Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Barselona“nın qapıçısı baş məşqçi ilə münaqişə yaşadı - Klubu tərk edir

Tarix 09.02.25, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


"Barselona"nın qapıçısı İnaki Penya "bir nömrə" statusunu itirdiyi Kataloniya klubundakı gələcəyi barədə qərarını qətiləşdirib.

Bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.

Komandanın əsas qapıçısı Mark-Andre ter Ştegen ciddi zədə aldıqdan sonra kataloniyalılar əvvəlcə Penyanın xidmətindən yararlanaraq Voyçex Şensni ilə ehtiyat qapıçı kimi müqavilə imzaladılar. Lakin baş məşqçi Hans-Diter Flik bugünlərdə verdiyi açıqlamada 34 yaşlı polşalıya mövsümün sonuna kimi komandanın əsas qapıçısı kimi güvənmək qərarına gəldiyini açıqlayıb. Bundan sonra Penya və Flikin təkbətək söhbəti olub. Bu söhbət zamanı məşqçi 25 yaşlı ispaniyalıya start heyətində yer qazana bilməyəcəyini bildirib. Mənbənin məlumatına görə, gərgin keçən bu söhbət zamanı tərəflər arasında münaqişə yaşanıb. Qapıçı artıq klubla gələcəyini yenidən nəzərdən keçirir.

İnyaki Penya bu mövsüm 22 matçda iştirak edib, 25 qol buraxıb və 6 matçda qapısını təmiz saxlayıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.//Fanat.az 



Xəbərin oxunma sayı : 1819




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap