Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Ev almaq üçün hamı Abşeronun bu qəsəbəsinə axın edir - Səbəb nədir?

Tarix 01.10.24, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


Son illər məskunlaşmanın sürətlə artdığı qəsəbələrdən biri də Mehdiabaddır. Abşeron rayonunun inzibati ərazisinə daxil olan bu qəsəbə, əmlakların böyük əksəriyyətinin çıxarışa malik olması ilə seçilir. Elan saytlarına nəzər saldıqda, bu qəsəbədəki ev və torpaqlarla bağlı həm satışın, həm də alışın yüksək səviyyədə olduğunu deyə bilərik.

Yenisabah.az alıcıların sözügedən qəsəbəyə hansı səbəblərdən üstünlük verdiyini araşdırıb.

Məlum oldu ki, Mehdiabad yüksək infrastrukturu, daimi nəqliyyat marşurtları və əlverişli mövqeyi ilə ətrafdakı qəsəbələrdən seçilir. Bu qəsəbə eyni zamanda digərlərinə nisbətən olduqca "gənc” sayılır. Hazırda oradan paytaxtın "Azadlıq”, "Avtovağzal”, "Ulduz” metrostansiyalarına daimi marşurtlar, "Nəriman Nərimanov”, "20 Yanvar” kimi stansiyalara isə taksilər fəaliyyət göstərir. Qəsəbə ərazisində çoxsayılı supermarketlər, ictimai-iaşə obyektləri, xəstəxana, məktəb və baxça fəaliyyət göstərir. Daxili yolların geniş və asfaltlı olması isə nəqliyyat vasitələrinin hərəkətini olduqca asanlaşdırır.

Qəsəbədə evlərin, mənzillərin və torpaqların qiyməti yerləşdiyi yerə görə dəyişir. Mərkəzi yola birbaşa çıxışı olan və ya nisbətən yaxın məhəllələrdə evlərin qiyməti olduqca yüksəkdir. Nümunə üçün qeyd edək, 3 sot ərazidə tikilmiş, 4 otaqlı, 116 kvadratmetr sahəsi olan həyət evinin qiyməti 115 min manata təklif olunub. Binalarda isə 3 otaqlı və tam təmirli mənzilin qiyməti 127 min manatdır. Qəsəbənin içərilərində isə 50-85 min arası, çıxarışlı və olduqca yaxşı şəraitdə həyət evləri tapmaq mümkündür. Nəqliyyatın yüksək səviyyədə olduğunu nəzərə alsaq, bu evlər qəsəbənin mərkəzində tikilənlərdən heç də geri qalmır.

Mehdiabadda torpaqların qiyməti də əmlaklarda olduğu kimi, fərqlilik göstərir. Mərkəzi yola və infrastruktura yaxın ərazilərdə torpaqların sotu 15-20 min manatdan, nisbətən uzaq yerlərdə isə 8-10 min manatdan başlayır. İnzibati olaraq, Bakının inzibati ərazisinə daxil olan qəsəbələrdən fərqli olaraq burada olan torpaqların böyük əksəriyyəti "kupçalı”dır. Qəsəbədə fəaliyyət göstərən realtorların dediyinə görə, alıcılar tərəfindən istər torpaq, istərsə də evlərə tələbat xeyli yüksək səviyyədədir.



Xəbərin oxunma sayı : 703




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap