Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Xocalıda işçiləri müqaviləsiz işlədirmiş - 24 min cərimə

Tarix 30.08.24, 13:29

Font ölçüsü : - / +
bitmap-img6


Xocalı rayon ərazisində fəaliyyət göstərən "Azadoğlu Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında rayon prokurorluğunda araşdırılma aparılıb.

Bu barədə Xocalı Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Xocalı rayon prokurorluğunda MMC və MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə MMC-nin vəzifəli şəxsi Fuad Cabbarov 4 min manat məbləğində inzibati cərimə edilib.



Xəbərin oxunma sayı : 1018




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap