![]() |
|














Agentliyin Aparat rəhbərinin oğlu məhkəmədə söyüş söydü, hakim əsəbiləşdi - FOTO/VİDEO
Tarix 01.12.23, 11:31 |
|

Bu ilin yayında istirahət mərkəzlərindən birində baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş qismində tanınmış Elnur Məmmədov ifadə verib.
E.Məmmədov eyni dava ilə bağlı həm də təqsirləndirilən şəxsdir. Lakin o və axtarışda olan bir neçə nəfərin işi ayrıca icraata götürülüb, hələlik ibtidai istintaq mərhələsindədir. Ondan başqa bu iş üzrə Cavad Muradov da həm təqsirləndirilən, həm də zərərçəkmişdir.

Bəhs edilən iş üzrə 4 nəfər - Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə. müttəhim kürsüsündə əyləşiblər. Onlardan yalnız M.Ə. həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib.
Bundan əvvəl Elnur məhkəmədən yayınıb və vəkillər buna etiraz ediblər. E.Məmmədov bu gün məhkəməyə gəlib, sərbəst ifadə verib.
Zərərçəkmiş deyib ki, müttəhimlərdən yalnız Elmir İsmayılovu tanıyır. Onunla davadan əvvəl bir neçə dəfə birlikdə yeyib-içiblər:
“Həmin gün istirahət mərkəzində konsert var idi. Qohumum Vüqar Tağıyev və Cavad Muradovla restoranda eyni masada əyləşmişdik. Vüqarla Elmir tanış idilər. Ona görə, Elmir əlində içki ilə bizim masaya gəldi. Tam yadımda deyil necə oldu, amma aramızda mübahisə yarandı. Elmir də, mən də çox içkili idik. Sonra mübahisə böyüdü, çölə çıxdıq. O məni, mən də onu vurdum. Kütləvi dava düşdü. Bilmədim kim-kimi vurdu. Əynimdə ağ köynək var idi, dava vaxtı cırıldı”.
Elnur Məmmədovun əksər suallara “bilmirəm”, “xatırlamıram” kimi cavablar verməsi hakimi özündən çıxarıb:
“Sizə xəbərdarlıq etdim ki, yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz. Burada 4 nəfər cinayətdə təqsirləndirilir. Siz də zərərçəkmiş kimi tanınmısınız. İndi gəlib deyirsiniz ki, xatırlamıram. Onda belə çıxır ki, bu adamlara əsassız ittiham verilib?!”
İttihamda yazılıb ki, Elnur Məmmədov hadisə vaxtı huşunu itirib. Məhkəmədə vəkilin eyni sualına cavab verərkən isə huşunu itirmədiyini bildirib.
Müdafiə tərəfini maraqlandıran məsələlərdən biri Elnurla Elmirin hadisədən sonra görüşüb barışıq əldə etmələri, bir neçə saat sonra isə Elnurun gedib polisə şikayət etməsi olub.
“Görüşdən sonra polisdən zəng etdilər. Dedilər dava videoya düşüb. Mən də hadisənin necə baş verdiyini dedim. Bu iki içkili adam arasında olan münaqişə idi. Ortada bir şikayət də yoxdur. Burada böyüdüləsi nə var ki?” - deyə E.Məmmədov bildirib.
Əvvəlki iclasda ifadə verən şahidlərin dediyinə görə, həmin gün Elnur Elmirin maşınının qarşısını kəsərək yerə düşürüb. Bu vaxt o, Elmirə yumruqla zərbələr endirib. Həmin vaxt Elmirin “Range Rover” markalı avtomobili də yararsız hala salınıb.
Elnur Məmmədov
Elnurun son deyilənlərin yalan olduğunu deməsi şüşə qəfəsdə əyləşən Elmiri əsəbiləşdirib:
“Məni maşından düşürüb vurmamısan? Mən sənə görə 6 aydır günahsız yerə həbsdə yatıram. Düzünü danış”.
Elmir İsmayılovun vəkili Elnurun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib. Vəkil deyib ki, bundan əvvəl təqsirləndirilən şəxslərin hər birinin əvvəlki ifadəsi elan olunub. Buna görə də zərərçəkmişin də ifadəsi elan olunmalıdır. Hamıya maraqlıdır ki, niyə görə Elnurun işi ayrıca aparılır.
Hakim - “əvvəlki ifadənin elanına zərurət yoxdur”, - deyərək vəsatəti təmin etməyib.
Prosesin davamında təqsirləndirilən şəxslərdən 3-ü sərbəst ifadə verib. Elmir İsmayılov ifadəsində deyib ki, hadisə günü Elnur Məmmədov dostları ilə birgə onu əyləşdiyi masadan kənara çağırıblar. Bu vaxt onlar arasında mübahisə yaranıb, onu döyməyə başlayıblar:
“Hadisə parklama yerində baş verdi. Mənə söyüş söyən də o idi. Amma mən cavab qaytarmadım. Hisslərimi içimdə boğdum. Elnur dostları ilə birgə üstümə hücum etdi. Bir neçə nəfər idilər. Davanı Elnur başlatdı. Üstündən bir az keçəndən sonra qardaşıma zəng etdim ki, gəlin məni götürün. Mən uşaqları ora davaya çağırmamışdım. Səhəri gün Elnur məni görüşə çağırdı. Məndən üzr istədi. Ondan sonra eşitdim ki, gedib polisə şikayət edib”.
Prosesin davamında bu iş üzrə zərərçəkmiş Cavad Muradovun Elnur Məmmədova üz tutaraq - “hadisə gününün səhəri kafedə bir nəfərə demisən ki, davanın videosu yayılıb, gəlin kimisə qurban verək”, - deməsi Elnurun nalayiq şəkildə reaksiyasına səbəb olub.
O, elə bir söz demədiyini bildirib, məhkəmə zalında hər kəsin eşidəcəyi şəkildə həmin sözləri deyənin də ünvanına söyüş söyüb.
E.Məmmədovun iclas zalında söyüş söyməsinə hakim sərt reaksiya verib:
“Sən, deyəsən, buranı olduğun başqa yerlərlə səhv salmısan. Məhkəmə söyüş söymək yeri deyil”.
C.Muradov E.Məmmədovla üzləşməsində ondan hər şeyi necə var danışmasını istəyib:
“Kişi kimi danış, orada dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub”.

Cavad Muradov
Cavad Muradov özünün təqsirsiz olduğunu, kiminsə badına gedib 6 aydır dustaq olduğunu bir daha məhkəmənin diqqətinə çatdırıb.
Bundan sonra digər müttəhimlər ifadə veriblər. Peyman Vəlizadə, Məhəmməd Həsənzadə eynilə danışıblar. Onların dediklərinə görə, hadisə günü Elmirin qardaşı Elgünlə birgə Mərdəkan qəsəbəsində bağda olublar. Elmirin zəngindən sonra Muradı da götürüb istirahət mərkəzinə gəliblər. Onlar restorana çatanda kütləvi dava olduğunu görüblər:
“Mərkəzə çatanda Elmir qanın içində idi. Kütləvi dava gedirdi, amma Elmir içlərində yox idi. Elnur söyüş söyməsəydi, dava da olmazdı. Söyüşə görə də Elmirin qardaşı Elgün də davaya qarışdı. Biz bu işdə zərərçəkmişik, amma 6 aydır kiminsə sifarişi ilə həbsdə yatırıq”, - deyə təqsirləndirilən Vəlizadə söyləyib.
Növbəti iclas təqsirləndirilən yeniyetmənin ifadəsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Leysan Məmmədov 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifələrində çalışıb. Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında çalışır, istirahət mərkəzindəki davanın iştirakçısı olan Elnur isə Vergilər Xidmətinin müfəttişidir.
Xəbərin oxunma sayı : 1366
Hadisə
Xəbərlər
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
TOP 10
ARXİV