Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Ukraynaya atılan hər iki mərmidən biri Koreyadan gəlir – Kəşfiyyat məlumatları açıqlandı

Tarix 05.10.24, 16:31

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Koreya (KXDR) Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə etdiyi artilleriya mərmilərinin təxminən yarısını təmin edir.

“AzPolitika” xəbər verir ki, bu barədə Qərb kəşfiyyatındakı mənbələrə istinadən “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, KXDR-dən hər il 3 milyon mərmi tədarük edilir. Eyni zamanda, mənbələr qeyd edirlər ki, mərmilərin əksəriyyəti nasazdır, baxmayaraq ki, onların sayı Rusiyaya cəbhədə uğur qazanmağa kömək edir. Mənbələr vurğulayırlar ki, Rusiya Şimali Koreyadan artilleriya mərmilərinin tədarükündən asılı vəziyyətə düşüb.

Rusiya Prezidenti Vladimir Putin bu ilin iyununda Pxenyana səfər etdikdən və KXDR ilə strateji tərəfdaşlıq sazişi imzaladıqdan sonra tədarükün həcmi artıb. Bu saziş üçüncü ölkə tərəfindən onlara hücum edildiyi təqdirdə hər iki tərəfin qarşılıqlı yardım göstərməsini nəzərdə tutur.

Qərb ölkələri dəfələrlə Şimali Koreyanı beynəlxalq sanksiyalara zidd olaraq Rusiyaya sursat satmaqda ittiham ediblər. Rusiya BMT Təhlükəsizlik Şurasının 7 üzvü tərəfindən KXDR ilə hərbi əməkdaşlığa qoyulan qadağanı pozmaqda da ittiham olunub.

Fevralda “The New York Times” yazıb ki, Rusiya döyüş sursatı müqabilində KXDR-ə qlobal maliyyə sisteminə çıxış əldə etməyə icazə verib, həmçinin Şimali Koreyanın BMT-nin sanksiyalarına məruz qalan bəzi aktivlərini blokdan çıxarıb.



Xəbərin oxunma sayı : 1072




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap