“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

30 il sonra alınan intiqan: “Azərsu” əməkdaşı qətlə yetirilib

Tarix 15.05.24, 9:03

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bayram Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, o, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. Azad Məcidovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 47 yaşlı B.Abbasov 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin dekabrında Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. B.Abbasov münaqişə zəminində böyük qardaşı Vasif Abbasovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

Müttəhimin və şahidlərin sözlərinə görə, hadisə baş verən gün Vasif qardaşını yaşadıqları evdən çıxararaq həmin evi öz mülkiyyətinə keçirmək istəyib. Bildirilib ki, əvvəllər də əmlak üstündə iki qardaş arasında ciddi mübahisələr olub. Sonuncu dəfə qeydə alınan mübahisə Bayramın böyük qardaşını öldürməsi ilə nəticələnib.
Evin kiçik qardaşının ifadəsindən məlum olub ki, öldürülən V.Abbasov 30 il əvvəl qardaşını - təqsirləndirilən şəxsi bıçaqladığı üçün həbs olunubmuş. Buna görə, onlar arasında müxtəlif mövzularda daim ədavət yaşanıb. 

Qeyd edək ki, V.Abbasov “Azərsu” sukanal idarəsində çilingər vəzifəsində işləyib.



Xəbərin oxunma sayı : 832




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap