| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Qarpız satan şərikinin arvadı ilə eşq yaşadı: “Gördüm darvazanın ağzında...“
Tarix 19.11.24, 20:49 |
|
Şəmkir rayonunda 1978-ci il təvəllüdlü Təvəkkül şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Mehmanı (adlar şərti göstərilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi ötən il iyulun 16-da Şəmkir rayonunun kəndlərindən birində baş verib.
Məlum olub ki, Təvəkkülün həmkəndlisi və şərikli alver etdiyi İntiqamın arvadı Afətlə sevgi münasibəti olub. Bu münasibətdən xəbər tutan qızın əmisi Mehman bir neçə dəfə Təvəkküllə mübahisə edib. Mübahisə günlərində isə Mehmanın Təvəkkülün üzərinə bir neçə dəfə maşın sürməsi, ona xəsarət yetirməsi iddia olunub.
Bütün bunlardan əsəbləşən Təvəkkül qisas almaq məqsədi ilə Mehmanı öldürmək qərarına gəlib. İyulun 16-da saat 16 radələrində qabaqcadan yaşadığı evinin mətbəxindən götürdüyü bıçaqla Mehmanın evinə gedib. Onu küçəyə çağırıb və həyətin giriş qapısının qarşısında onunla mübahisə edib. Daha sonra Mehmanın qarın nahiyəsinə zərbə endirib. Mehman aldığı xəsarətdən ölüb.
İstintaq orqanı tərəfindən Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Mehmangilin qohumları üç ildir onunla ədavət aparır: “Buna görə mən dəfələrlə Daxili İşlər Nazirliyinin “102†xidmətinə müraciətlər etmişəm. Müraciətlərim qeydiyyata alınıb və yerli polisə göndərilib. Lakin Mehmangil nə edirdisə, mənim müraciətlərimə baxılmırdı.
Mehmanın qardaşı nəvəsi Afətin tərbiyəsi normal deyildi. Onun əri İntiqam isə mənim dostum olub və şərikli qarpız satmışıqâ€.
“Maşınını üzərimə sürdüâ€
Təqsirləndirilən şəxs qeyd edib ki, Mehmangil qardaşı nəvəsi Afətlə onun arasında münasibət olması barədə söz-söhbət çıxarıb, halbuki deyilənlər yalandır: “Afətin başqa şəxslərlə münasibəti vardı. Bu fakt da sübuta yetirilib. Həmin söz-söhbətə görə Afətin qardaşı Rasim qonşumuz Vasifin yas məclisində olarkən qəflətən qarşıma çıxaraq bıçaqla üz nahiyəmə xəsarət yetirdi.
Həmin gün axşam Mehman evimə gələrək şikayət edəcəyim halda uşaqlarımla birlikdə evimi yandırmaqla hədələdi. Mən də şikayət etmədim. Məcbur olub barışıq ərizəsi verdim. Bununla belə Mehman məni gördükdə bir neçə dəfə idarə etdiyi yük maşınını üzərimə sürdüâ€.
“Bəsdirin, məni vurdunuzâ€
Təvəkkülün ifadəsinə görə, sonuncu dəfə məhlədə işlədiyi zaman siqaret almaq üçün mağazaya gedəndə Mehman onu görüb: “İdarə etdiyi avtomobili yenə üzərimə sürdü. Mən özümü kənara atdım. Mehman isə “ə, çaqqal, səni öldürəcəm†deyərək getdi.
Mən oradan Mehmanın Sadiq adlı böyük qardaşının evinə getdim. Bu söz-söhbətə son qoymalı olduqlarını demək istədim. Lakin Sadiqi evdə tapmadım.
Geri qayıdarkən Mehmanın evinin yanından keçəndə, elə Mehmanın özünü çağırdım, “bəsdirin, məni vurdunuz, atamı xəstələndirib öldürdünüz, anamı döydünüz†dedim, bizdən nə istədiklərini soruşdum, söz-söhbətə son qoymalarını istədim.
Mehman qapıya gələn kimi əlini cibinə atdı. Onun cibində kirli bir bıçaq vardı. Bıçağı çıxararaq məni təhqir etməyə və üzərimə gəlməyə başladı. Məndə də siqaret almaq üçün mağazaya getməmişdən qabaq məhlədə işləyəndə xortum kəsdiyim mətbəx bıçağı vardı.
Mehmangil məni əvvəllər vurduqları üçün qorxdum və özümü qorumaq üçün bıçağı çıxardım, Mehmana üzərimə gəlməməsini, yoxsa vuracağımı dedim. O isə üzərimə gəlməyə davam etdi. Mən də Mehmanı öldürmək üçün yox, qorxutmaq üçün bədəninin aşağı nahiyəsinə bıçaqla vurdumâ€.
“Övladlarımla görüşdümâ€
Təvəkkül bildirib ki, daha sonra Mehmanın qolundan tutaraq darvazalarından 5-6 metr içəri aparıb: “Həmin vaxt yanımızda heç kəs yox idi. Əgər öldürmək niyyətim olsaydı, Mehmana bir neçə bıçaq zərbəsi vurmaq imkanım vardı. Mən bunu etmədim, Mehmanı içəri aparandan sonra getdim.
Evimin yaxınlığına gələrək kənardan polislərin olduğunu gördüm və ailəmin təhlükəsizliyindən əmin olduqdan sonra uzaqlaşaraq Tovuz rayonuna getdim. Çünki bir nəfərdən pul alacağım vardı. Lakin həmin şəxsi tapa bilmədim. Oradan qayıdaraq övladlarımla görüşdüm. Bibim və onun uşaqları da yanımdaydılar. Onlar polisə xəbər verməyi məsləhət gördülər. Mən də razılaşaraq həmin qaydada etdimâ€.
“Mesaj sevgi məzmunlu idiâ€
Təqsirləndirilən şəxs bildirib ki, mərhum Mehmanla qohumluğu yoxdur: “Mən Afətin xoşagəlməz hərəkətləri barədə eşitsəm də, buna inanmamışam. İntiqamın öz telefonu olmadığı üçün arvadı Afətin telefonunu işlədirdi. Həmin telefon da mənim avtomobilimdə qalmışdı. Bu zaman Afətin telefonuna ard-arda zənglər və bir mesaj gəldi.
Mən mesajı açdım, mesaj sevgi məzmunluydu. İntiqamla ailəvi dostluğum olduğu üçün Afətin hərəkətləri barədə ərinə danışdım və ailəsinin dağılmasının qarşısını almaq istədim. İntiqam da mənə “yaxşı†dedi.
Daha sonra İntiqam mənə belə şeyin təkrarlanacağı halda xəbər verməyimi xahiş etdi. Bir müddət sonra İntiqamgilin darvazasının qarşısından keçəndə Afətin kiminləsə darvazanın kənarında telefonda danışdığını gördüm.
Afət darvazanın iç tərəfində olduğu üçün onun səsini eşitdim. Afəti güdmürdüm, sadəcə darvazalarının qarşısından keçəndə İntiqamın məndən xahişini yada salıb onu dinlədim.
Həmin vaxtı İntiqam qarpız satdığımız yerdəydi və növbəli şəkildə gecə qarpızın yanında qaldığlmızdan İntiqam axşam evə gəlməmişdi. Darvaza açıq olduğundan qəfildən içəri daxil olaraq telefonu aldım və Afətin kişi ilə danışdığını gördüm. Qulaq asdıqda həmin şəxsin bizim Sərxan adında qohumumuz olduğunu anladım. Sərxan da Afətin telefonunu əlindən alan şəxsin mən olduğumu bildiâ€.
“Avtomobili üzərimə sürməsini heç kim görməyibâ€
Təvəkkül qeyd edib ki, daha sonra Sərxanın ögey anası səs-küylə oraya gəlib, qonşular da səs-küyə yığışıb: “Afət Sərxanla dost kimi danışdığını bildirdi, mənim nə üçün bu işə qarışdığımı soruşdu. Mən də Afətin belə hərəkətlərini İntiqamla ailəvi dost olduğum üçün qəbul edə bilmədiyimi söylədim.
Məlum hadisədən əvvəl Afətin qardaşı Rasim məni bıçaqladı.
Rasim Rusiyada yaşayırdı və baş verənlər barədə kimin ona məlumat verdiyini bilmirəm. O, Rusiyadan təzə gəlmişdi. Həmin ərəfədə bu məsələ bağlanmışdı. Rasim bacısı ilə bağlı mənə heç nə demədən yas mərasimində bıçaqla üzümdən xəsarət yetirdi. Axşam isə Mehman gələrək yoldaşımın yanında şikayət edəcəyim halda ailəmlə birlikdə evimi yandıracağını dedi.
Rasim məni bıçaqlayandan sonra Mehman bir neçə dəfə Şiştəpədə idarə etdiyi avtomobili üzərimə sürdü. Hadisə baş verən gün də, saat 11-12 radələrində Mehman yenə məktəbin yanında üzərimə avtomobil sürdü. Özümü kənara atmasaydım, maşın məni vuracaqdı. Hava isti olduğundan həmin vaxtı küçədə heç kim yox idi. Mehmanın avtomobili üzərimə sürməsini heç kim görmədiâ€.
“Qorxduğum üçün heç kimi səsləmədimâ€
Təvəkkülün sözlərinə görə, hadisə günü Mehmanın özbaşınalığı ilə bağlı “102†xidmətinə məlumat verməyib, lakin əvvəllər bu barədə şikayətlər edib: “Şikayətlərim qeydə alınaraq Zəyəm polisinə göndərilmişdi. Təhqiqatçı izahatımı almaq üçün məni şöbəyə dəvət etmişdi. Lakin mən getmədim.
Hadisə günü mərhum Mehmanın qardaşı Sadiqin evinə bu özbaşınalıqlarına son qoymasını demək üçün yollanmışdım. Lakin Sadiqə bu barədə heç nə deməmişəm. Hadisə günü Mehman üzərimə avtomobil sürdükdən sonra evə qayıtmadım. Üst-başımı təmizləyərək Sadiqgilə getdim. Lakin Sadiq evdə olmadı. Mehmangilin darvazasının qarşısından keçən zaman isə elə onun özünə bu hərəkətlərə son qoymasını deməyi düşündüm.
Mehmangilin evinə girmədim. Saat təxminən 14-15 radələri olardı. Qapını döyərək Mehmanı çağırdım. Mehman qapıya çıxandan sonra ona etdiyi hərəkətlərə son qoymasını demək istədim. Bu zaman o, məni söyməyə və təhqir etməyə başladı. Daha sonra cibindən kirli bir bıçaq çıxararaq məni öldürəcəyini dedi. Mən də özümü qorumaq üçün cibimdəki mətbəx bıçağını çıxardım. Ancaq Mehmanı nəinki öldürmək, vurmaq fikrim də yoxudu.
Mehman mənə bıçaqla xəsarət yetirməyə cəhd etdiyi üçün onun göbək nahiyəsindən aşağıya bir bıçaq zərbəsi vurdum. Bu zaman əlindəki bıçaq yerə düşdü. Mən də həkim çağırmaları üçün qolundan tutaraq onu darvazadan içəri apardım və oradan getdim.
Mən Mehmanın yanından gedəndə o, sağ idi. Üzərimdə telefon olmadığı üçün təcili yardım çağıra bilmədim.
Mehmanın qohumlarının mənə xəsarət yetirəcəyini ehtimal etdiyim, məni öldürəcəklərindən qorxduğum üçün hadisədən sonra heç kimi səsləmədim.
Mehmana kömək etmədim və hadisə yerindən uzaqlaşdım. Lakin mağazanın yanında dayanmış cavanlara Mehmanla davamızın düşdüyünü, bıçaqla ona xəsarət yetirdiyimi dedim və kömək üçün onun yanına getmələrini xahiş etdimâ€.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Təvəkkül 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Xəbərin oxunma sayı : 883
Kriminal
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






