“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Milli Muzey Mərkəzi yaradılır - Bu muzeylər yeni qurumun tabeliyinə veriləcək

Tarix 22.01.24, 12:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda muzeylərin inkişafı ilə bağlı konsepsiya hazırlanır. Yeni konsepsiyaya uyğun olaraq bir neçə muzey yaradılacaq Milli Muzey Mərkəzinin tabeliyinə veriləcək.
 
Bu barədə AzFakt.com saytının mötəbər mənbədən əldə etdiyi məlumatda bildirilir. 
 
Məlumata görə Publik Hüquqi şəxs kimi fəaliyyət göstərəcək Milli Muzey Mərkəzinin tabeliyinə ilkin olaraq Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi veriləcək. 
 
Muzeylərin bir qurumda birləşdirilməsində əsas məqsəd milli sərvətlərin və abidələrin standartlara uyğun komplektləşdirilməsi, öyrənilməsi, düzgün mühafizəsi, təbliğinin düzgün qurulması və optimal idarəetmə sisteminin tətbiqidir. 
 
Milli Muzey Mərkəzinin əsas fəaliyyət istiqamətindən biri də muzey menecementliyinin inkişafı olacaq. 
 
Məlumatda Milli Muzey Mərkəzinə birləşdirləcək Milli Azərbaycan Tarixi Muzeyinin hazırkı baş direktoru Nailə Vəlixanlının yaş senzi ilə bağlı təqaüdə göndəriləcəyi bildirilir. Qeyd edək ki, Nailə Vəlixanlı uzun illərdir Milli Tarix Muzeyinə rəhbərlik edir. 
 
Açıklama yok.
Nailə Vəlixanlı 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın isə Milli Muzey Mərkəzində şöbələrdən birinə rəhbərlik edəcəyi iddia edilir. 
 
Açıklama yok.
Şirin Məlikova

Xatırladaq ki, Mədəniyyət nazirliyi bir müddətdir ki, struktur islahatları həyata keçirir. 
 
Nazirliyin struktur islahatlarının əsas məqsədi uzun illərdir nazirliyin tabeliyində fəaliyyət gösətərən müəssisələrdə tüğyan edən korrupsiya və "ölü can"ların aradan qaldırılmasıdır.



Xəbərin oxunma sayı : 1093




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap