Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Bu evlərə “kupça” verilməyəcək - YENİ QƏRAR

Tarix 15.05.24, 22:47

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda əksəriyyəti Bakı və Abşeron rayonunda yerləşən sənədsiz evlərlə bağlı amnistiyanın tətbiqi gündəmdədir. Bununla bağlı Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə hazırladığı elektron portalın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlər çıxarışla təmin olunacaq. 

Bəs görəsən, tikintisi qadağan olunmuş ərazilərdə olan evləri hansı aqibət gözləyir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu cür evlərə kupça verilməsi mümkün deyil: 

“Tikinti üçün qadağan olunmuş ərazilərdə olan evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil. Çünki qanunda açıq şəkildə qeyd olunur ki, magistral xəttlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xəttlərinin keçdiyi yerlər və bu qəbildən olan ərazilərdə ev tikmək qadağandır. Təbii ki, amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Eyni zamanda vulkanik ərazilərdə tikilən evlərə də çıxarış verilməsi mümkün deyil. Nəhayət, mədən ərazilərində, yəni neft və qaz çıxarılan yerlərdə də birmənalı şəkildə evlərin tikilməsi qadağandır. Düşünürəm ki, proqram icra olunarkən, həmin evlərə amnistiyanın verilməsi məsələsindən daha çox, onların sökülməsi məsələsi daha aktualdır və doğrudur. Yəqin ki, yanaşma da buna uyğun olacaq”. 

Ekspert bildirib ki, bu evlər sökülərsə, dövlət tərəfindən kompensasiya veriləcək: 

“Təbii ki, əgər bu qəbildən olan evlər sökülərsə, onların sahiblərinə kompensasiya ödənilməlidir. Söhbət sayı 20-30 minə qədər əmlakdan gedir. Düşünmürəm ki, dövlət 20-30 min ailəni özündən narazı salacaq bir addım atsın. Bu mümkün deyil və hesab edirəm ki, buna yol verilməyəcək. Eyni zamanda o evlər tikilərkən, nəzarət etməli olan qurumlar var idi. Həmin qurumlar bu prosesə nəzarət etməyiblər. Vaxtında nəzarət olunsaydı, yəqin ki, bu istiqamətdə belə bir problem meydana çıxmazdı”. 



Xəbərin oxunma sayı : 850




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap