Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO

Tarix 01.10.24, 16:57

Font ölçüsü : - / +
bitmap-img6


"Demokratiya, insan hüquqları gözəl səslənir, ikilistandartlarla olmasa. Mən burada tarixi torpaqlarından qovulan beş yüz mindən çox azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm”.

AzFakt.com xəbər verir ki, bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısında çıxış edən "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib. 

Zirvə Toplantısının "Münaqişə zonalarında humanitar məsələlər və fundamental azadlıqlar” mövzusunda sessiyasında danışan A.Ələsgər qeyd edib ki, Qərbi Azərbaycandan olan insanların hüquqları Ermənistan tərəfindən ciddi şəkildə pozulmaqdadır.

"Mən burada tarixi torpaqlarından qovulan beş yüz min azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm. Bir milyon məcburi köçkünümüz üçün 30 il danışdıq, ancaq sonunda özümüz həll etdik. İndi isə tarixi Azırbaycan torpağı olan indiki Ermənistandan beş yüz min vətəndaşımızın ata-baba məzarlarını turist kimi də olsa ziyarət etməsinə şərait yaratmasını istəyirik. Biz Ermənistana ərazi iddiası etmirik. Baxmayaraq ki, tarixən bizim torpaqlardır. Biz o torpaqlara turist kimi də olsa ziyarət etmək istəyirik. Bir an öncə Ermənistanın sülhə gəlib Qafqazda barış olmasını arzu edirik. Öz dədə-baba yurdlarını ziyarət ən məsum insan haqqlarıdır”, – deyə o, bildirib.

Qeyd edək ki, 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunur.






Xəbərin oxunma sayı : 718




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap