Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Seçkilərin ilkin nəticələri açıqlandı - İlham Əliyev səslərin 92,05 faizini qazanıb + VİDEO

Tarix 08.02.24, 9:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqələrin 93,3 faizinin nəticəsini elan edib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67 faiz;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.

Qeyd edək ki, sayılmış seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı 4 660 025-dir, hesabat vermiş seçki məntəqələrinin sayı isə 6 102-dir.

****

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

APA xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 125 dairədən 117 dairə, 6537 seçki məntəqəsindən 3561-i hesabat verib.

MSK sədri qeyd edib ki, seçici fəallığı 76,73 faiz olub. MSK-ya 3561 protokol daxil olub və 2 715 667 bülleten sayılıb.

Məzahir Pənahov nəzərə çatdırıb ki, ümumi məntəqələrin 54,47 faizi üzrə səslər sayılıb. Ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);

- Zahid Oruc - 2,20 faiz;

- Fazil Mustafa - 1,99 faiz;

- Qüdrət Həsənquliyev - 1,78 faiz;

- Razi Nurullayev - 0,79 faiz;

- Elşad Musayev - 0,66 faiz;

- Fuad Əliyev - 0,48 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 %-ni toplayaraq qalib gəlib.





Xəbərin oxunma sayı : 1144




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap