“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Ümid edirəm ki, Qarakənd faciəsi ilə bağlı cinayət işi yenidən açılar - İsmət Qayıbovun oğlu

Tarix 20.11.23, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


"Ümid edirəm ki, Qarakənd faciəsi ilə bağlı cinayət işi yenidən açılar, haqq-ədalət öz yerini tapar".

Bunu "Report"a açıqlamasında 1991-ci ildə Qarakənd səmasında ermənilər tərəfindən vurulan helikopterdə olan mərhum baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov deyib.

O, təəssüf hissi ilə işğaldan azad edilən əraziləri hələ ziyarət edə bilmədiyini bildirib.

"Bu 32 ildə həsrətlə baxdığımız Qarabağa və Qarakəndə getmək istəyərdim, o vaxt bu hadisədən sonra cinayət işi açılmışdı. 1993-cü ildə torpaqlar işğal altında olduğu üçün cinayət işi bağlandı. Artıq torpaqlarımız işğaldan azad olunub, ümid edirəm ki, bu cinayət işi də yenidən açılar, haqq-ədalət öz yerini tapar".

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Ağdam yaxınlığında, Xocavənd rayonunun Qarakənd səmasında “Mi-8” hərbi helikopterinin ermənilər tərəfindən vurulmasından 32 il ötür.

Qəza nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın ozamankı daxili İşlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, eyni zamanda Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.



Xəbərin oxunma sayı : 892




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap