“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Top Ermənistanın tərəfindədir“ - Elçin Əmirbəyov (VİDEO)

Tarix 10.10.24, 12:57

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “TV Berlin” telekanalına müsahibə verib.

AzFakt.com xəbər verir ki, E.Əmirbəyov müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsi ilə bağlı fikirlərini bölüşüb.

O vurğulayıb ki, Ermənistanın yarımçıq, tamamlanmamış sülh sazişi mətni imzalamaq üçün irəli sürdüyü tələblər beynəlxalq ictimaiyyəti aldatmağa və həqiqi niyyətlərini gizlətməyə çalışmaqdan başqa bir şey deyil.

E.Əmirbəyovun sözlərinə görə, əvvəlcədən reallığa uyğun olmayan təkliflərin irəli sürülməsi, həm danışıqlar prosesini uzatmaq, həm də nəticə əldə edilmədiyi üçün məsuliyyəti Azərbaycanın üzərinə atmaq cəhdidir.

Prezidentin xüsusi nümayəndəsi Ermənistanın hərbi güclənməyə doğru yönələn kursunu və beynəlxalq arenada diplomatik qarşıdurmasını da diqqətə çatdırıb. Bildirib ki, bu, Ermənistanın normallaşma prosesini süni şəkildə uzatmaq istəyini göstərir.

O qeyd edib ki, Ermənistanın müttəfiqləri tərəfindən aldığı iqtisadi, diplomatik və hərbi dəstək “komfort zonasının” yaranmasına səbəb olur, bu isə İrəvanı danışıqlarda aktiv iştirak motivasiyasından məhrum edir və normallaşma prosesinin perspektivlərinə təhlükə yaradır.

E.Əmirbəyov vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı davam edən ərazi iddiaları həll olunmadığı təqdirdə, qarşıdurmanın əsas səbəbini aradan qaldırmaq və iki ölkə arasında davamlı, etibarlı və geri dönüşsüz bir sülhə nail olmaq mümkün olmayacaq:

“Top Ermənistanın tərəfindədir. Ümid edirik ki, Ermənistan münasibətlərimizdə faciəli səhifəni birdəfəlik çevirmək üçün tarixi şansı əldən verməyəcək”.





Xəbərin oxunma sayı : 1132




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap