“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı

Tarix 22.09.26, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


Qax rayonunda Vətən müharibəsi iştirakçısı köşk quraşdırdığına görə məhkəməlik olub.

Qaynarinfo-nun məlumatına görə, o, Qorağan kəndi ərazisindən keçən Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun kənarında köşk quraşdırıb. Bununla da “5 nömrəli Magistral Yolların İstismarı” MMC-nin həmin ərazi üzərindəki mülkiyyət hüququnu pozub.

Faktla bağlı Cinayət Məcəlləsinin 188.2-ci maddəsi (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsində özbaşına tikinti və ya quraşdırma işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma) ilə cinayət işi başlanıb.

Cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb.

Maraqlıdır ki, müttəhim məhkəmədə verdiyi ifadəsində köşkü rayon icra hakimiyyətinin razılığı əsasında quraşdırdığını deyib. Onun sözlərinə görə, işsiz olduğu üçün dolanışıq məqsədilə köşk işlətmək istəyib və bu barədə Qax Rayon İcra Hakimiyyətinə müraciət edib. Həmin vaxt rayon rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Elbrus Tağıyevlə bu barədə danışıb. Daha sonra məsələ ilə bağlı Malik Həmzəyev və Nicat Nuriyevin də iştirak etdiyi görüş keçirilib.

Müttəhim bildirib ki, ona ərazi məsələsini bələdiyyə ilə həll etmək tövsiyə olunub. Bundan sonra bələdiyyə sədri ilə əlaqə saxlayıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bələdiyyə sədri onu Pavilyon adlanan əraziyə çağırıb və orada əli ilə yer göstərərək dəmir konstruksiya qoymasını tövsiyə edib. Təqsirləndirilən şəxs deyib ki, göstərilən yer çökək və kolluq vəziyyətdə olub. O, əraziyə torpaq tökdürərək yeri düzəldib, əvvəlcədən hazırlatdığı dəmir konstruksiyanı gətirib və köşkü quraşdırıb.

Lakin köşk hazır vəziyyətə gətirildikdən sonra ona həmin ərazidə qanunsuz tikinti apardığı bildirilib.

İş üzrə dindirilmiş şahidlərdən biri isə təqsirləndirilən şəxsin köşk üçün yer axtardığını və bu məsələ ilə bağlı rayon icra hakimiyyətində görüş keçirildiyini təsdiqləyib.

Şahidin ifadəsinə görə, təqsirləndirilən şəxs əvvəlcə onunla əlaqə saxlayaraq köşk işlətmək üçün yer axtardığını bildirib. Şahid isə bunun onun səlahiyyətinə aid olmadığını deyərək onu həmin vaxt rayon rəhbərinin səlahiyyətlərini icra edən Elbrus Tağıyevlə görüşməyə yönləndirib.

Həmin gün təqsirləndirilən şəxs Elbrus Tağıyev, Malik Həmzəyev və Nicat Nuriyevin olduğu otaqda görüşüb. Görüş zamanı maddi vəziyyətinin ağır olduğunu, iş tapmaqda çətinlik çəkdiyini və köşk üçün yer istədiyini bildirib.

Şahidin sözlərinə görə, Elbrus Tağıyev ona qanunvericilik çərçivəsində bələdiyyə sədri ilə əlaqə saxlamasını tövsiyə edib. Daha sonra şahid bələdiyyə sədrinə zəng edərək təqsirləndirilən şəxsin köşk qoyub dönər, qutab və digər məhsullar satmaq üçün yer axtardığını bildirib.

Şahidin ifadəsinə əsasən, bələdiyyə sədri qazi üçün kömək etməyə çalışacağını deyib və onunla görüşməsini istəyib. Şahid daha sonra bələdiyyə sədrindən təqsirləndirilən şəxsə qanunvericilik çərçivəsində köməklik göstərməsini xahiş etdiyini bildirib.

Məhkəmədə bu məsələ ilə bağlı maraqlı ziddiyyət də ortaya çıxıb. Təqsirləndirilən şəxs ona yer göstərildiyini və köşk quraşdırmasına razılıq verildiyini bildirsə də, hazırda Qax Rayon İcra Hakimiyyətinin birinci müavini vəzifəsində işləyən Elbrus Tağıyev məhkəmədə təqsirləndirilən şəxsə həmin ərazidə köşk tikməsi üçün heç bir icazə verilmədiyini deyib.

O bildirib ki, həmin torpaq sahəsi dövlət mülkiyyətindədir və magistral yolun mühafizə zolağına düşür.

Bələdiyyə sədri də həmin torpağın bələdiyyə mülkiyyətində olmadığını və tikinti aparılması üçün icazə vermədiyini bildirib. Bununla belə, məhkəmədəki ifadəsində təqsirləndirilən şəxsə tikinti işi aparması üçün yer göstərdiyini də deyib.

“5 nömrəli Magistral Yolların İstismarı” MMC-nin nümayəndəsi isə bildirib ki, təqsirləndirilən şəxsə məxsus köşk onların istifadəsində olan 24 kvadratmetr torpaq sahəsində quraşdırılıb. Həmin torpağın dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olduğu bildirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs köşkü sökməyib. Həmçinin obyektin quraşdırılması üçün həmin ərazinin ona kim tərəfindən göstərilməsi məsələsi ilə bağlı tərəflərin ifadələri üst-üstə düşməyib.

Məhkəmənin hökmü ilə müttəhim 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 220




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap