“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Xəstəxanalardakı uzun növbələri necə aradan qaldırmaq olar? - VİDEO

Tarix 13.03.25, 9:27

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət tibb müəssisələrində saatlar, günlər, hətta bəzən aylarla növbələr olur. Özəl tibb müəssissələrinin isə bəzilərində dəhlizlər bomboşdur.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, icbari tibbi sığorta tətbiq edilərkən, əhali sayına görə xəstəxanaların imkanları nəzərə alınmayıb, problem həm də elə bundan qaynaqlanır.

Onun fikrincə, özəl klinikaların bu məsələyə daha çox cəlb olunması ilə məsələ həllini tapa bilər. Professor bildirdi ki, icbari tibbi sığorta ilə xəstələri çox az hallarda özəl klinikalara yönləndirirlər. 

Bildirildi ki, özəl tibb müəssisələri icbari tibbi sığortaya cəlb olunmaqla fəaliyyətləri genişlənir, həkimlər daha çox işləyirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə göndəriş verilir. Ötən il pasiyentlər belə tibb müəssisələrində icbari tibbi sığorta ilə 211 min 105 əməliyyat və prosedurdan yararlanıb. Sözügedən əməliyyat və prosedurlardan ürək-damar cərrahiyyəsi, ümumi cərrahiyyə, uroloji, travmatoloji, oftalmoloji, nevrologiji, koxlear implantasiya kimi xidmətlər üstünlük təşkil edib. 




Xəbərin oxunma sayı : 712




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap