın, məcburi köçkün düşməsinə, hər iki tərəfdən on minlərlə adamın həlak olmasına gətirib. Savaşda prezident Putinin arxalandığı əsas qüvvələrdən biri “Vaqner” özəl hərbi birləşməsi olub. İlk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxan, Ukrayna ilə yanaşı Asiya və Afrika ölkələrində də müxtəlif hərbi-siyasi layihələrə cəlb olunaraq çoxsaylı cinayətlər törədən “Vaqner”in rəhbəri Yevgeni Priqojindir. Priqojinin himayəçisi Putin “Vaqner”in də himayəçisi sayılıb.
2022-ci ilin sonlarında Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münasibətlərin pisləşdiyi açıq müşahidə edilməyə başlanıb. Priqojin vaxtaşırı sosial şəbəkələrdə yaydığı çıxışlarında Rusiyanın rəsmi hərbi komandanlığını, əsas da müdafiə naziri Sergey Şoyqunu kəskin tənqid, hətta təhqir edib. 2023-cü il iyunun 24-nə keçən gecə isə Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqner”in düşərgəsini raket atəşinə tutmaqda ittiham edərək döyüşçülərini qiyama qaldırıb. “Vaqner”çilər Rusiyanın Rostov və Voronej vilayətlərində bir çox məntəqəni nəzarətə götürüb paytaxt Moskvaya yön alıblar. Rusiya Baş Prokurorluğu Yevgeni Priqojinə hərbi qiyam təşkili ittihamı ilə cinayət işi açıldığını bəyan edib. Prezident Vladimir Putin televiziya ilə xalqa müraciətində “Vaqner”in üsyanını dövlətə xəyanət adlandırıb və sərt tədbirlər görüləcəyini deyib. Axşam Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə aparılan danışıqlarda Priqojinə və döyüşçülərinə verilən təhlükəsizlik vədi nəticəsində “Vaqner” geri çəkilib, cinayət işi ləğv olunub.
“Nyu-York Tayms” qəzeti yazır ki, Moskvada yerləşən, qərəzsiz tədqiqatları ilə tanınan “Russian Field” şirkəti 2023-cü ilin fevralından Yevgeni Priqojinin də reytinqini ölçməyə başlayıbmış. Qiyama qədər şirkət bu məqsədlə Rusiyanın müxtəlif subyektlərində, hər dəfə yaşı 18-dən yuxarı 1600 nəfər arasında iki sorğu keçiribmiş.
İlk sorğu 30 yanvar-6 fevral aralığında olub. Respondentlərin 41 faizinin Priqojinə rəğbət bəslədiyi, 15 faizinin mənfi yanaşdığı, 31 faizinin isə onu tanımadığı aydınlaşıb.
İkinci sorğu qiyamdan bir neçə gün əvvələ – iyunun 16-19-na düşüb. Respondentlərin 55 faizi Priqojinə rəğbət bəslədiyini, 15 faizi mənfi yanaşdığını, 17 faizi onu tanımadığını söyləyib.
Qiyamdan sonra, iyunun 26-30-da “Russian Field” Priqojinlə əlaqədar daha bir sorğu keçirib. Bu sorğu da Rusiyanın müxtəlif subyektlərini əhatə edib, yaşı 18-dən yuxarı 1600 nəfər arasında aparılıb. Priqojinə rəğbət bəslədiyini deyənlərin sayı 29 faiz olub. 39 faiz ona münasibətinin mənfi olduğunu açıqlayıb. 7 faiz Priqojini tanımadığını diqqətə çatdırıb.
“Nyu-York Tayms” yazır ki, baş tutmamış qiyam Priqojinin reytinqini az müddətdə xeyli aşağı salıb: “Priqojinin bir neçə saatlıq üsyanı Vladimir Putinin 20 ildən çoxdur hakimiyyətdə olduğu dövrdə ölkə rəhbərliyinin üzləşdiyi ən dramatik çağırış idi. İyunun 24-ü qiyamçıların bir neçə rus hərbi pilotunu öldürdüyünü, ölkə siyasilərinin, hərbi liderlərin qiyama dəstək vermədiyini, Kremlin Priqojini gözdən salmaq üçün geniş miqyasda iş apardığını nəzərə alsaq, əhalinin 29 faizinin hələ də “Vaqner” rəhbərinə rəğbət bəsləməsi heyrətamiz göstəricidir. Onu da yaddan çıxarmayaq ki, sorğular Rusiyada söz azadlığının ciddi basqı altında olduğu, repressiyaların gündən-günə gücləndiyi, hakimiyyət əleyhinə fikir söyləyənlərin həbsə atıldığı bir dövrdə təşkil edilib.
Ukrayna ilə müharibə aparmağa kəc baxmağın yasaqlandığı bir ölkədə – Rusiyada ictimai rəyi düz-əməlli öyrənmək mümkündürmü? Bu məsələdə ekspertlərin fikirləri haçalanır. Bəziləri hesab edir ki, mümkün deyil, çünki repressiya insanlara fikrini səmimi ifadə etməyə imkan vermir. Amma sorğu keçirən şirkətlər vurğulayır ki, sualları ustalıqla tərtib edəndə, prosesi peşəkarcasına aparanda etibarlı nəticə əldə etmək, ictimai rəyi üzə çıxarmaq olur”.
“Nyu-York Tayms” qeyd edir ki, “Russian Field”in təqdim etdiyi nəticələr müəyyən qədər ABŞ-ın “FilterLabs.AI” şirkətinin gəldiyi qənaətlə də üst-üstə düşür: “Rusiyada ictimai ovqatı əsasən sosial media platformalarını, internet forumlarını izləməklə öyrənən “FilterLabs.AI” bu yaxınlarda bəyan edib ki, qiyamdan sonra rusiyalılar arasında Priqojini dəstəkləyənlərin sayı azalıb.
Priqojin qiyama qədər çıxışlarında Rusiyanın hakim elitasını yıxıb-sürüyürdü. Onun çıxışları rusiyalıların informasiya mənbəyi kimi çox istifadə etdiyi bir tribunada – dövlət telekanallarında heç vaxt nümayiş olunmasa da, tənqidi ritorikası Priqojinin ictimai nüfuzunu artırdı. “Russian Field”in iyunun 16-19-da keçirdiyi sorğu faktiki dörd ay ərzində Priqojinin reytinqinin 14 faiz gücləndiyini, ona rəğbət bəsləyənlərin sayının 41 faizdən 55 faizə qalxdığını təsdiqləyir”.
“Russian Field”in qurucusu Artemi Vvedenski “Nyu-York Tayms”a açıqlamasında deyib ki, Rusiya cəmiyyətinin Yevgeni Priqojinə bundan sonra necə münasibət bəsləyəcəyi, onun populyarlığını saxlayıb-saxlamayacağı “Vaqner” rəhbərinin ictimai meydanda nə dərəcədə aktivlik göstərəcəyindən asılı olacaq.
Xəbərin oxunma sayı : 640
Analiz
Xəbərlər
-
Medvedevdən Paşinyana şok hədə: “Sonu faciəvi olacaq“
-
Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat - 4 nəfər saxlanıldı (VİDEO)
-
Yevlax sakini Bakıda qətlə yetirilib - Qaynı tutulub
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
“Tramp bu trendi dəyişdi və bu, əla hadisə oldu...“ - İlham Əliyev
-
Bakıda qəribə olay: Adam bıçaqladı, “məni süni intellektlə idarə edirlər“ dedi
-
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
-
“Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir“ - Prezident
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Etibar Pirverdiyevin maaş problemi - Balababa Rzayev “Azenco”nun pulunu niyə vermir?
-
Yenə yağış yağacaq - Bəzi ərazilərə dolu düşəcək
-
ATB ilə ABB arasında itən vəsait: Əməliyyat uğurlu olub, amma pul yoxa çıxıb...
-
Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi - Fotolar
-
Bəyannamələrdə saxtakarlıq, yüz minlərlə manatlıq vergi borcu - 3 il həbs
-
Şuşaya gedən ödənişli yol üçün məbləğlər müəyyənləşdi - Cədvəl
-
Azərbaycan Afrikada yayılan Ebola xəstəliyi ilə bağlı tədbir görür? - Rəsmi açıqlama
-
Evinizdə varsa qəti atmayın - 3 min manat verirlər + FOTO
-
Bu ay 10 gün iş olmayacaq - Ardıcıl istirahət günləri gözlənilir
-
Azərbaycanlı aktrisa: “Bu, nikah idi, hələ toy olmayıb“
-
İlham Əliyev Donald Trampa təşəkkür etdi - FOTO
-
Ötən il 21 minə yaxın şagird tam orta təhsil almayıb - Komitə sədri açıqladı
-
Moldovada mer seçilən həmyerlimiz... - O, kimdir?
-
Tramp əl-Şaraa arasında telefon danışığı olub - Sanksiyaların ləğvini müzakirə edilib
-
Bakıxanov qəsəbəsində olan parkda ağaclar təhlükədədir? - VİDEO
-
Sabiq vəzifəli şəxs həbsdən azad edildi - Korrupsiyada təqsirləndirilirdi
-
Azərbaycana gələn turistlərin sayı niyə azalıb? -VİDEO
-
Qubada yağışların yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb - VİDEO
-
“İran həqiqətən də razılaşma əldə etmək istəyir“ - Tramp
-
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək” - Prezident
-
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir
-
Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir - İlham Əliyev
-
“A-frame” evlər küləyə və doluya nə qədər davamlıdır? - VİDEO
-
Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu - Prezident
-
DİM-dən ödəniş müqabilində bal “artıranlar”a XƏBƏRDARLIQ
-
Azərbaycan kənd təsərrüfatında yeni modelə keçir - VİDEO
-
Pezeşkianın istefa xəbəri yayıldı - İran hökuməti təkzib etdi
-
Gömrük bəyannaməsi edənlərin nəzərinə - Bu gündən yeni qayda qüvvəyə mindi
-
Azərbaycanda özünəməxsus evləri və fərqli həyat tərzi olan dağ kəndi - VİDEO
-
İranla saziş, əsasən, Tehranın nüvə proqramına həsr olunub - TRAMP
-
Prezident 1 İyunla bağlı paylaşım etdi - FOTO
-
Şəkidə məktəb binasının tikintisi niyə dayandırılıb? - VİDEO
-
İllərdir tikintisi başa çatan mənzillərinə köçə bilmirlər - VİDEO
-
Avtomobil bazarında durğunluq - VİDEO
-
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
-
Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun! - FHN əhaliyə müraciət etdi
-
Hökməli kəndində göl daşıb, evləri su basıb - VİDEO
-
“İranın təkliflərinin böyük hissəsi qəbul edilib“ - Maliki
-
Cəlilabad icra hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? - Açıqlama
-
Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq - VİDEO
-
Son altı ildə nikah və boşanmaların sayı necə dəyişib? - HESABAT
-
Abşeronda yağış və dolu bir sıra fəsadlar törədib - VİDEO
-
Balıq bazarında qıtlıq - Daha da bahalaşacaq?
-
“Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir” - İlham Əliyev
-
ABŞ və İran razılığa gəlib, Trampın yekun təsdiqi gözlənilir - “Axios”
-
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
Xətai rayonunda bir mərtəbə əvəzinə, iki-üç mərtəbəli tikinti apardılar - VİDEO
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Dünyada yeni trend: “Səssiz məzuniyyət“ nədir?
-
Prezident Xankəndidə Zəfər parkında - FOTOLAR
-
Azərbaycan Xalq Cümhuriyyətinin gəncəli qurucuları - VİDEO
-
Lavrov Paşinyanın bəyanatına reaksiya verdi - “Qoy bunu təmin etsin...“
-
Prezident Xankəndidə açılışlarda iştirak etdi - FOTOLAR
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti yük göndərildi – Fotolar
-
Prezident Xocalıda hərbçilərin evlərindəki şəraitlə tanış oldu - Fotolar
-
“Niva” ilə çayda qalmışdılar, belə xilas edildilər - VİDEO
-
Ötən il 46 qadın insan alverinin qurbanı olub - HESABAT
-
Prezident Şuşaya getdi -Sakinlərlə görüşdü
-
“Hamı qaldı, ABŞ getdi” - ABŞ səfirliyi Kiyevi tərk edib?
-
Yeni “abituriyent tələsi“: Balları artırmaq adı ilə valideynləri necə aldadırlar?
-
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış bu tarixdədir - Rəsmilərin iştirakı gözlənilir
-
“Putin döyüş meydanında geri çəkilir” - Britaniya kəşfiyyatı Rusiyanın itkilərini açıqladı
-
Yerüstü piyada keçidinin lifti iki ildir işləmir - ŞİKAYƏT/VİDEO
-
86 nəfər Gürcüstandan deportasiya edildi - Azərbaycanlılar da var
-
Məmmədli kəndində yüzə yaxın ev suyun içində - VİDEO
-
ABŞ İranda hərbi obyektə zərbə endirdi – “Reuters”
-
Tovuzda meyvə bağları və tərəvəz sahələri yararsız hala düşdü -VİDEO
-
Prezidentin sosial şəbəkə hesablarında paylaşım - Müstəqillik Günü ilə bağlı
-
ABŞ Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır - Rubio
-
Kürdəxani-Zabrat yolunda təhlükə - Sakinlər yolu çətinliklə keçirlər
-
Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı - Paylaşım etdi
-
Dağ kəndlərinə gedən yol aylardır keçilməz vəziyyətdə - VİDEO
-
Azərbaycanda Müstəqillik Günü qeyd olunur - AXC-nin yaranmasından 108 il ötür
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Əli Nağıyev MDB üzrə həmkarları ilə bir arada: Yeni əməkdaşlıq formatları barədə razılaşma
-
Prezidentin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım - FOTO
-
Toral Bayramov “Bursaspor”da ən ödənişli oyunçulardan biri olacaq - MƏBLƏĞ
-
“Ermənistan Avropa İttifaqına qoşulsa, Rusiya qazının verilişi dayandırılacaq” - Zaxarova
-
Azərbaycanlı hücumçuya Acun Ilıcalının klubundan təklif gəlib - FOTO
-
Zelenski İlham Əliyevə təşəkkür etdi - Humanitar yardıma görə
-
Süni intellekt reytinqi açıqlandı - Azərbaycan neçəncidir?
-
Polislərin əlbəyaxa döyüş üzrə respublika çempionatına yekun vuruldu - Video
-
Elm adamlarından qorxudan ssenari: Dünya əhalisinin yarısı 2064-ə qədər yox olacaq
-
İspaniyanın keçmiş Baş nazirinin gizli seyfi aşkarlandı - FOTO
-
Mənzil aldı, 22 kvadratmetr itirdi: “SAS EkoPark“ şirkətindən şikayət (VİDEO)
-
“Peterburq manyakı” müharibədən qaçıb - 25 il həbsə məhkum edilmişdi
-
Cahangir Əsgərov yeni səhmlərin hamısını aldı - Payı artdı
-
İran yeni planını açıqladı: Bu dəfə fərqli olacaq
-
Polis Astarada əməliyyat keçirdi - ANBAAN GÖRÜNTÜLƏR
-
Bu ərazidə müvəqqəti alternativ yol salınır - VİDEO
-
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Xəbərdarlıq
-
Pul xoşbəxtlik gətirirmi? - Bill Qeytsdən gözlənilməz etiraf
-
Bakıda məşhur bazar bağlandı: “Binə” və “Sədərək” isə…
-
SEPAH-dan xəbərdarlıq: Cəbhə xətti düşmən üçün qəbiristanlığa çeviriləcək
-
Hindistan və Yunanıstan Prezidentlərindən İlham Əliyevə - Təbrik
-
Bayram günü kabab bişirmək istədilər - Başlarına iş gəldi
-
Zirədə 122 saylı məktəb niyə bağlandı? - Rəsmi AÇIQLAMA
-
Polşa ilə Britaniya arasında yeni saziş Rusiya təhdidinə qarşı yönələcək - Tusk
-
“Ermənistan qardaş ölkədir, qardaş olub və qalacaq“ - Peskov
-
Hoteldə qadınların qızıllarını ələ keçirən inzibatçı - Həbs olundu
-
ABŞ-la Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk - Səfirlik
-
Qusarda polis əməliyyat keçirdi - Silahlı şəxsi zərərsizləşdirdi
-
İran və ABŞ hələ ki, Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib - Əli Baqeri
-
Bakı nefti qəfildən kəskin ucuzlaşdı - Qiymətlər son həddə düşdü
-
Zelenski daha 2-3 illik müharibəyə hazırlaşmağı tapşırıb - “The Economist”
-
ABŞ İranda zərbələr üçün potensial hədəflərin yeni siyahısını hazırlayıb - KİV
-
Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - SİYAHI
-
Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar - VİDEO
-
Evdən 42 min manatlıq oğurluq edən iki nəfər saxlanıldı - Hacıqabulda
-
“Dünyada təxminən 800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır“ - Quterreş
TOP 10
ARXİV






